Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fuad Soruşur Yazılma Tarixi:24.01.2019 18:25:21

Salam. Aprel prizivinin çağırışı haçandır? Və paveska haçan gələcək və haçan həkimlərdən keçmək lazım olacağ?

Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.    Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2019-cu ilin aprel çağırışına hazırlıq fevral və mart aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 mart  2019-cu il tarixdə başa çatdırılır.
Elxan Soruşur Yazılma Tarixi:24.01.2019 17:42:29

Salam... Boy 187-188, Ceki 130... Herbi Xitmete Yararlidir? Zehmet Olmasa Tam Məlumat.. Birde 13A Ne demekdir?

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 188,0 sm, bədən çəkisi – 130,0 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35,0-39,9 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” və “b” bəndlərinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III (üçüncü) dərəcəli alimentar piylənmə”yə aiddir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III (üçüncü) dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar “b” bəndi üzrə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər Əlavə olaraq bildirirk ki, IV (dördüncü) dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddənin “a” bəndi ilə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
AYGÜN Soruşur Yazılma Tarixi:24.01.2019 16:32:57

Salam mən hərbidə işləmək istəyirəm hara müraciət edə bilərəm

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyən-ləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Fərid Soruşur Yazılma Tarixi:22.01.2019 13:56:07

Salam Aleykum Mən 25-i xidmətə gedirəm hansı hərbi hissəyə düşdüyümi bilmirəm növbəti məlumat 20-25-ə yazmısuz e-xidmət bölməsində boş xanaları doldururam ancaq hərbi hissənin adı göstərilmir nəzərə alın bu sualımı vayenkomatada getddim orda da məlumat vermədilər sualımı cavablıyın zəhmət olmasa

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Şaban Soruşur Yazılma Tarixi:22.01.2019 00:29:00

Salam mənə ayın yanvarın 20 sinə povuska vermişdilər ama sonra geç aparacaqlar dedilər və 20 sindən keçdi bu gün hara düşdüyümü göndərdilər MN-306 nömrəli hərbi hissə dedilər deyə bilərsinizmi bu hərbi hissə hardadır hansı şəhərdədir və nə vaxt getməliyəm əsgərə

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Əli Soruşur Yazılma Tarixi:21.01.2019 22:07:51

Salam. Men qeydiyyatda oldugum seherde xestexanadan yoxlanısdan kecdim mene keskin pielosistit ve 1 ci 2 ci dereceli varikoz xesteliyi diaqnozu verildi .Hal hazırda yeniden yoxlama ucun Bakı seherine gonderis veribler xestexanaya.Men bilmek isteyirem ki yoxlamadan kecmek ucun ne qeder vaxtım var? Yeni qanunla gonderis ne qeder vaxta kecirilub cavabi bitirilmelidir. Mene deyilene gore serencamda adim var bu cagiris gede bilerem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
ELMAR Soruşur Yazılma Tarixi:21.01.2019 14:10:19

Herbi xidmete hara dushmushem ?veyada nece oyrene bilerem?

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Şamil Soruşur Yazılma Tarixi:21.01.2019 13:23:46

5 sayli hərbi hissə hardadi

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Rəşad Soruşur Yazılma Tarixi:20.01.2019 14:40:41

Salam mən ilkin hərbi qeydiyyata alınma zamanı tibbi komissiyanın qərarı ilə M-68 c yazılıb . Bilmək isdərdim ali məktəbi bitirdikdən sonra könüllü olaraq getmək şansım var ? Bildirimki SHXÇDX - nin tabeliyində olan Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücülük şəhadətnaməsi və BC kateqoriyalı sürücülük vəsiqəm var . Könüllü kimi və ya sürücü kimi getmək mümkündür?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68 “c” maddəsinin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
SÜBHAN Soruşur Yazılma Tarixi:20.01.2019 12:32:05

Salam.sizin sayta yerlesdirdiyiniz melumata esasen 20-25 yanvar tarixinde cagriscilarin heqiqi herbi xidmeti hansi herbi hissede kecireceyi barede heleki bir xeber yoxdur.bu gun ayin 20sidi.ama heleki bir melumat yoxdur.xais edrem bizi melumatlandirasiniz

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :13951