Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Balabəy Soruşur Yazılma Tarixi:09.06.2020 19:19:48

Boğazimda düyünlü zob var amma bedenime heç bir zereri yoxdu herbi xidmete gede bilerəm

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Mərkəzi hərbi həkim komissiyasında müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararsızdır” hesab edilmisiniz.
Elnur Soruşur Yazılma Tarixi:09.06.2020 11:44:12

Cox sag olun cavabiniza gore. Bir daha sizden xaiw edirem arawdirasiz. Ayatov Ixtiyar Bextiyar oglu Xacmaz qeydiyatli, Bakiya getmelidi???

Portala daxil olan növbəti müraciətinizə əsasən əlavə araşdırma zamanı məlum olmuşdur ki, Ayətov İxtiyar Bəxtiyar oğlu 22.05.2020-ci il tarixdə təkrar tibbi müayinədən keçirilərkən «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilmişdir. Ailə vəziyyətinə (himayəsində 3 və daha çox uşaq olduğuna) görə məsələyə aydınlıq gətirilməsi üçün o, hərbi qeydiyyatda olduğu Xidmətin Xaçmaz rayon şöbəsinə şəxsən müraciət etməlidir
Xəyal Soruşur Yazılma Tarixi:09.06.2020 11:29:59

Salam. Mən Azərbaycan Texniki Universitet 4cü kurs telebesiyem. Magistr (Yüksek Lisans) üçün Türkiyəyə başvuru vermişəm ancaq cavabları iyulun sonu avqustda açıqlanacaq ve ona kimide iyul ayının 3ne çağırışım var. En azından başvuru cavablarını öyrenmek üçün magistr oxumaq üçün gelen çağırışa kimi möhlet verile biler ? İndidən Təşəkkürlər...

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Buna görə də xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə şəxsən təqdim etdikləri halda, barələrində müvafiq qərar qəbul edilə bilər.
Mobil Soruşur Yazılma Tarixi:09.06.2020 11:26:19

Salam men İyul 1 herbi xitmete yola dusmek ucun cagrilmisam men hansi herbi hisseye dusmeyimi nece gun once bilecem ve bunu harada yoxlaya bilerem zehmet olmasa mene izah ederdiz

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Loğman Soruşur Yazılma Tarixi:08.06.2020 23:26:50

Salam.Məndə bəzi problemlər olduğu üçün məni maştağaya yazdılar.Aprel çağırışı idim və mənə 3 ay möhlət verdilər.Amma hələ çağırış gəlməyib mənə yoxlanışa getməmişəm Bilmək istəyirəm mən iyulda gedəcəm? ya oktyabrda?

Möhlət hüququ bitdikdə Siz 2020-ci ilin iyul çağırışında qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ayaz Soruşur Yazılma Tarixi:07.06.2020 14:14:16

Salam. Mən sizə özüm barədə mart aynın 13-ü 2020-ci ildə məlumat vermişəm. 2 dəfə həkim yoxlanışından keçmişəm. Aprel çağırışında Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim olunmalıydım. Mənim barədə verilən qərarı bilmək istəyirəm. Çoxsağolun.

Bildiririk ki, Sizin şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edilməniz nəzərdə tutulmuşdur. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Azər Soruşur Yazılma Tarixi:07.06.2020 11:15:44

Salam çox xahiş edirem cavablandirardinz men 2017 ci ilde herbi xidmete yolanmisam xidmetimi tam olarax bitrmisem hal hazrda menim vayni biletimde 22ç bendi xesdelik diyaqnozu qoylub size sualim odu ki men yenden xidmetimi serhed qosunlarinda davam etrimek isdeyrem bilmek isdeyrem ki men bu maddeden orda yenden xidmetmi davam etre bilerem mumkunse cavablandiradinz

Portala daxil olan müraciətinizə əsasən, Siz məhdudiyyət dərəcəsi ilə «hərbi xidmətə yararlı» sayılaraq hərbi xidmətə göndərilmisiniz və xidmət müddətiniz başa çatdığına görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmısınız. Bildiririk ki, hərbi vəzifəlilərin hərbi xidmətə yararlılıq dərəcəsi «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə uyğun olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Mövcud qanunvericiliyin tələblərinə əsasən çağırış komissiyasının qərarı ilə razılaşmayan vətəndaşlar, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilə bilərlər. Tibbi müayinənin nəticələrinə uyğun olaraq, sağlamlıq vəziyyətinin müayinə aktına əsasən hərbi biletinizin xüsusi qeydlər bölməsində müvafiq düzəlişlər aparılacaq. Bununla bağlı hərbi qeydiyyatda olduğunuz Xidmətin Biləsuvar rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur. Yuxarıda qeyd olunan Əsasnamənin «Xəstəliklər cədvəli»nə əsasən ştat üzrə «gizir» hərbi rütbəsi nəzərdə tutulmuş vəzifələrə hərbi xidmətə könüllü daxil olan və çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər fərqlidir Bu səbəbdən qeyd etdiyiniz məsələyə dair xidmət etmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Fərid Soruşur Yazılma Tarixi:06.06.2020 14:09:50

Salam. Mən 4cü kurs tələbəsiyəm. Baxmayaraq ki bir çox qrup yoldaşlarıma hərbi xidmətlə bağlı zəng gəlib və bəzilərinə çağırış verilib, mənə hələ də heç bir zəng və ya sms gəlməyib. Bilmək istəyirəm ki zəngin edilməsi ən gec nə vaxta qədər ola bilər? Təşəkkür edirəm.

Müəyyən edilmişdir ki, Siz 2020-ci ilin iyul çağırışına cəlb edilməyiniz barədə xəbərdar edilmisiniz. Bununla əlaqədar, qeydiyyatda olduğunuz struktur bölmə tərəfindən müəyyən edilmiş tarixdə aidiyyəti üzrə gəlməyiniz zəruridir.
Yusif Soruşur Yazılma Tarixi:06.06.2020 10:08:44

Salam. Mənim sualım çağırışçının hərbi xidmətə özü ilə apara bildiyi əşyalarla bağlıdır. Özümüzlə nə kimi əşyalar apara bilərik, məsələn şəxsi gigiyena vasitələri və qol saatı? Ümumiyyətlə bu barədə ətraflı məlumat necə əldə edə bilərik?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət edecəyi hərbi hissə tərəfindən lazımi əşyalarla təmin olunurlar.
Samir Soruşur Yazılma Tarixi:06.06.2020 02:19:17

Salam. Meni iyul ayinin 1-nə cağrış gəlibdi, mən hansı herbi xidmətdə qulluq edəcəm deyə bilmək isdəyrdim

: Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə bölgüsü xüsusi kompüter proqramı vasitəsi ilə aparıldıqdan sonra onlar təyin olunduqları qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin edilirlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891