Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mirzağa Soruşur Yazılma Tarixi:16.05.2020 17:43:56

Mənim oğlum Ağayev Təbrizin sənədləri mərkəzi həkim komisiyasına göndərilib cavabı öyrənmək istəyirəm.Ağayev Təbriz 1995.06.25-ci təvəllüddir

Məlum olmuşdur ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq olunması üçün, 1995-ci il təvəllüdlü Ağayev Təbriz Mirzağa oğlu 29.04.2020-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Möhlət hüququ bitdikdə T.M.Ağayev təkrar tibbi müayinəyə cəlb olunacaqdır.
Samir Soruşur Yazılma Tarixi:16.05.2020 17:06:02

Salam Mən Bakı Biznes Və Kooperasiya kollecində oxuyuram 11 illik baza üzrə 2019 da Qəbul olmuşam Atam Və Anam 2019 ildə Rəhmətə gediblər Ankoloği Xəstəlikdən. Atam 1 ci qrup Anam İsə 2 ci qrup əlil olub Ailənin tək Üşaqıyam 18 yaşım bu ilin mayın 19 da tamam olur 1 Əmim var. Əmimin himayəsinə verilmişəm Əmimində övladı yoxdur bilmək istəyirdim ki Bu Halda Məni Əsgər apararlar ya Ehtiyyat Hərbici qeyd edəcəklər? Mumkünsə Cavablandırardız Əvvəlcədən Təşəkkür edirəm.

Bildiririk ki, Sizin 19 may 2020-ci ildə 18 yaşınız tamam olduğuna görə ümumi əsaslarla 2020-ci ilin iyul çağırışına cəlb ediləcəksiniz. Əlavə olaraq bildiririk ki, valideynləri vəfat etmiş çağırış yaşlı vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Elnur Soruşur Yazılma Tarixi:16.05.2020 13:59:16

Cavabiniza gore tewekkur edirem. Ama bir sualim daha var. Xacmaz qeydiyatinda olan ve 2ci qrup elil olan birinin 3 usagi oldugu halda Bakiya getmeyi mecburdu? Xacmaz seher herbi komisarligindan deyilibki 3 uwag atasi olmaginin dexli yoxdu. Bakiya komisiyaya getmelisen. Bu ne derecede duzgundur? Elil birine eziyet verib Bakiya gondermeseler olmaz? Xacmazda olan komisarliqda 3uwaginin olmagini tesdiqleyib ehtiyatda olan kimi qeydiyata ala bilmezler???

Portala daxil olan təkrar müraciətinizə bir daha baxılmışdır.             Araşdırma zamanı sözügedən şəxs (Ayətov İxtiyar Bəxtiyar oğlu) Xidmətin Xaçmaz rayon şöbəsinə dəvət olunaraq təkrar tibbi müayinədən keçirilməsi ilə bağlı 21.05.2020-ci il tarixdə Xaçmaz rayon mərkəzi xəstəxanasına 414 nömrəli göndərişlə təmin olunmuşdur.
Toğrul Soruşur Yazılma Tarixi:15.05.2020 22:52:04

Salam. İlkin hərbi qeydiyyat alınma haqqında vəsiqədə 72-ci maddəyə görə müalicəyə ehtiyacım olduğu qeyd olunub, mənim hərbi xidmətə yararlılığım barədə məlumat verərdiniz zəhmət olmazsa.

Çağırışçıların “Sidik-cinsiyyət sisteminin xəstəlikləri” üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən hər iki böyrəyin, sidik axarlarının, sidik kisəsi, sidik kanalı və cinsiyyət orqanlarının funksiyasının pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır.
Rövşən Soruşur Yazılma Tarixi:14.05.2020 23:06:42

