Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rafiq Soruşur Yazılma Tarixi:30.06.2020 13:47:03

Salam. Mən bu il universiteti bitirib Rusiya Federasiyasında qalmışam. Sərhədlər avqust ayının 1-nə kimi baglı oldugundan, vətənə geri qayıda bilmirəm. Bu halda mən hərbi qulluğa neçə baş vura bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Xaricdə yaşayan vətəndaşların ölkəyə qaytarılması məqsədilə müvafiq tədbirlər görülür. Bununla əlaqədar olaraq, çağırışçı olmağınızı, çağırış ayında Respublikaya qayıtmağınızın zəruri olduğunu əsas gətirərək Xarici İşlər Nazirliyinə rəsmi müraciət etməyiniz tövsiyə olunur.
Xəyal Soruşur Yazılma Tarixi:30.06.2020 13:33:42

Salam. Mənə hələ də mesaj gəlməyib vaynkomatdan. Mən hara düşdüyümü öyrənmək üçün 9100 da seriya nömrə göndərmişəm amma cavab gəlir ki seriyaya uyğun çağırışci yoxdur. Indi mən necə bilim ki hara düşmüşəm. Zəhmət olmasa cavablandırardiz.

Azərbaycan Respublikasında 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  (SHXÇDX) tərəfindən  iyunun 29-da SMS vasitəsilə məlumatlandırılıblar. Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.
Elgün Soruşur Yazılma Tarixi:30.06.2020 13:17:15

Salam .Göz xəstəliyimlə əlaqədar Sumqayıt hərbi komissarliğından verilən sənədlər əsasında stasionar tibbi müalicə(3 gün) aldım. Sənədləri təqdim etmiş olmama baxmayaraq ,hələ də yararlı olub olmamam barədə hər hansı qərar verilməyib . Bu halda vəziyyət necə nəticələnəcək?

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz Xidmətin Sumqayıt şəhər idarəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Kəlami Soruşur Yazılma Tarixi:30.06.2020 12:32:39

Salam men iyul ayi ucun herbi yoxlanişdan kecmişəm baremde hansi qerar qebul olunub yeni iyul ayinda gedecem herbi xidmete zehmet olmasa cavablandirasiniz.

Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 6 ay müddətinə möhlət verilmişdir.Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Yasamal rayon idarəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Kamil Soruşur Yazılma Tarixi:30.06.2020 11:50:27

Salam z.olmasa melumat verinki niye cagirsa cagranlarin bezilerinjn cavabi dünen axsam bezilerinjn ise hec cixmiyib sebeb? Və ne zama cixacaq

Azərbaycan Respublikasında 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  (SHXÇDX) tərəfindən  iyunun 29-da SMS vasitəsilə məlumatlandırılıblar. Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.
röyal Soruşur Yazılma Tarixi:30.06.2020 11:44:34

salam. dunən axsamdan butun tanidiqlarima harda xidmet edeceyi barede melumat gelib. tek mennen başqa bunun sebebi nedi?

Azərbaycan Respublikasında 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  (SHXÇDX) tərəfindən  iyunun 29-da SMS vasitəsilə məlumatlandırılıblar. Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.
Camal Soruşur Yazılma Tarixi:30.06.2020 11:31:45

Salam, 9100 göndərilən şəxsiyyət vəqisənin nömrəsi deyiləndə nəzərdə nə tutulur? Seriya və nömrə?

Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.
Mehman Soruşur Yazılma Tarixi:30.06.2020 11:27:16

Dsx de herbi qulluqumu cekeceyem lakin hansi herbi hissede olduğumu Bilmirem elektron formada axtaris verirem cixmir mumkun olarsa komey edin xetai rayon geydiyyatindayam

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.  
asif Soruşur Yazılma Tarixi:30.06.2020 11:05:24

Salam. Mənim sualım ondan ibarətdir ki, 03.07.2020 ci il tarixinə çağırılmış çağırışçılar pandemiyayla əlaqədar olaraq iyul ayinin axırı həqiqi hərbi xidmətə yola düşəcək yoxsa elə ayin 3 də yola düşəcək ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 11.06.2020-ci il tarixli Sərəncamı verilmişdir. Əlavə olaraq bildiririk ki, hal-hazırda mövcud vəziyyətlə əlaqədar çağırışçıların iyul ayı ərzində xidmət yerlərinə daşınması ilə əlaqədar hər hansı dəyişikliyin olmasına dair normativ hüquqi akt yoxdur.
Mirzəağa Soruşur Yazılma Tarixi:30.06.2020 10:31:20

Salam.Mən İyul ayının 1-i hərbi xidmətə çağırılmışam. Sms gəlməli hələdə gəlməyib. 9100 msj göndərmişəm cavab gəldi ki uyğun çağırışçı tapılmadı. Dəqiq gedib getməyəcəmi necə bilə bilərəm? Yararlı hesab edilmişəm?

Azərbaycan Respublikasında 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  (SHXÇDX) tərəfindən  iyunun 29-da SMS vasitəsilə məlumatlandırılıblar. Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.
Cədvəldə sətir sayı :14891