Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Azər Soruşur Yazılma Tarixi:26.05.2020 13:11:36

Salam mene verilmiş cağırış kağızında ayın 20 si yola düşmeliydim hele men aparmayiblar herbi xidmete hansi herbi xidmete düşdüyümüde demirler nece olacaq bele?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz Lənkəran rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Tamerlan Soruşur Yazılma Tarixi:26.05.2020 12:43:40

Salam mən bu ilin iyul ayında hərbi xidmətə getməliyəm vaynkamatdan yoxlanışa keçərkən 2019cu il noyabrda qalxanvari vəzi əməliyyatı olmuşam və bir payı götürülüb dərman qəbul edirəm hal-hazırda.Məni Respublikanski xəstəxanasına göndərdilər orda müayinə olundum və dedilər qərarı rayon komissarlığına bildirəcik.Bilmək istərdim ki mən hərbiyə yararlıyam yoxsa yox? və bu qərarı xəstəxana verir yoxsa rayon komissarlığı?

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Siz Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 20.05.2020-ci il tarixdə akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı Xidmətin Saatlı rayon şöbəsinə daxil olduqdan sonra, rayon çağırış komissiyası tərəfindən Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Murad Soruşur Yazılma Tarixi:25.05.2020 17:22:51

Salam mənim 18 yaşım 20.06,2020 ci tarixdə tamam olur.Mən bu il yenidən hazırlanıb imtahan vermək istiyrdim ancaq covid-19 pandemiyasına görə imtahan vaxtları uzadıldı ancaq çağırış vaxtları uzadılmadı və mən imtaha ərizə verməkim mümkün olmadı yəni mən covid-19 pandemiyasına görə pis vəzyətə düşdüm Mənim imtahan verməyim mümükün deyil?

Bildiririk ki, 2020-ci ildə orta ümumtəhsil məktəblərini bitirən çağırış yaşlı vətəndaşlara Respublikanın ali və orta ixtisas təhsili məktəblərinə 2020-ci ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmələri üçün çağırışdan möhlət verilir. Bunun üçün onlar qəbul imtahanlarında iştirak etmələri barədə “Abituriyentin elektron ərzizəsi”nin surətini Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər. 2019-cu ilin məzunu olan çağırış yaşlı vətəndaşlar isə Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2020-ci ildə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Orxan Soruşur Yazılma Tarixi:25.05.2020 11:33:58

Salam, 2020-2021-ci il tədris ili üçün ölkəmizdə magistratura səviyyəsi üzrə imtahana daxil olmuşam. İndi mənlə yoxlanış üçün əlaqə qurulmayıb magistraturaya imtahan verənlər iyul çağırışında yoxsa oktyabr çağırışında yoxlanışa çağırılır? Yoxlanışa görə mənimlə əlaqə qurulmamış özüm könüllü formada həkim ekspertizasından keçə bilərəm?(uzunmüddətli hipotireoz olmuşam, onun sənədlərini təqdim etmək istəyirəm)

Cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini bitirdiyinə görə möhlət müddəti bitən çağırışçılar ümumi əsaslarla çağırışa cəlb edilir və hərbi həkim komissiyasında tibbi yoxlanışdan keçirilirlər. Magistratura səviyyəsinə qəbul üçün imtahanlarda iştirak edən çağırışçılar magistratura səviyyəsinə qəbul imtahanlarının nəticələri çağırış müddətində məlum olduğuna görə hərbi həkim komissiyasında tibbi yoxlanışdan keçməlidirlər.
Camal Soruşur Yazılma Tarixi:25.05.2020 02:51:59

Salam. Ali tehsilli şexslerde herbi xidmet muddeti ne qederdir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ali təhsil almaları barədə təhsil müəssisəsindən verilmiş dövlət nümunəli sənədin notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etməlidirlər.  
Balabəy Soruşur Yazılma Tarixi:24.05.2020 16:35:45

Men vaxtindan əvvəl gedmey üçun tibbi senedleri nece goturum heç bir xestexanada yatmamişam sağlamam heç bir prablemim yoxdu, deqiq yazardizda

Portala daxil olan təkrar müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz məsələyə aid əvvəlki müraciətlərinizə ətraflı cavablar verilmişdir. Əlavə olaraq bildiririk ki, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşların vaxtından əvvəl təkrar tibbi müayinəyə cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Məmmədhüseyn Soruşur Yazılma Tarixi:24.05.2020 03:21:18

Salam. 2020-ci ildə mənim bakalavr pilləsinin bitirilməsi gözlənilir. Sənədlərimi xarici universitetlərinə maqistraturaya qəbul olmaq üçün göndərdim və İtaliyanin bir universitetinnen müsbət cavab aldım. Universitetə qəbul olduğumu göstərən məktubu tərcümə təsdiq etdirib sənədi hərbi xidmətə çağırış şöbəsinə çatdırdım. Amma oradan bildirdilərki bununla heçnə bəlli olunmur və iyul ayinda sən hərbi xidmətə gedməlisən. Zəhmət olmasa bu məsələnin nə dərəcədə düzgün olduğunu izah edərdiz.Çox sağolun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Buna görə də xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını (bitirmə müddəti göstərilməklə) Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə şəxsən təqdim etdikləri halda, barələrində müvafiq qərar qəbul edilə bilər.
Pərviz Soruşur Yazılma Tarixi:22.05.2020 18:58:06

Mən hal-hazırda qeydiyyatda olduğum ünvanda yaşamıram. Daimi yaşadığım yer Bakı şəhəridir. Sonuncu kurs tələbəsiyəm. Həm də işləyirəm. Yoxlanış üçün Mingəçevir şəhərinə gəlsəm geriyə qatar və ya avtomobil nəqliyyatı ilə qayıda bilməyəcəyimə görə, belə halda ne etməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Murad Soruşur Yazılma Tarixi:22.05.2020 14:24:20

Mən 2019cu il aprel ayında hərbi xidmətə getməli idim. Lakin müəyyən diaqnozla 1 ildir saxlayıblar məni. Qoyulan diaqnoz dəyişdirildikdə və yaxud tam sağlam hesab edilib, hərbi xidmətə göndərilsəm, xüsusi qoşun növlərində xidmət edə bilərəm? Və yaxud bunun üçün harasa müraciət edə bilərəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. Əlavə olaraq bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Ədalət Soruşur Yazılma Tarixi:22.05.2020 12:22:46

Salam. Mən 17.02.2020 tarixində təhsil aldığım Akademiyadan ( magistr pilləsi ) öz ərizəmlə xaric olunmuşam. Qanuna əsasən 6 ay gözləmə müddəti var. Bilmək istəyirəm ki, mənim iyul ayında hərbi xidmətə çağırılmağım mümkündür mü ?

Bildiririk ki, Siz oxuduğunuz təhsil müəssisəsindən xaric olunmağınız barədə sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.           Məlumat üçün bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14891