Salam Mən Müslümzadə Rövşən Telman Oğlu 25 yaşım var Əsgərlikdə Olmamişam Hərbi Biletdə (56.b) Madəsinə Görə Aparmiyiblar Oda Dodağda Çapığ Olduğuna Görə Aparmiyiblar Amma Mənim Damağımda Çapiğ Yoxdu Üst Qatında Yəni Dodağda Çapığ Var Oda Diqqətnən Baxanda Bilinir ki Dodağımda Çapığ Var. Mən Həqiqi Hərbi Xitmetə Getmək İsdiyirəm Təzədən Yoxlanişdan Keçib Gedə Bilərəm Əsgərliyə ? Əsgərliyə Getməyə Gorə Hansi Sənətlər Lazimdi ? Birdə Valdeyinin Ərizəsinə Ehtiyac Var ? Yoxsa Könülü Gedə Bilərəm Əsgərliyə ? Birdə Evin Tek Oğlu Deyiləm 2 qardaşiğ Valdeyinin Ərzəsinə Ehtiyac Var Yoxsa Yox ?

Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür. Qeyd edirik ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Nərgiz Soruşur Yazılma Tarixi:14.05.2020 20:22:29

Mən hərbi hissədə işləmək istəyirəm. Bunun üçün hara və necə müraciət edə bilərəm?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Əsəd Soruşur Yazılma Tarixi:14.05.2020 16:38:33

Salam, mən Əsəd Əsədli. Bu il universiteti bitirirəm və mənə SHXÇDX Neftçala rayon şöbəsindən çağırış vərəqəsi gəlib. Lakin, mən Almaniyada magistr təhsilimi davam etdirmək hüququ qazanmışam. Qəbul olduğum universitet mənə onlayn portal vasitəsilə rəsmi qəbul məktubumu (ingilis dilində) göndərib, lakin sənədin əsli pandemiya səbəbindən beynəlxalq uçuşların olmadığı üçün mənə göndərilə bilmir. 2 illik möhlət üçün həmin şöbə də məndən təbii olaraq sənədin tərcümə və təsdiqini tələb edir. Lakin, 1 saylı notariuslar da bu sənədin əsli olmadığı üçün onlayn versiyadan tərcümə və təsdiq etməyə hüquqlarının olmadığını deyir. Bu vəziyyətdə mən nə etməliyəm? Diqqətiniz üçün təşəkkürlər.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Buna görə də xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını Xidmətin qeydiyyatda  olduqları yerli idarə, şöbə və bölmələrinə şəxsən təqdim etdikləri halda, barələrində müvafiq qərar qəbul edilə bilər.
Günel Soruşur Yazılma Tarixi:14.05.2020 15:42:38

Salam. Sualım budur ki, bu il 11-ci sinifi bitirəcək olan oğlan abiturientin iyun ayında (bir neçə gün sonra) 18 yaşı tamam olacaq. Amma ali məktəblərə qəbul imtahanları iyul ayı gözlənilir. İmtahana qədər 18 yaşı tamam olacaq oğlan məzunlar möhlət hüququ almalıdır yoxsa yox??

Bildiririk ki, 2020-ci ildə orta ümumtəhsil məktəblərini bitirən çağırış yaşlı vətəndaşlara Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə 2020-ci ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmələri üçün çağırışdan möhlət verilir. Bunun üçün onlar qəbul imtahanlarında iştirak etmələri barədə “Abituriyentin elektron ərzizəsi”nin surətini Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə təqdim etməlidirlər.
Qadir Soruşur Yazılma Tarixi:14.05.2020 15:16:03

Salam,mənim sağ əlimin 5 ci barmağı yoxdu və sağ qolumda lülə adlanan sumuklərin 2 si də sınıb və əyri yapisdirilib, baş və çənəmdə anadan gəlmə deformasiyalar var psixoloji prablem yaşayıram tez-tez məni 20.05.2020tarixində hərbi xidmətə cagiriblar. Bilmək istəyirəm ki bu nə dərəcədə doğrudur.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq olunması üçün, Siz 16.03.2020-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz.
Elnur Soruşur Yazılma Tarixi:14.05.2020 13:19:54

Salam. 2ci qrup elil her 3ildenbir herbi komisarliga gedir. 3uwaq atasi olan hemen wexs yenede 3ildenbir herbi komisarliga getmelidir?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, sözügedən şəxs 3 ildən bir təkrar tibbi müayinədən keçirilməlidir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.    Bu halda həmin Qanununun 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşağı olan çağırışçılar ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.
Cədvəldə sətir sayı :14891