Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:20.06.2020 10:52:40

Iyul ayının 2-sinə çağırış vərəqəsi gəlib , hansı hərbi hissədə xidmətdə olacağımı örgənmək üçün online müraciət edirem , belə bir çağırışcının olmadığı göstərilir. Hansı Hərbi Hissədə xidmətdə olacağımı necə örgənə bilərəm ?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Mətləb Soruşur Yazılma Tarixi:20.06.2020 06:23:16

Bəs könülü necə gedə bilərəm?

Bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Rövşən Soruşur Yazılma Tarixi:20.06.2020 00:59:08

Salam Bilmek İsdiyirdim Ki Mende Vayeni Biletde 21.06.20 Çağrışın Vaxtı Bitir Bilmek isdiyirdim ki Meni Çağrışa Navaxt Çağıracaqlar ? Zehmet Olmasa Sualımı Cavablandırardız

Müəyyən edilmişdir ki, Sizə Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək 21.06.2020-ci il tarixədək möhlət verilmişdir. Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Füzuli rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi şəhadətləndirildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Əli Soruşur Yazılma Tarixi:19.06.2020 21:51:44

Mən bu ilin iyul çağırışna cəlb edilmişəm. Mənim gözümdə zəiflik var. Məni Zərifə Əliyeva adına göz inistutunun hərbi ekspertiza bölməsinə göndərdilər. Mən bilmək istəyirəm ki hərbi xidmətə yararlıyam yoxsa yox? Əgər yararsız hesab olunarsam və ya möhlət hüququ verilsə könüllü bir şəkildə xidmət edə bilməyimdə nəsə bir problem ola bilərmi? Zəhmət olmasa müraciətimi aydın bir formada cavablandırardız.

Məlum olmuşdur ki, 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Yevlax rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” qeydiyyatda olduğunuz Yevlax rayon şöbəsinə daxil olduqdan sonra, Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Amir Soruşur Yazılma Tarixi:19.06.2020 17:23:03

Salam. Sizin portalınızda qeydiyyatdan keçdim amma sistemə daxil olmaq mümkün deyil.

Salam, Sizin portala daxil olmuş müraciətiniz təsdiq edir ki, sistemdə çatışmamazlıq qeydə alınmamışdır. Əlavə olaraq, müraciətinizi xidmətin info@seferberlik.gov.az elektron poçtuna göndərə bilərsiniz.
Qurban Soruşur Yazılma Tarixi:18.06.2020 22:14:14

Salam men iyulun 2si gedirem herbi xidmətə ama karantin iyunun 21nen iyul ayının 5nə kimidi. İndi iyulun 2si gedəcəm yoxsa qalacaq hələki

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, “Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 11.06.2020-ci il tarixli Sərəncamı verilmişdir. Mövcud vəziyyətlə əlaqədar iyul çağırışında çağırışçıların xidmət yerlərinə göndərilməsi ilə bağlı əlavə məlumat veriləcəkdir.
Fuad Soruşur Yazılma Tarixi:18.06.2020 17:23:43

Salam xahiş edirəm sualımı mümkün qədər tez cavablandırardız

Müraciətiniz qeydə alınmışdır. Sualınız qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılacaqdır. Nəzərə almağınız tövsiyə olunur.
Rövşən Soruşur Yazılma Tarixi:18.06.2020 16:23:20

Salam Bilmek İsdiyirdim Ki Mende Vayeni Biletde 21.06.20 Çağrışın Vaxtı Bitir Bilmek isdiyirdim ki Meni Çağrışa Navaxt Çağıracaqlar ?

Müəyyən edilmişdir ki, Sizə Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək 21.06.2020-ci il tarixədək möhlət verilmişdir.
Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Füzuli rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi şəhadətləndirildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Ayaz Soruşur Yazılma Tarixi:18.06.2020 14:28:45

Salam aleykum. Ayagi 2ci dereceli yasti olanlar herbi xidmete yararlidi?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən II dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm) çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.  
Kənan Soruşur Yazılma Tarixi:18.06.2020 09:19:56

Salam mən yaxın günlərdə sizə sual ünvanlamışdım amma hələdə sualıma cavab gəlməyib

“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4.10-cu bəndinə əsasən, bağlaşma əsasında zabitlərin həqiqi hərbi xidmətinə daxil olmaq istəyən şəxsin yalnız özünün məhkumluğunun olub-olmaması barədə arayış tələb olunur.
Cədvəldə sətir sayı :14891