Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xaqan Soruşur Yazılma Tarixi:05.06.2020 22:36:41

Salam. Mənə iyul ayı üçün çağırış gəlib və mən universitetdə, 4-cü kursda təhsil alıram. Akademik borclarımı ödəmək və dövlət imtahanını vermək üçün mənə oktyabr çağırışına qədər möhlət veŕilə bilərmi? Bunun üçün nə etməliyəm, hansı sənədlər tələb olunur? Bakı şəhəri, Nizami rayon hərbi komissarlığından çağırılmışam. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Bildiririk ki, Qanunda akademik borcu olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır. Lakin təhsilini bitirməməyi barədə təhsil müəssisəsinin tələb olunan qaydada tərtib olunmuş arayışını çağırışa hazırlıq dövründə öyrənilmə zamanı Xidmətin yerli idarə, şöbə və bölməsinə şəxsən təqdim etdiyi halda, çağırışçılara təhsilə görə möhlət verilməsi məsələsinə qanunamüvafiq qaydada baxılır.
Kainat Soruşur Yazılma Tarixi:05.06.2020 15:47:44

Hərbi xidməti harada çəkəcəm ?? Hara düşmüşəm

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaq və 30 iyun tarixdən etibarən xidmət yerləri barədə məlumatlar Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Bundan əlavə çağırışçılar SHXÇDX-nin rəsmi saytında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları Xidmətin saytına daxil edərək xidmət edəcəkləri qoşun növünü dəqiqləşdirə bilərlər. Əks halda Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət etmələri tövsiyə olunur.
Şirxan Soruşur Yazılma Tarixi:05.06.2020 13:43:38

Salam mən bu il kollec bitirirəm və diplomla ali məkdəbə sənəd verməy isdirəm lakin qeydiyatdan keçmək üçün vaynkomatdan möhlət kağızı isdir mənədə yoxlanışdın keçmişəm ürəyimdə problem çıxıb möhlət kağızı verilməlidi mənə ki müalicə alım möhlət kağızın bu ay ərzində verilməsi mümkündürmü mən sənəd qəbulundan keçim?

Məlum olmuşdur ki, Siz Xidmətin Füzuli rayon şöbəsi tərəfindən 2020-ci ilin iyul çağırışına cəlb edilərək tibbi şəhadətləndirilmiş və səhhətiniz ilə əlaqədar 04.06.2020-ci il tarixdə Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müayinəyə göndərilmisiniz.Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Füzuli rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Nahid Soruşur Yazılma Tarixi:04.06.2020 22:18:21

Salam . Mən bir daha yazıram bura . Mən orta təhsil bazasında kollec oxuyuram hal hazırda 3 cü kurs tələbəsiyəm . 18 yaşım da 1 aydı ki tamam olub və mənə çağırış gəlməli idi halbuki gəlməyib . Yaxınımdakı insanlarda 18 yaşı tamam olannan 3 gün sonra çağırış gəlib. Məndə isə 1 ay keçib hələ məni çağırmayıblar . Vaynkamatım Füzuli rayon şöbəsidi zəhmət olmasa xaiş edirəm bunu aydınlaşdırın çox xaiş edirəm .

Bildiririk ki, Siz 9-cu sinif bazasından Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil almağınız barədə 3467 nömrəli 02.03.2018-ci il tarixli arayış təqdim etdiyinizə görə sizə çağırış komissiyasının qərarı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən möhlət verilmişdir.
Əziz Soruşur Yazılma Tarixi:04.06.2020 17:15:22

Salam, mən Səmədli Əziz bu il Neft və Sənayə universitetinin sonuncu kurs tələbəsiyəm. Təhsiliçi xaricdə magistratura səviyyəsində davam etdirmək üçün İtalyanın Politexnik of Turin universitetine online müraciet etdim ve şərti qəbul aldım. Mənə həmin universitetdən göndərilən sənədi tərcümə etdirib hərbi komissarlığa təqdim etdim. Ancaq oradan mənə möhlət verə bilməyəycəylərini söylədilər. Ancaq keçən ilki qəbul alan uşaqlardan soruşduğumda onlar mənə bu şəkildə möhlət ala biləcəyimi söylədilər. Mən bilmək istəyirəm ki, mənim bu sənədlə möhlət almaq hüququm varmı? Yoxsa yalnız universitetdə oxuçağım haqqında arayışmı təqdim etməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.                 Buna görə də xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Xidmətin qeydiyyatda  olduqları yerli idarə, şöbə və bölmələrinə şəxsən təqdim etdikdən sonra barələrində qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər.
Elmir Soruşur Yazılma Tarixi:03.06.2020 22:30:35

