Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
əli Soruşur Yazılma Tarixi:14.01.2019 17:17:09

Salam.Mənim sənədimə psixi durumu yerinə c13 yazılıb.Bu nə deməkdir?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir
Rəşid Soruşur Yazılma Tarixi:14.01.2019 14:59:11

Salam bilmək istərdim SHXCDX xidmətə qəbul olmaq üçün hansı ali ixtisas tələb olunur?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, verdiyiniz suallın cavabı xidməti xarakter daşıdığına görə açıqlanılmır. Əlavə məlumat almaq üçün bilavasitə Xidmətin Aparatına gələrək Kadrlar və Kadr hazırlığı idarəsinə müraciət etməyiniz tövsiyə olunur. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Lətif Soruşur Yazılma Tarixi:14.01.2019 13:04:38

Hər vaxtınız xeyir. AV Blokada 1 derecede mene birinci dəfə 3 ay, ikinci dəfə 6 ay verdilər. Bu möhlətlər nə vaxt qurtaracaq?

Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Pərviz Soruşur Yazılma Tarixi:13.01.2019 13:27:39

Salam Mən yanvar ayının 21 i hərbi xidmətə yola düşürəm . Amma hansı hərbi hissəyə təyin olduğumu bilmirəm. Zəhmət olmasa cavablandırardız

    Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əhməd Soruşur Yazılma Tarixi:13.01.2019 10:49:29

Salam bilmək istərdim mənə neçə ay möhlət verilib?

Məlum olmuşdur ki, Siz 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Şəmkir rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə müvəqqəti “Hərbi xidmətə yararsızdır” hesab edilmisiniz.
Orxan Soruşur Yazılma Tarixi:12.01.2019 21:08:53

HHK tərəfindən xəstəliklər cədvəlinin 1-ci qırafasının 42c maddəsinə əsasən vətəndaşa pensiya düşürmü? Düşürsə nə qədər düşür?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli 54-IIIQ nömrəli Qanununun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir.  Müraciətinizdə qeyd etdiyiniz məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Ramin Soruşur Yazılma Tarixi:12.01.2019 18:29:58

Salam. Səfərbərlik xidmətinə işə qəbul hansı qaydada həyata keçirilir. Əgər imtahan üsulu ilə qəbul aparılırsa bunun üçün hansı fənnlərdən imtahan verilməlidir?

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul olunurlar. Test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır.
BİLAL Soruşur Yazılma Tarixi:11.01.2019 23:18:17

Salam meni kamisarliqdan 2 defe cagiriblar amma birin defe mene yanvarin yeddisi getmeliydim herbi xidmete ve menimle birlikde onlar getdi men se qaldim ve meni tezeden cagirib yoxlamadan kecdim ve yoxlamada dediler ki belin eyridir amma ki sorunsanda nece bucaq altindadir demiller 2 skaleroz oldugumu 3 -4il bundan qabax bilirdim,mualice zad eliyirdim amma ki xeyri olmur mualice biraz yuk goturen kimi belim agriyir bele herbi xidmete gede bilerem mi

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Xidmətin Balakən rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 28.12.2018-ci il tarixdə aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ı əsasında Xidmətin Balakən rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Rəşid Soruşur Yazılma Tarixi:11.01.2019 15:54:38

salam məni maraqlandıran bir sual var xidmətə qəbulla bağlı kim sizə yazırsa hər kəsə deyirsiz ixtisasiniz uyğun deyil bes hansı ixtisas uyğundu deyin biz bilək xaiş edirik

Nəzərinizə çatdırırıq ki, verdiyiniz suallın cavabı xidməti xarakter daşıdığına görə açıqlanılmır. Əlavə məlumat almaq üçün bilavasitə Xidmətin Aparatına gələrək Kadrlar və Kadr hazırlığı idarəsinə müraciət etməyiniz tövsiyə olunur. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Mircəlal Soruşur Yazılma Tarixi:11.01.2019 12:52:56

Salam mən 2017-ci il iyul çağırışçısıyam. Belimdə yaranan problemlə bağlı sonuncu dəfə Oktyabr ayında müayinədə olmuşam,tərəfinizdən mənə bildirildi ki, Yanvar ayında barənizdə qərar qəbul olunacaqdır. Bu barədə məlumat almaq istəyirdim.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Sizin Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :13951