Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Azad Soruşur Yazılma Tarixi:19.07.2019 17:42:46

Salam, mən iyul ayının 14-ü sizə yazıb məsələmlə bağlı probləmi dilə gətirmişdim. Magistratura pilləsində təhsil ala bilməyim üçün mənə hərbi xidmətdən möhlət tanımaları barədə Zaqatala rayonu həqiqi hərbi çağırış şöbəsinə bildirməyimə baxmayaraq məsələmə biganə yanaşıldı və məndən qəbul olduğum universitetdən arayış gətirmələri barədə göstəriş verildi. Mən də öz növbəmdə qəbul olduğum universitetlə(Samara Dövlət Texniki Universitet) əlaqə saxladım. Arayışı verə bilmələri üçün mənim şəxsən gəlib işturak etməyim bildirildi. Mən də öz növbəmdə İyul ayının 20-nə çağırış vərəqəsi aldığımı və ölkədən kənara çıxa bilməyəcəyimi bildirdim. Universitet mənə dəvət məktubu göndərdi və bunun yerli hərbi xidmətə çağırış şöbəsinə təqdim etdiyim halda möhlətin veriləcəyini bildirdilər. Lakin, bu gun sənədi Zaqatala rayonu hərbi xidmətə çağırış şöbəsinə təqdim etdikdə yenə heç bir əhəmiyyət verilmədi. Arayışın lazım olduğu vurğulandı. Mənsə öz növbəmdə arayışı almağım üçün universitetdə qeydiyyatdan keçmək lazım olduğunu bildirdim, buna görə universitetin göndərdiyi sənəd əsasında mənə möhlət tanımalarını xahiş etsəm də məsələmə heç bir əhəmiyyət verilmədi. Bununla bağlı qanuna əsasən tədbirin görülməsini sizdən xahiş edirəm. Təşəkkürlər.

Bildiririk ki, Sizin sağlamlıq, ailə vəziyyətinə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olmadığına görə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təyin edilmisiniz.
Razi Soruşur Yazılma Tarixi:19.07.2019 15:28:01

Salam mən işə qəbulla bağlı müraciət etmişəm amma mənə heçbir cavab gəlməyib qəbul olunub olunmaması ilə bağlı.mənə bu barədə mail vasitəsilə məlumat versəniz yaxşı olardı.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Tural Soruşur Yazılma Tarixi:19.07.2019 15:09:51

Salam, mən 22.07.2019 tarixindən Gədəbəy rayon vayenkomatına çağırılmışam yəni ayın 22i mənim vaxtımdı getməliyəm halbuki ayın 19u hələdə mənə bildiriş gəlmiyib hara düşdüyümlə əlaqədar...Birdəki burda yazıbsız bəzi suallara cavab kimi ayın 25i bilinəcək hara düşdüyünüz, indi 22i gedən çağırışçılar nə vaxta bilinəsidi zəhmət olmasa bu haqqda məlumat verərdiz? Sağolun.

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Nəsib Soruşur Yazılma Tarixi:19.07.2019 13:08:21

2ci sərəncamda olan çağırışçılar, iyulun 25-dən sonra gedəcək? Ya tez getmək ehtimalımız da var?

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Nicat Soruşur Yazılma Tarixi:19.07.2019 11:56:09

Bu il qəbul olduğum magistratura təhsilimi dondurub iyul çağırışında hərbi xidmətə gedə bilərəm?

Bildiririk ki, Sizin eyniməzmunlu müraciətiniz 19.07.2019-cu il tarixdə tərəfimizdən cavablandırılmışdır.
Cəlal Soruşur Yazılma Tarixi:19.07.2019 04:09:51

salam yazmisiniz ki 25 i bilinecek hara dusmusen lakin men 22si yazilib poviska nece olur

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Cahangir Soruşur Yazılma Tarixi:19.07.2019 03:18:36

Salam 22iyul tarixinə çağırış gəlib lakin universitetdə oxuyuram(magistr 1ci kurs) maddi vəziyyətlə əlaqədar olaraq ərizə yazaraq könüllü şəkildə xidmətə yollanmaq istəyirəm sadəcə ərizə yazmaq kifayət edir? dəqiq hərbi xidmətə yola düşəcəm ?Allahın izni ilə

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
İlham Soruşur Yazılma Tarixi:19.07.2019 02:22:06

Salam cagiris veregesinde iyulun 22 si yazilib, 22 si voenkomata gedsem aparacaglar yoxsa hara dusduyum yeri bilennen sonra aparacaglar telefona sms gelmiyib

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Elxan Soruşur Yazılma Tarixi:18.07.2019 20:30:50

2ci çağırışçılar üçün yerlərin təyin olunması 20-25 iyul tarixlərində açıqlanacaq yoxsa sadəcə 25 iyul tarixində?

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Məmməd Soruşur Yazılma Tarixi:18.07.2019 20:06:52

Salam.Digər suallara cavab olaraq hara düşdüyümüz barədə növbəti məlumat 20-25 iyul tarixində veriləcəyi deyilirdi indi amma 25 iyul tarixənnən etibarən deyilir 20-25 aralığında sms vasitəsiylə bildiriləsi deyil?

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Cədvəldə sətir sayı :13951