Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ELMƏDDİN Soruşur Yazılma Tarixi:24.06.2019 14:29:02

Salam men Lerik sakini Həsənov Elməddin 1996 ci il dogumluyam.dişlərimdə olan problemlə əlaqəli kamisyada yararsiz kimi qeyd etdilər.könüllü olaraq həebi xidmətdə olmaq istəyirəm.

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Siz Xidmətin Lerik rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 27.05.2019-cu il tarixdə təkrar tibbi müayinəyə göndərilmisiniz. Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ı əsasında Xidmətin Lerik rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
KAMRAN Soruşur Yazılma Tarixi:24.06.2019 11:10:16

Hansi xerbi xidmete dusmusem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.           
Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.
          
Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Emil Soruşur Yazılma Tarixi:24.06.2019 10:53:47

Salam. Mən iyul ayında xidmətə gedəcəyəm. Bilmək istəyirəm SHXÇDX nin nəzdində sürücülük və ya hansısa peşə üzrə təhsil ala bilərəmmi?

Bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün sürücü ixtisası üzrə hazırlığa 17 yaşına çatmış vətəndaşlar cəlb edilir. Əlavə olaraq bildiririk ki, siz iyul çağırışına cəlb edildiyiniz üçün sürücülük kursu keçməyiniz mümkünsüzdür.
Vəli Soruşur Yazılma Tarixi:24.06.2019 00:09:52

Salam. İyul cağırıçıların hara düşdüyü internetdə ayın 30 olacaq. Bəs qısa sms göndərməklə nə zaman bilinəcək

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Pərvin Soruşur Yazılma Tarixi:24.06.2019 00:09:17

Salam.Ali təhsilliyəm ixtisas sosial iş hərbi xidmətdə olmuşam.işə düzəlmək istəyirəm xahiş edirəm köməklik edəsiniz?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Tərlan Soruşur Yazılma Tarixi:23.06.2019 23:37:08

Salam. May ayının 25-i tibbi komissiyadan keçərkən müayinə yazıldı. Sonra müayinə üçün çağrılmadım. Artıq çağırışa çox az qalıb müayinə üçün çağrılacağımı hardan bilim? Yoxsa oktyabra saxlayacaqlar məni? Sabunçu rayon şöbəsində qeydiyyatdayam

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Siz Xidmətin Sabunçu rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinəyə göndəriləcəksiniz Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ı əsasında Xidmətin Sabunçu rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Məhəmməd Soruşur Yazılma Tarixi:23.06.2019 20:19:54

Mən Universitetdə buraxılış işinin müdafiyəsindən imtahana girməliyəm imtahanın vaxtı iyul ayının 8-i nə qədərdir. Amma mənə iyul ayının 1-i nə çağırış gəlib. Mən ayın 1-i nə qədər müdafiyə edib getməliyəm ya başqa tarixdə getmək mümkündür və necə ?

Bildiririk ki, ali təhsil müəssisəsinin diplom müdafiəsində iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Kamil Soruşur Yazılma Tarixi:23.06.2019 18:18:43

Gəncə Nizami vayenkomati Məmmədov Mircalal Nəvai oğlu ilə öz maraqları çərçivəsində razılığa gələrək onu hərbi xidmətdən yayındırmışdır. Adı çəkilən şəxsin tez bir zamanda yoxlanılaraq hərbi xidmətə yola salınmasını tələb edirik. Hər bir vətəndaşın borcudur xidmət keçmək. Sağlam ola ola bu tip şəxslərin əsgər getməməsi yol verilməzdir.

Məlum olmuşdur ki, adı çəkilən Məmmədov Mircalal Nəvai oğlunun həqiqi hərbi xidmətə münasibətinə dair araşdırma aparılmış və barəsində çıxarılan qərarın qanunvericiliyin tələbləri çərçivəsində qəbul olunduğu müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin (Şəxşi toxunulmazlıq hüququ) 3-cü bəndinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu səbəbdən şikayət etdiyiniz şəxs barədə Sizə əlavə məlumat verilməsi qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil.
Nəciməddin Soruşur Yazılma Tarixi:23.06.2019 18:00:05

Salam. 2019 iyul ayi üçün nəzərdə tutulan bölgü hakkında məlumat almaq istəyirdim. Hansı hərbi hissədə qulluq edəcəyimi örgənmək istəyirdim..

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Əli Soruşur Yazılma Tarixi:23.06.2019 12:09:48

Mən Dəmirzadə Əli İlkin Oğlunu 3 il bundan öncə ayaq altı düzlüyü diyaqnozu iylə Suraxanı rayon kamisarlığı əskərlikdən saxladı və mən könüllü olaraq əskərliyə getmək isdədikdə biz sizi göndere bilmərik dedilər, 3 cü ilin sonunda yoxlanışdan sonra hərbiyə yararlı olduğumu dedilər bu nə dərəcədə düzgündür ? Ayaq Altı Düzlüyü Düzelirmi? Ve her hefde meni işə gedməkdən alı qoyurlar. Bir ayrı sual mənim itən 3 ilimin məhsuliyyətini kim daşıyır 1ci ni qodnu yazan həkim yoxsa 2 ci yararlı yazan həkim xahis edirəm bununla bağlı mənim suallarımı aydınlaşdırasınız öncədən Təşəkkürlər.

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Siz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən 25.06.2019-cu il tarixdə aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ı əsasında Xidmətin Suraxanı rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :13951