Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:21.11.2018 17:01:24

Salam meni yanvar ayinin 5 i cagiris vereqesi veribler hara dusduyumu ne vaxt oyrene bilerem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Rasim Soruşur Yazılma Tarixi:17.11.2018 15:40:14

Salam.Men Ibrahimov Rasim Elman oglu 23.03.2018 tarixinde 18 yasim tamam olur men herbi xidmete hara dusduyumu bilmek isdeyirem.

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Kənan Soruşur Yazılma Tarixi:17.11.2018 01:44:42

Salam mənim 18 yaşım 2 1 2019 ildə olur mən imşli rayon qaradonlu kədidə yaşayıram tibbi yoxlanış çağrşımı eləelektron öyrənə bilərəm?

Bildiririk ki, 18 yaşı 2019-cu ilin yanvar  ayının 02-də tamam olmuş vətəndaşlar həmin ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.   Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2019-cu ilin yanvar çağırışına hazırlıq 2018-ci ilin noyabr və dekabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 dekabr 2018-ci il tarixdə başa çatdırılır.
Cabir Soruşur Yazılma Tarixi:16.11.2018 19:53:38

Salam.Mən iyul ayında işə qəbuldan bağlı ilk dəfə test imtahanında iştirak etdim,lakin test mərhələsini keçə bilmədim.Yenidən iştirak edə bilərəmmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, 19.07.2018-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir.
Murad Soruşur Yazılma Tarixi:15.11.2018 10:21:47

Salam.Mən 2015-ci ilin oktyabır ayında Lerik Rayon Hərbi Komisarlığı tərəfindən tibbi komisyaya çağrılmışam.Mən ağız damağında diş sayının az olduğuna görə Bakı şəhər Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına tibbi müayinəyə göndərilmişəm.Xəstəxanadan mənə hərbi xidmətə yararsız diaqnozu verilmişdir. Sonra məni hərbi qospitala müayinəyə apariblar Hərbi qospitalda mənə 6 ay möhlət verildi. Həmin müddətdən etibarən məni 3 ildir hər 6 aydan bir A.Mirqasımov adına xəstəxanaya müayinəyə gondərirlər. Orda mənə təkrar yarasız diaqnozu verilir, hərbi qospital isə yenidən möhlət verir. Bu səbəbdən məni nə hərbı xidmətə aparırlar nə də ki hərbi biletimi verirlər. Mən nə etməliyəm?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Sizin şəxsi işiniz 26.10.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır.
Vüqar Soruşur Yazılma Tarixi:13.11.2018 08:42:01

Salam.Menim oglumun 18 yashi yanvar ayinin 30 tamam olur.Xaish edirem bildiresinizki,o hansi ayin gönderishinde herbi xidmete getmelidir yanvar yoxsa aprel?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.
Təranə Soruşur Yazılma Tarixi:12.11.2018 17:58:52

Salam. Mən 16.08.2018-ci il tarixdə Yevlax şəhərində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam. Mənə imtahana çağırılacağımı dedilər. Lakin bu günədək mənə bir məlumat verilməyib. Xahiş edirəm mənə imtahanın nə vaxt keçiriləcəyi barədə məlumat verəsiz. Əvvəlcədən təşəkkür edirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən 16.08.2018-ci il tarixdə Yevlax rayon şöbəsində keçirilmiş vətəndaşların qəbulu zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə yenidən işə qəbul olunmağınıza köməklik göstərilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağıniz məqsədəuyğun hesab edilməmişdir.
Vüqar Soruşur Yazılma Tarixi:12.11.2018 12:06:46

Salam.Menim oglumun 18 yashi yanvar ayinin 30 tamam olur.Men oyrenmek isterdimki o hansi ayin gonderishine dushur.Yanvar yoxsa Aprel?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Çağırış ayında 18 yaşı tamam olmuş çağırışçılar həmin gündən etibarən müddətli həqiqi hərbi xidmətə göndərilə bilərlər. Lakin həmin çağırış ayı üçün verilmiş tapşırıq yerinə yetirilərsə, bu çağırışçılar növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə göndərilirlər.
Tural Soruşur Yazılma Tarixi:09.11.2018 22:58:10

Salam. Yazıb Size bildirirəm ki,ehtiyatda olan zabitəm. Sizin Xidmətdə isə qəbul olunmama yardımçı olmanızı Xahiş edirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrinə, eləcə də fiziki hazırlıq göstəricilərinə (qəbul olunmuş normativlərə) uyğun olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Nicat Soruşur Yazılma Tarixi:09.11.2018 00:14:38

Salam. Mən Bakıda hərbi-həkim komissiyasından müayinədən keçmişəm. Zəhmət olmasa nəticəni deyə bilərsiz? Təvəllüd 1996. Gəncə şəhəri kəpəz rayonu.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və şəhadətləndirilmə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Bildiririk ki, müalicə üçün verilmiş möhlət hüququ bitdikdə, Siz, qeydiyyatda olduğunuz Xidmətin Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :13966