Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz Soruşur Yazılma Tarixi:29.12.2018 12:43:03

Salam Xahiş edirəç cavablandirasınız Məni Hərbi komissarlığdan Göndəriblər Zərifə Əliyeva Adına göz klinikasına . Ordan sağlam cavab yazılıb . Bu Məlumat Qax Rayon Hərbi kamisarlığına Göndərilməlidir ki , Yanvar Ayında Hərbi xidmətə gedim

Məlum olmuşdur ki, Siz 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Qax rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Kamran Soruşur Yazılma Tarixi:29.12.2018 00:37:28

Salam yanvar ayında xidmətə gedəcəm,FHN-nə təyin olunmuşam,lakin bilmirəm ki,hansı bölgəyə .Onu necə oyrənə bilərəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyininə müraciət etməyiniz tövsiyə olunur.
Rəşad Soruşur Yazılma Tarixi:28.12.2018 23:01:31

Salam mən Dövlət Sərhəd Xidmətinə yanvarda hərbi çağrıs gəlib amma ünvan qeyd edilməyib

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.
Azad Soruşur Yazılma Tarixi:28.12.2018 20:56:55

Salam,mən yanvar çağırışçısıyam.FHN MMQ Biləcəriyə düşmüşəm Sumqayıt Qeydiyyatıyam Biləcəridən hansı bölgələrə düşə bilərəm?Birdəki MMQ hansı rayon(şəhər)lərdə var zəhmət olmasa cavablayarsız.

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyininə müraciət etməyiniz tövsiyə olunur.
Yaşar Soruşur Yazılma Tarixi:28.12.2018 13:24:27

Salam oglumun 14 yaşı tamam olub SHXCDX də hərbi qeydiyyata düşmək ücün hansı sənədlər tələb olunur?

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;        
2. ailə tərkibi haqqında arayış;

3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
Xəzər Soruşur Yazılma Tarixi:28.12.2018 11:03:12

Sualıma cavab verin zəhmət olmazsa.Yanvar çağırışçısıyam hələdə çağırış gəlmiyib səbəb

 Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Şamil Soruşur Yazılma Tarixi:28.12.2018 09:59:19

Hərbi xidmətə hara düşdüyümü maraqlanirdim, hara düşdüyümü mene diyerdiz

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.  Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cavidan Soruşur Yazılma Tarixi:28.12.2018 02:08:00

Salam men hansı hərbi hissəyə düşməyimi öyrənmək istəyiram.Sayıtda yazıram sadəcə Dövlət Sərhət xidmətinə düşməyimi göstərir hansı rayon ve ya hərbi hissənin nömrəsini göstərmir.9100 mesajda göndərirəm cavab gəmir.Zəhmət olmasa necə öyrənə bilərəm diyərdizdə

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.
Rafiz Soruşur Yazılma Tarixi:27.12.2018 21:23:51

Salam. Bakalavr təhsilimi bitirib birbaşa magistraturaya daxil olmuşam. 2019-cu ilin iyun ayında magistri başa vuracam. Bilmək istəyirəm ki, 2020-ci ilin doktoranturaya qəbuluna qədər mənə hərbi xidmətə çağırışdan möhlət veriləcəkmi.

Bildiririk ki, ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarına sənəd qəbulu sentyabr-fevral aylarına təsadüf etdiyinə görə magistrantlara ali təhsil pilləsinin magistratura səviyyəsini bitirdikdən sonra ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarının keçiriləcəyi müddətədək çağırışdan möhlət verilməsi məsələsi hal-hazırda mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
İlkin Soruşur Yazılma Tarixi:27.12.2018 14:09:50

Salam qardaşım herbi yoxlanışdan keçərkən ona ağ biletində yarım məhdud yararlı yazılmışdır. Bu halla o əsgəliyə gedə bilermi?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə qardaşınızın adı, soyadı, atasının adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :13964