Salam. Karantin qaydaları yenidən sərtləşdirilsə iyul çağırışçıları avqust ayında gedəcək? Aprel çağırışçıları may ayında getdiyi kimi.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iyul çağırışı iyul ayının 1-dən 30-dək keçirilir. Çağırışın uzadılması ilə bağlı hal-hazırda heç bir normativ hüquqi akt yoxdur.
Emil Soruşur Yazılma Tarixi:03.06.2020 13:13:36

Salam iyunun 19 u mənim 18 yaşım tamam olur iyul çağırışına düşürəm ama universitetə sənət vermək istiyrəm neyniyə bilərəm 3 aylıq saxlatdırmaq üçün hansı rayonda qeydiyatdayamsa ora getməliyəm?

Bildiririk ki, 2020-ci ildə orta ümumtəhsil məktəblərini bitirən çağırış yaşlı vətəndaşlara Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2020-ci ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmələri üçün çağırışdan möhlət verilir. Bunun üçün onlar qəbul imtahanlarında iştirak etmələri barədə “Abituriyentin elektron ərzizəsi”nin surətini Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər.
Rövşən Soruşur Yazılma Tarixi:03.06.2020 13:06:06

Salam Mən Müslümzadə Rövşən Telman Oğlu. 25 yaşım Var Esgerlikdə Olmamişam Mənə Herbi Bilet Verilib Herbi Biletde Göstərilən (56.b) Madəsinə Görə Aparmiyiblar Oda Sifətdə Çapığ Olduğuna Gore Aparmiyiblar Yeni Dodağda Çapıhlğ Olduğuna Görə Aparmiyiblar Men De Dodağimi Emeliyat Eletdirib Düzeldirmişəm Mende Damağda Yox Dodağda Çapığ Var idi Emeliyat Olunmuşam Her şey Qaydasindai Meni Bu Ay Yoxlanişa Cağiracaqlar Men Yoxlanişdan Keçsem Sağlamliğim Yerində Olsa Esgerliye Gede Bilerem Yoxsa Yox ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilir və sağlam hesab edildiyi halda, müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilirlər.
Mahur Soruşur Yazılma Tarixi:03.06.2020 11:46:42

Salam.Mən keçən il ayrı ayrı vaxtlarda hər iki dizimdən travma almışam.Bir dizimin bağı qopub ,o biri dizimin də bağı yırtılmışdı.Həmçinin skaliozum, 2ci dərəcəli kifozum var.Bu il Travmatologiya İnstitutunda Hərbi Komisarlığın göndərişi ilə yoxlamadan keçdim.Sənədlərim yaşadığım Salyan rayonuna göndərildi.Burda deyirlər ki təsdiq üçün sənədlər Bakıya göndərilib və hələ də cavab gəlmədiyindən elektron bazada yerləşdırilməyib.Ona görə mənim ali məktəbə qəbul olmaq üçün ərizəm qəbul olunmur.Xahiş edirəm möhlət hüququ haqqında sənədimin təsdiqini rayona göndəə bilərsiz? Ayın 5 i son gündür.8-inə kimi icazə almışıq.Xahiş edirəm müraciətimi nəzərə alın.Sizdən cavab gözləyirəm.

Bildiririk ki, Sizin barənizdə yekun qərarın qəbul edilməsi üçün şəxsi işiniz Xidmətin Salyan rayon şöbəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunub.   Şəhadətləndirilmənin nəticəsinə uyğun olaraq, Sizin müddətli həqiqi hərbi xidmətə  yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin Xəstəliklər cədvəlinin I qrafasının tələblərinə əsasən qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Elcan Soruşur Yazılma Tarixi:03.06.2020 07:14:20

Menim 10 dişim titandir bu menim herbi xidmete getmeyime manecilik torede biler?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən, çıxarılmayan protezlə əvəz edilmiş dişləri olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Cədvəldə sətir sayı :14891