Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vaqif Soruşur Yazılma Tarixi:08.07.2019 00:58:54

Salam.Mene iyul ayının 10na çağırış verilib lakin hara dusduyumnen bağlı heçbir melumat verilmiyib.saytinizda axtarış edirəm,9100a şəxsiyyət vesiqemin seriyasını atıram melumatlara uyğun çağırışçı tapılmır deyir.Mene bu haqda melumat vermeyinizi xahiş edirəm.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Ümüd Soruşur Yazılma Tarixi:06.07.2019 22:33:51

men eger 20 si gedecemse niye menim hara duwduyum 20 si melumat verilmelidir men niye evvelceden melumatlanmiram hara duwduyum barede ...?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əliəkbər Soruşur Yazılma Tarixi:06.07.2019 22:32:16

Salam.Psixoloji olaraq sağlam olmayanlara möhlət hüququna malikdir?Möhlət nə qədərdir?

Diaqnozun təyini stasionar müayinədən sonra qoyulur və hərbi xidmətə yararlılıq kateqoriyası həkim  tərəfindən təyin olunur.
Kənan Soruşur Yazılma Tarixi:06.07.2019 04:23:04

Salam.Men İyul 2019 çağırışçısıyam.25.06.19 tarixinde mesaj geldiki DSX teyin edilmisiniz.Lakin vayonkamatdan ne zeng gelir , ne de birşey ? Menim tanıdığım dsx tanışlarımı ayın 30u zeng edib çağırmışdıla ayın 1i amma hələ ki, mənim DSX təyin edilməyimdən bir xəbər vermirlər vayonkamatdan.Bunu necə öyrənə bilərəm ki , ne vaxt zeng gelecek vayonkamatdan mene o vaxt gedim ? Ayın 10u axrıncı yol avtobusu gedir.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar olaraq Xidmətin qeydiyyatda olduğunuz Qaradağ rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Nasif Soruşur Yazılma Tarixi:05.07.2019 17:00:25

Salam Mən Nasif Əzizov- Masalli rayon vayenkomatinda qeydiyyatdayam. Mən gözümdə zəiflik olduğundan Zərifə Əliyeva adina göz xəstəxanasina göndərdildim. İyun ayin 12 si gedib müayinədən keçdim. Əgər xəstəxanadan yarali olduğum haqqinda məlumat gəlsə mən 2019 iyul Çağrisinda əsgər gedə biləcəm? Zəhmət olmasa məlumat verərdiz.

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Masallı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Hüseyn Soruşur Yazılma Tarixi:05.07.2019 15:36:23

Mən Bakı şəhərində yaşayıram Universitet bitirmişəm Təvəllüd 1998 Aprel Qeydiyyatda olduğum rayon NMR Babək dur. Hərbi Xidmətə gedəcəyim vaxtı örgenmek istəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Kamil Soruşur Yazılma Tarixi:05.07.2019 15:28:41

Salam, mən Sərhəd Qoşunlarında xidmət etmişəm. iş təcrübəm var Hüquq Departamentinin işçisi olmuşam. SHXÇDX də xidmət etmək istəyirəm hara müraciət edə bilərəm zəhmət olmasa məlumat verərdiz.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Asif Soruşur Yazılma Tarixi:04.07.2019 23:14:35

Salam.Mene iyul ayının 5 nə pavetsqa verlib lakin mene hara duşdüyüm haqda melumat verlmir. 9100 nömresine şexsiyyetin seriya nömresini gönderdikden sora bele bir mesaj gelib. Gonderilen shexsiyyet vesiqesi nomresine uygun chagirishchi tapilmadi. SHXCHDX

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Hüseyn Soruşur Yazılma Tarixi:04.07.2019 22:42:17

Salam Mən Babək rayon qeydiyyatindayam Bakıda yaşayıram Universitet bitirmişəm Bütün yoldaşlarım gedəcəyi vaxtı bilir bəziləridə gedib. Lakin mən bilmirəm.?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Faiq Soruşur Yazılma Tarixi:04.07.2019 21:11:37

Salam. Hal-hazırda təhsil adlığım universitetin son kursuna keçmişəm, universitetim 5 illikdir. Mənə ilkin müayinəylə bağlı zəng gəlmişdi və ona görə də universitetdə təhsil aldığımla bağlı arayışı Səfərbərlik idarəsinə təqdim etdim. Yaxın günlərdə universitetin göndərişi ilə iki aylıq Tükiyəyə gedəcəm. Bilmək istəyirdim ki, hal-hazırda ölkəni tərk edə bilərəm ?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhləti olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.  
Cədvəldə sətir sayı :13951