Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Təbriz Soruşur Yazılma Tarixi:26.06.2019 15:23:03

MN-306 saylı herbi hissede xidmet edeceyim barede mesaj aldim ama herbi hissenin harda yerlesdiyini öyrene bilmedem. Bilmek istiyiremki MN-306 saylı hərbi hisse harda yerleşir?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır.
Emin Soruşur Yazılma Tarixi:26.06.2019 14:13:57

men hara dusmusem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nasif Soruşur Yazılma Tarixi:26.06.2019 12:00:03

Salam mən Nasif Əzizov -Masalli rayon vayenkomatinda qeydiyyatdayam. Məni gözümdə zəiflik olduğu üçün Zerife Eliyeva adina goz klinikasina gonderdiler ve Iyun ayiinin 12 -si men Zerife Eliyeva adina goz klinikasina getdim ve muayineden kecdim eger burada cavab yaxsi cixsa yeniden Seferberlik hospitalina gondereceyler? Qeyd klinakadan cavab hele vayenkomata gelmeyib bilmek isterdim cavab ne vaxt gelecey? 01.07.2019 tarixinde mene cagiris vereqesi verilib. bilmek isteyirem ki Iyulda men xidmete gede bilecem. Xidmet yerimde hele cixmayib

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Masallı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Nadir Soruşur Yazılma Tarixi:26.06.2019 11:21:54

Hara duşmuşem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ümüd Soruşur Yazılma Tarixi:26.06.2019 10:42:31

Salam. menim cagiriwm ayin 20 sidi men hacan bilecem internetden hara duwduyumu?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rüfət Soruşur Yazılma Tarixi:26.06.2019 09:56:40

Salam men sadece bir wey maraqlanmaq istiyrem iyulun 3u cagriwciyam hele yerler cixmiyib tekce mende cixmiyib yeni sualimi duz bawa duwun

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Şahnur Soruşur Yazılma Tarixi:26.06.2019 08:14:13

Salam mənə mesaj gəlib ki siz sərhəd xidmətinə təyin edilmisiz ama hansı bölgədə xidmət edəcəyimi bilmirem,bunu necə öyrene bilərəm?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır.
Ruflan Soruşur Yazılma Tarixi:26.06.2019 06:51:33

Salam. Mən iyul çağırışçısıyam. 1ci bölgüdə adım çıxmadı. Bilmək istəyirəmki, 2ci bölgü nə vaxtdır?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Hüseyn Soruşur Yazılma Tarixi:26.06.2019 01:17:19

Bakalavr bitirirəm.Fasiləsiz təhsil almaq ücün Maqistraturaya Almaniyaya sənəd vermişəm.İyulda intervyu kecməliyəm.Cavablar avqustun əvvəli gələcək.1iyul cağırışcısıyam.Sms gəlib hansı hərbi hissəyə düşmüşəm.Mən möhlət necə ala bilərəm?

Bildiririk ki, sizin təhsilə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olmadığına görə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təyin edilmisiniz. 
Surxay Soruşur Yazılma Tarixi:26.06.2019 00:56:26

Mene gelen smsde daxili qosunlara dusduyum qeyd olunub. Men hansi seherde veya hansi herbi hissede xidmet edeceyimi oyrene bilerem?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır.
Cədvəldə sətir sayı :13951