Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ayaz Soruşur Yazılma Tarixi:03.06.2020 00:46:31

Salam Aleykum. Men iyul ayi xidmete gedirem, konullu olaraq daxili qosunda xidmet etmek isteyirem .mumkundurmu

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü xüsusi kompüter proqramı vasitəsi ilə aparıldıqdan sonra onlar təyin olunduqları qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin edilirlər.
Altun Soruşur Yazılma Tarixi:02.06.2020 18:00:03

Salam. Mən hal-hazırda magsitratura pilləsində 2ci kursda təhsil alıram və təhsilimi doktorantura səviyyəsində davam elətdirmək istəyirəm. Bildiyimiz kimi doktorantura səviyyəsi üçün qəbul imtahanı qış aylarında keçirilir lakin mən iyul ayı hərbi xidmətə çağırılıram. Bununla bağlı möhlət necə ala bilərəm?

Bildiririk ki, ali təhsil müəssisəsinin doktorantura səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər.
Əziz Soruşur Yazılma Tarixi:02.06.2020 11:21:08

Salam mən bu il 4cu kursu bitirirəm. Magistratura səviyyəsində təhsilimi davam etdirmək üçün xarici təhsil müəssələrinə müraciət etmişəm və italyanın politexnik universitetindən qəbul sənədi almışam. Ancaq həmin sənədi tərcümə təsdiq etdirib hərbi komissarlığa təqdim etdiyim halda mənə yalnız orada oxumağımı təsdiq edən arayışın olduğu təqdirdə möhlət hüququ veriləcəyi bildirilir. Ancaq mən oraya sentyabr ayının sonu oktyabr ayının əvvəli oxumaq üçün getməliyəm və yalnız həmin universitetdə oxumaq haqqında arayışı o tarixlərdə əldə edə bilərəm. İndi mən bilmək istəyirəm ki,universitetin mənə göndərdiyi qəbul sənədi ilə möhlət hüququ verilməlidirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.Əlavə olaraq bildiririk ki, ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olmağınız barədə sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər.
Gülbacı Soruşur Yazılma Tarixi:02.06.2020 10:21:17

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətkeçmə müddəti və tərxis olunma maddəsi göstərilməklə hərbi xidmətkeçmə haqqında arayışı necə əldə edə bilərəm?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd edilən arayışın verilməsi üçün şəxsiyyəti təsdiq edən sənədlə şəxsən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən «ASAN» Xidmət mərkəzlərindən birində hərbi qeydiyyat pəncərəsinə və ya hərbi qeydiyyat üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti şöbəsinə müraciət olunmalıdır.
Rövşən Soruşur Yazılma Tarixi:02.06.2020 09:27:52

Salam Mən Müslümzadə Rövşən Telman Oğlu. 25 yaşım Var Esgerlikdə Olmamişam Mənə Herbi Bilet Verilib Herbi Biletde Göstərilən (56.b) Madəsinə Görə Aparmiyiblar Oda Sifətdə Çapığ yeni Dodağda Çapıhlğ Olduğuna Görə Aparmiyiblar Men De Dodağimi Emeliyat Eletdirib Düzeldirmişəm Meni Bu Ay Yoxlanişa Cağiracaqlar Men Yoxlanişa Girib Sağlamliğim Yerində Olsa Esgerliye Gede Bilerem Yoxsa Yox ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilir və sağlam hesab edildiyi halda, müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilirlər.
Rəhim Soruşur Yazılma Tarixi:02.06.2020 07:59:56

salam mən təkrar tibbi komisya istiyrəm hansı dövlət xəstəxanalarına muayinəyə gedirəm diyirlər sağlamsan sizdən xaiş edirəm ki işimə təkrar baxasınız

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Xəzər rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
Mehdi Soruşur Yazılma Tarixi:01.06.2020 18:54:48

İyul aynin 2 cağrışdi hara düşdüymü bilek isteyirdim

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
İsmayıl Soruşur Yazılma Tarixi:01.06.2020 17:48:47

Mən 2020ci il İyul çağırışçısıyam.Harda xidmət edəcəyimi necə öyrənə bilərəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur
İsmayıl Soruşur Yazılma Tarixi:01.06.2020 00:20:13

Mən 2020ci ilin İyul cagiriscisiyam. Harda xidmət edəcəyimi bilmək istəyirəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur
Tuqay Soruşur Yazılma Tarixi:31.05.2020 23:21:22

Salam Men kolleci bu il bitirirem ve unverstede senet verecem qeydiyat 01.06.2020 ci başlayir ve ixtisas seçimi hele bilimir ne vaxdir başlayir menide 01.07.2020 ci il herbiye cağriblar nece edim herbi xidmetin vaxdi uzadilacaq yoxsa nece kecen il var idi bele bir qerar

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. Orta ixtisas təhsili müəssisələrini bitirən çağırışçılara təhsillə əlaqədar ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmələri üçün çağırışdan möhlət verilməsi  qanunvericilikdə nəzərdə tutulmamışdır.  Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iyul çağırışı iyul ayının 1-dən 30-dək keçirilir. Çağırışın uzadılması ilə bağlı hal-hazırda heç bir normativ hüquqi akt yoxdur. Bundan əlavə, çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrində keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Cədvəldə sətir sayı :14891