Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Soruşur Yazılma Tarixi:10.07.2020 18:16:10

Salam mənə vaynkomatda cağrış vərəqəsin İyul ayının 1 ine verilib ama bugun iyulun 10 u olmağına baxmayaraq hansı hərbi hissəyə düşdüyüm haqqında heç bor məlumat gelmir 9100 seriya kodun yolluyuram belə cağırışçının olmadığı yazılır ,hara düşməyim haqqında ne vaxt xəbər veriləcək mənə? Zəhmet olmasa Sualımı Cavablandirasınz

 Bildiririk ki, 2020-ci ilin iyul çağırışçıları 29.06.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.  Bundan əlavə vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 30 iyun tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.Çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər.
 Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur. Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat isə 22-25 iyul tarixindən etibarən sms vasitəsilə veriləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:10.07.2020 16:41:49

salam..menim iyul ayinin birine paveskam var amma mene helede 9100 dan hansi qosun novune dusduyum haqda bir mesaj gelmeyib 9100 na SMS yolladgm halda cavab gelirki bele cagrschi taplmadi elektron xidmetlerden baxdgmdada yene eyni weyi deyirki bele bir cagrschi taplmadi..zehmet olmasa cavablandirarsiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Eyvaz Soruşur Yazılma Tarixi:09.07.2020 23:47:08

Salam Aleykum Hansı hərbi hissəyə düşdüyümü öyrənməy istəyirəm.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Ramil Soruşur Yazılma Tarixi:09.07.2020 13:58:03

Salam xüsusi təyinatlı dəstlərdə xidmet etmək istəyirem bunun üçün nə lazımdı.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Kərəm Soruşur Yazılma Tarixi:09.07.2020 12:40:22

Salam mən yoxlanışdan keçmişəm 1 dərəcəli varikosel var hal hazırda məndə.İndi mən hərbi xidmətə yararlıyam?

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müayinələrə göndərilmisiniz. Müayinələr nəticəsində təyin edilmiş diaqnozlara əsasən, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Nəzərinizə çatdırırıq ki, Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsinin “ç” bəndinin I qrafasının tələblərinə əsasən I-ci dərəcəli varikosele hərbi xidmətkeçməyə mane olmur.
Hüseyn Soruşur Yazılma Tarixi:09.07.2020 01:38:28

Bir daha salam men şikayetimle bağlı aparılan işin ne yerdə olduğunu nece bile bilerem? zeng edirem 15-20 deq çagırır qaynar xett telefonlari sonra zanit gedir əlaqə saxlayıb şikayetimi tam olaraq aydın şəlildə izah edib aparilan işimlə bağlı maraqlanmıram

Bildiririk ki, Siz Xidmətin Mingəçevir rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Mingəçevir rayon şöbəsinə təqdim edildiyi halda mümkündür. Bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Hüseyn Soruşur Yazılma Tarixi:09.07.2020 01:37:40

Bir daha salam men şikayetimle bağlı aparılan işin ne yerdə olduğunu nece bile bilerem? zeng edirem 15-20 deq çagırır qaynar xett telefonlari sonra zanit gedir əlaqə saxlayıb şikayetimi tam olaraq aydın şəlildə izah edib aparilan işimlə bağlı maraqlanmıram

Bildiririk ki, Siz Xidmətin Mingəçevir rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Mingəçevir rayon şöbəsinə təqdim edildiyi halda mümkündür. Bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Elmar Soruşur Yazılma Tarixi:08.07.2020 18:31:48

Hörmətli SHXÇDX-nin əməkdaşları, operativ cavab üçün sizə ayrıca təşəkkürümu bildirirəm. Daha öncə sizə SHXÇDX-də işə qəbul ilə bağlı məlumat almaq üçün müraciət etmişdim. Olmağına sizin cavab məktbunuz tam olaraq mənim müraciətimə cavab deyil. Belə ki, mən ümümi məlumat istəyirdim- yəni ki konkret olaraq hansı vakansiyalar var və hansı kriteriyaya cavab verən şəxslər müsabiqədə iştirak edə bilər. Cavabınızdan belə başa düşmək olar ki individual yanaşma tətbiq olunur və müvafiq olaraq seçim aparılır. Rəhbərliyiniz tərəfindən gözəl addımlar atılıb bu yöndə və işə qəbul üçün elektron qaydada imkan yaratmısız. Mən hansısa daxili, hərbi və ya konfidensial məlumat istəmirəm-sadecə olan vakansiyalar barədə və minimum tələblər barədə məlumat istəyirəm. Mənim barədə təqdim etdiyim sənədlərə əsasən qərarın qəbul edilməsi mərhələsinə kimi olan mərhələdən söhbət gedir- mənim qərarımdan. Bəlkəm sizdə hal-hazırda olan vakansiyalar mənə düz gəlmir? Və ya müəyyən minimum standartlara cavab verməyən namizədlərin ərizə və məlumatlarını havayı yerə niyə qəbul edəsiz ki? Xahiş edirəm, mənim vətəndaş mövqeyimi düzgün başa düşün və işə qəbul prosedurun tam şəffaf və normal məntiqə uyğun həyata keçirildiyinə əmin olmağım üçün sizdən istədiyim məlumatlari cavab məktubunda qeyd edin. Öncədən təşəkkürlər.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, verdiyiniz sualların cavabları xidməti xarakter daşıdığına görə açıqlanılmır.
Rəsul Soruşur Yazılma Tarixi:08.07.2020 15:03:00

Salam. Gəncədə qeydiyyatda olan, poliklinikada müayinədən keçmiş iyul çağırışçıları diaqnozun təstiqlənməsi üçün ( məsələn 3 dərəcəli yastıpəncəlilik) ayın hansı günü Bakıya göndərilməsi nəzərdə tutulur?

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Gəncə şəhər, Nizami rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş, səhhətiniz ilə əlaqədar dövlət tibb müəssisəsinə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin edilmiş diaqnoza müvafiq olaraq, hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Hüseyn Soruşur Yazılma Tarixi:08.07.2020 13:29:25

Salam men dünən size müraciət etdim lakin bir cvb vermədiniz zəhmət olmasa cvb yazardınız

Sualınıza aidiyyətı üzrə baxılmaqdadır. Qanunvericiliyə uyğun olaraq cavablandırılacaqdır.
Cədvəldə sətir sayı :14897