Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əli Soruşur Yazılma Tarixi:16.07.2020 15:40:51

Mən keçən ayın (iyunun) səhf etmirəmsə 12-si yoxlamadan keçdim. Bu qədər gözləmək olar? Kamisarlığa zəng etdim sonunda. Dedilər hələ sağlamlıq aktı gəlməyib Z. Əliyevadan. Bəlkə sizə onlardan öncə cavablar çatıb deyə düşündüm. Əgər cavablar gəlibsə mən yararlıyam yoxsa yox? Əgər yararsız belə saylısam hər an Vətənim üçün canımı qurban verməyə hazıram. Könüllü olaraq Vətənimə ön cəphədə xidmət etməyə hər an hazıram. Zəhmət olmasa yazdıqlarımı diqqətlə oxuyub aydın bir şəkildə cavab verin.

Bir daha bildiririk ki,  barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.
Şahin Soruşur Yazılma Tarixi:16.07.2020 15:40:03

Əgər müharibə olacaqsa,mən də ordu sıralarına qatılmaq istəyirəm.Amma bunun üçün gərək voenkomata gedim.hal-hazırki veziyyətlə əlaqədar,yəni bakının girişində postlar olduğuna görə rayona buraxılmaya bilərəm getsəm belə Bakıya qayıda bilməyəcəm.Elektron olaraq müraciət etmək mümkündürmü və yaxud qeydiyyatda olduğum ünvan üzrı voenkomata yox da Bakı üzrə voenkomata müraciət edə bilərəmmi?

Müraciətiniz üçün təşəkkür edirik. Bildiririk ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
Anar Soruşur Yazılma Tarixi:14.07.2020 11:31:08

Salam. Keçdiyim yoxlanışlardan sonra mənə hələ də bir xəbər gəlməyib. Mənə nə vaxt bildiriləcək? Bunu bilmək istəyirəm. Diqqətinizə görə təşəkkürlər.

Bildiririk ki, Sizə 23.06.2020-ci il tarixdə müvafiq tibb müəssisəsində əlavə müayinə olunmağınız üçün göndəriş verilmişdir.         Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Lerik rayon şöbəsinə daxil olduqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Rüstəm Soruşur Yazılma Tarixi:14.07.2020 11:13:25

Salam.Mənə Beyləqon rayonu şöbəsi tərəfindən 2 ədəd napravleniya verilmişdi.Bir ədədi Zərifə Əliyeva adına göz xəstəxanasına,digəri isə Respublikasnki xəstəxanaya.Hərbi komissarlığdan mənə fələn zəngə görə göz instutunun cavabları müsbətdir və yararlıyam.Lakin Respublikanskinin cavabları gəlib çıxmayıb.Halbu ki,mən iyulun 20-si tarixində Respublikanski xəstəxanadan keçmişəm.Hərbi Komissarlığ deyir ki 15-nə kimi cavablar gəlməsə sən qalırsan oktyabr çağırışına.Sizdən xahiş edirəm ki,bu barədə təcili tədbir görəsiniz.Mənim xidmətə getməli olduğum tarix nəyə görə gecikdirilir axı?

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Beyləqan rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, səhhətiniz ilə əlaqədar akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə və akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinələrə göndərilmisiniz. Müayinələr nəticəsinə müvafiq olaraq, barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:14.07.2020 10:53:28

Sizə müraciətim ondan ibaretdirki baş idareniz deyirki senedinizi gondermisik ama Xətai rayonu seferberlik xidmeti deyir sened yoxdu indi men kime inanim?baş idareye yoxa Xetai rayonu seferberliye?

Müəyyən olunmuşdur ki, Siz, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Xidmətin Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, zərurət yarandığından səhhətiniz ilə əlaqədar əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsindən Xidmətin Aparatına daxil olmuş 16.07.2020-ci il tarixli 7/9-2703 nömrəli müayinə aktında qeyd olunan diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən şəhadətləndiriləcəksiniz. Bildiririk ki, “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nız artıq Xidmətin Xətai rayon idarəsinə daxil olduğundan, Sizin qeyd etdiyiniz məsələ ilə bağlı rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:14.07.2020 10:11:38

Niyə düzgün cavanlandırmısız sualimi mən deyirem mene Elmi tədqiqat instunun cavabini vermirler baş idareye yigiram deyir vermişik Xətai Rayonu seferberlik xidmetine yiğiram deyir bize sened gelmeyib men kimlə əlaqə saxlayim kime muraciet edim?

Müəyyən olunmuşdur ki, Siz, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Xidmətin Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, zərurət yarandığından səhhətiniz ilə əlaqədar əlavə müayinəyə göndərilmisiniz. Dövlət tibb müəssisəsindən Xidmətin Aparatına daxil olmuş 16.07.2020-ci il tarixli 7/9-2703 nömrəli müayinə aktında qeyd olunan diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən şəhadətləndiriləcəksiniz. Bildiririk ki, “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nız artıq Xidmətin Xətai rayon idarəsinə daxil olduğundan, Sizin qeyd etdiyiniz məsələ ilə bağlı rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Ramazan Soruşur Yazılma Tarixi:14.07.2020 10:09:04

Səfərbərlik əmri verilib və yaxud veriləcək ?

Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.  Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə hərbi vəzifəlilər çağırış vərəqəsinə əsasən Хidmətin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Bu səbəbdən səfərbərlik elan olunarsa hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə gəlməyiniz tövsiyə olunur.
Yusif Soruşur Yazılma Tarixi:14.07.2020 09:15:43

Tovuz doyuşlərəinə ehtiyatda olanlari aparirirsiz? Aparirsizsa gedmeye her an haziram

Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.  Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə hərbi vəzifəlilər çağırış vərəqəsinə əsasən Хidmətin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Bu səbəbdən səfərbərlik elan olunarsa hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə gəlməyiniz tövsiyə olunur.
Emil Soruşur Yazılma Tarixi:14.07.2020 02:23:50

Men cenab zakir hesenova mektub yullamisdim herbi xidmete aid onun cavabi mene voykamatda deyildiki elektrun vasitesi ile shxçdx gonderilecek sikayet etdiyim xesteliklere gore dsx qusun oldugum ucun qubustanda herbi komisyasindan meni etrafli yoxlayacaqlar meni melumatlandirin zehmet olmassa tez bir zamanda her an voykamatdan mene zeng gele biler herbi xidmete yola dusmek ucun

Bildiririk ki, Siz sərəncamla təyin olunduğunuz Dövlət Sərhəd Xidmətinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək və müddətli həqiqi hərbi xidmətə yararlılıq kateqoriyanız təyin ediləcəkdir.
Vaqif Soruşur Yazılma Tarixi:13.07.2020 23:40:02

Men İyul Çagrişcisi idim ve ceki ve boyumun olculmesi ucun gonderildim 2ci dereceli cixdi bu herbi xidmete getmeyime mane yaradirmi?

Bildiririk ki, hərbi xidmətə çağırış zamanı ilk dəfə II dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Cədvəldə sətir sayı :14897