Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Namiq Soruşur Yazılma Tarixi:25.12.2018 20:13:10

hara dusmeyimi bilmek isdeyirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Əhməd Soruşur Yazılma Tarixi:25.12.2018 16:24:55

Salam,Yanvar çağırışçısıyam əməliyyat olduğumdan möhlət veriləcəyi deyilmişdi.Bilmək istərdim hansı əməliyyat növü qeyd olunub və neçə ay möhlət hüququna malikəm əvvəlcədən təşəkkürlər.

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 6 ay müddətinədək müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Tofik Soruşur Yazılma Tarixi:24.12.2018 19:02:21

Hansı hərbi hissədə xidmət edeceyimi öyrənmək isteyirəm

Bildiririk ki, çağırışçılar 25.12.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Ramil Soruşur Yazılma Tarixi:24.12.2018 17:46:11

Salam men qiyabi tehsil aliram. Yeni ilde 1 defe 1 ay muddetinde universitet derslerinde istirak edirem. Menim sualim bundan ibaretdir ki, men shxcdx-ne heqiqi herbi xidmete qebul edile bileremmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, təhsiliniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas dərəcəsinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Ramil Soruşur Yazılma Tarixi:24.12.2018 17:39:13

Salam men qiyabi tehsil aliram . Yeni ilde 1 defe 1 ay muddetinde universitet derslerinde istirak edirem. Menim sualim bundan ibaretdir ki, men shxcdx-ne heqiqi herbi xidmete qebul edile bileremmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, təhsiliniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas dərəcəsinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Təranə Soruşur Yazılma Tarixi:24.12.2018 14:27:33

16.08.2018-ci il tarixdə Yevlax şəhərində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olanda mən bildirdimki 11.12.2014-cü ildə ailə həyatı qurduğum üçün öz ərizəmlə işdən çıxmışam. İndi isə yenidən işə qayitmağ istəyirəm. Xidmət rəisi isə mənə yenidən bir şans verəcəyini dedi və göstəriş verdiki mənim adımı imtahana yazsınlar. Və mənə orda bildirildiki sentyabrın 20-sindən sonra test imtahanına dəvət olunacağsan. Zəruri sənətləri hazırlayıb Xidmətin Tərtər rayon şöbəsinə verdim ordan isə həmin sənətlər Xidmətin Aparatına göndərilib. Yəni mənim imtahana çağırılacağıma Xidmət rəisi cənab general-leytenant Arzu Rəhimov göstəriş verib. 4 ay müddət keçib indi isə deyirsiz işə qəbulun məqsədəuyğun hesab edilməyib. Yəni məni Xidmət rəisi qəbul edib ordada mən bildirmişəmki əvvəl işləyib ailə həyatı qurduğum üçün işdən ayrılmışam bütün bunları Xidmət rəisinə bildirmişəm və özü mənə bildirdiki imtahana çağırılacağsan. İndi xahiş edirəm hansı səbəbə görə mən imtahana çağırılmıram onu mənə izah edin. Hansı səbəblərə görə məqsədəuyğun hesab edilməyib? Xahiş edirəm bu məsələni araşdırıb mənə ətraflı məlumat verin. Çünki mən bir şeyi başa düşə bilmirəmki Xidmət rəisi məni qəbul edib mənə imtahana çağırılacağımı deyibsə kim mane olur bəs mənim imtahana çağırılmağıma bu qərarı kim verir? Başa düşmürəm Xidmət rəisinin göstərişi niyə yerinə yetirilmir? Hansı səbəbə? Səbəbi mənə izah edilsin.

Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız məktuba baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, tərəfinizdən əvvəllər göndərilmiş işə qəbul ilə bağlı eyni məzmunlu məktubunuza 20.11.2018-ci və 12.12.2018 il tarixli məktublarla cavab verilərək, Sizin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızın məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir.
Ramin Soruşur Yazılma Tarixi:23.12.2018 14:06:14

Əsgərə hara düşmüşəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ramin Soruşur Yazılma Tarixi:23.12.2018 14:02:17

Əsgərə hara düşmüşəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ramin Soruşur Yazılma Tarixi:23.12.2018 14:00:01

Əsgərə hara düşmüşəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Şahin Soruşur Yazılma Tarixi:22.12.2018 12:25:39

salam men bilmek isterdimki muddetden artiq herbi qulluqcular olke serhedlerinden kenara nece cixa bileller sadece hanisisa bir sefer ucun cox xais edirem tam cavab veresiniz

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu  ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 154-cü maddəsinin altıncı hissəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar həqiqi hərbi xidmət keçdiyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :13966