Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Çingiz Soruşur Yazılma Tarixi:20.01.2019 10:52:25

Salam.Mənə yanvar ayının 21 nə çağırış gəlib və hara düşdüyam haqqındada heç bir məlumat çıxmır.Bilmək isdəyirəmki ayın 21i getmiyə bilərəm? Yoxsa 21i mütləq vayenkomatda olmalıyam

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Səbuhi Soruşur Yazılma Tarixi:20.01.2019 08:16:37

Salam 22.01 tarixinda cagiris gelib , amma hara dusduyum haqqinda bir melumayim yoxdur.Artiq ayin 20 sidi.

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:19.01.2019 20:55:27

Salam size yene müraciyet edirem xetayi rayonun herbi kamisarliqi oz basnaliqi uzunden men esger gede bilmirem usaq vaxti mene yazilmiş diyaqnozu ucabtindan qalmişam esgerliyeden her defe kamisyalardan sağlam cixiram 3 defedi men 2sayli xeste xaniya gedirem men oraliq heç bir parablemim yoxdu xayiş bir tetbir goresiniz

Verilmiş möhlət hüququ bitdiyindən 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Bakı şəhəri, Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə tibb müəsissəsinə müayinəyə göndərilməniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri Xətai rayon idarəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Saleh Soruşur Yazılma Tarixi:19.01.2019 00:55:45

Salam xahiş edirəm sualımı cavablandırasız. mən yanvarın 20 si hərbi xidmətə getməliyəm bu gün ayın 19 du bilinmir hara düşmüşğm.biznecə bilə bilərikki nə vaxt hərbi xidmətə getəciyik və hara düşmüşük?

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rəşad Soruşur Yazılma Tarixi:18.01.2019 23:59:47

Salam mən yanvarın 21 xidmətə yollanıram. Ama hələdə hara düşdüyümü bilmirəm. Necə öyrənə bilərəm harda xidmət edəcəyimi? Zəhmət olmasa cavablandırın sualımı.

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rəşad Soruşur Yazılma Tarixi:17.01.2019 11:19:05

Salam mən yanvarın 21 hərbi xidmətə yola düşürəm. Ama hələdə hara düşdüyümü bilmirəm. Sizde yazmısız yanvarın 20-25 tarixində saytda bilinəcək. Mən əvvəcədən bilməliyəmdə harda xidmət edəcəyimi. Hərbi xidmətə yollanan sora burda dərc olunmağının nə mənası varki mənim üçün.?

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Qalib Soruşur Yazılma Tarixi:17.01.2019 09:21:51

Salam.Hərbi biletimi itirmisem.Onu yenisini almaq ucun nece etmeliyem.Hara muraciet etmeliyem

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, hərbi bilet qəsdən korlandıqda və ya etinasız saxlanılması nəticəsində itirildikdə, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin struktur bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Əlavə edirik ki, mövcud qanunvericiliyə əsasən, hərbi vəzifəlilərə itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletlər aşağıda göstərilən sənədlər əsasında verilir: 1. ərizə; 2. şəxsiyyət vəsiqəsinin surəti; 3. 3x4 ölçüdə 2 ədəd fotoşəkil; 4. DİN-nin müvafiq qurumlarından hərbi biletin itirilməsinə və tapılmamasına dair arayış.               Qeyd: İtirilmiş və ya korlanmış hərbi biletin əvəzinə yeni hərbi biletin verilməsi üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Fəqan Soruşur Yazılma Tarixi:17.01.2019 00:12:35

Salam. Mənim 22 yaşım var. Mən uşaq vaxtından əlilliyə görə (keçirdiyim xəstəliklə) bağlı pensiya alıram. Hərbi xidmətə çağırılmışam. Müayinə üçün Respublika Klinik Xəstəxanasına göndərilmişəm. Epilepsiya xəstəsi olduğuma və skolioz olduğuma görə 6 ay müddətinə möhlət verilib. Müayinə zamanı sağlamlığımda ciddi problemlər olduğuna həkim komissiyasına bildirdim. Həmçinin müayinədən əvvəl qeydiyyatda olduğum Şəki səfərbərlik və hərbi xidmətə çağırış şöbəsində də xəstəliklərimi bildirmişəm. Sağlamlığımdakı əsas problemin Enurez xəstəliyi olduğunu bildirdim. Lakin onlar buna əhəmiyyət verməyərək, məsuliyyətsiz yanaşaraq enurez müayinəsi aparmadılar. Enurez xəstəliyimin olduğunu təsdiqləmədilər. Lakin mən bu xəstəliklərdən çox əziyyət çəkirəm. Xahiş edirəm mənim xəstəliklərim tam ətraflı araşadırılsın və dəqiq diaqnoz qoyulsun.

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Xidmətin Şəki rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 15.01.2019-cu il tarixdə aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ı əsasında Xidmətin Şəki rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:16.01.2019 21:29:22

Saba is gunudur Massali rayonunda vaynkomatda...

Salam sualınıza görə təşəkkür edirik. Bəli iş günüdür.
Orxan Soruşur Yazılma Tarixi:15.01.2019 20:38:31

Salam men size 1defe yazmişam yene yaziram xayiş edirem mene komeklik edin men arzuma catam mende her bir genc kimi bir Qarabağlı kimi menim borcumdu silah gotrub vetene xidmet elmek ama bir il altı aydan coxdurki men bu arzum gercey olmur mende bu veten uçün hersey haziram canimdan qanimda keçmeye haziram yer gelse şehide olmağa haziram teki veten saqolsun mende veten üçün nese edem ama ede bilmirem deye vijdan ezabi çekirem xayiş meni esgerliye getmeye kömeklyvizi gosderin mende gedim xidmet edim

Məlum olmuşdur ki, Siz  Xidmətin Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmisiniz və səhhətiniz ilə əlaqədar 11.01.2019-cu il tarixdə aidiyyəti üzrə müayinəyə göndərilmisiniz.          Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Xətai rayon idarəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :13951