Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xəyal Soruşur Yazılma Tarixi:23.06.2019 00:33:07

Salam. Mən hərbi xidmətə getmək üçün həkim komissiyasına getdim.Ancaq müayinə zamanı həkim mənə İkinci dərəcəli skolioz diaqnozu təyin etdi.Amma 02.07.2019 cu il tarixinə mənə çağırış vərəqi verilib.İkinci dərəcəli skolioz xəstəsi də hərbi xidmətə sülh dövründə yararsız sayılır .İndi bu məsələ ilə bağlı zəhmət olmasa məlumat verərdiniz.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Qorxmaz Soruşur Yazılma Tarixi:22.06.2019 01:51:00

Salam.Mən iyul çağırışçısıyam.Bilmək istərdim fiziki göstəricilər boy ölçüsünün xidmət keçmə yerinə aidiyyatı var?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Əlavə olaraq bildirik ki, bu zaman çağırışçının antropometrik göstəriciləri (boy, çəki) onun təyin olunduğu qoşun növünün tələblərinə cavab verməlidir.
Fərid Soruşur Yazılma Tarixi:21.06.2019 23:26:37

Salam. Ali təhsilli və 35 yaşlı bir şəxs Xidmətdə həqiqi hərbi xidmətə gəbul olub və işləyə bilər? Cavabınıza görə təşəkkür edirəm

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
XAN Soruşur Yazılma Tarixi:21.06.2019 22:12:23

Salam mən huseynov xan oktay oğlu hal hazirda 20 yaşındayam bu ay naxcivan babek vaynkamat şöbəsinən çağırdılar 20 sinə kimi bakida olmadığım üçün gedə bilmədim hal hazirda bakidayam və xahis edirəm mənə xəbərdarkıq göndərlisin mən xidətimə gəlmək istiyrəm naxcivan şəhəri c.məmmədquluzade kuçə 15 pocta az-7001 diqqətə alasiniz xəbərdarlıq göndərilsin bu poçta sabcuncu rayonu poctuna

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
KAMRAN Soruşur Yazılma Tarixi:21.06.2019 21:44:08

Harya dusmusem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Şahin Soruşur Yazılma Tarixi:21.06.2019 18:04:19

Salam mən oktyabr priziviyem mənə paveska nə vaxt göndəriləcək ?

Bildiririk ki, Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Əlikram Soruşur Yazılma Tarixi:21.06.2019 16:29:32

Salam. Cənab Nazir Zakir Həsənov son açıqlamasında ordumuzun IT mütəxəssislərinə ehtiyacı olduğunu bildirdi. Mənim də ixtisasım bu yöndədir, həmçinin özüm iyul ayı çağırışçısıyam. Qulluq edəcəyim dövrdə və ya əvvəlcədən bunu hansısa quruma bildirməliyəmmi mən hərbi qulluqumu ixtisasımla bağlı qurumda xidmət etmək istəyirəm. təşəkkürlər

Bildiririk ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb edilən çağırışçılar  Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə göndərilərkən ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər.  
Nicat Soruşur Yazılma Tarixi:21.06.2019 12:36:15

Salam, İyul ayının 2-nə hərbi xidmətə göndərilmək üçün Çağırış Vərəqəsi verilib. Universitetdə Dövlət İmtahanının iyula qədər uzadılması ehtimalı var. Belə olduğu halda nə etməliyəm? Əgər İyul ayı bitənə qədərdirsə yola düşmə müddəti, mən ayın axırı gedə bilərəm?

Bildiririk ki, ali təhsil müəssisəsinin dövlət imtahanında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Ağamir Soruşur Yazılma Tarixi:21.06.2019 00:21:21

Salam.Hərbi Komisarlığı işləmək üçün nələr lazımdı?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Amil Soruşur Yazılma Tarixi:20.06.2019 22:14:59

tehsili deniz uzre olanlarin herbi xidmeti denizde olur?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Cədvəldə sətir sayı :13951