Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamal Soruşur Yazılma Tarixi:13.05.2020 14:47:34

Ailə vəziyyətinə görə möhlət hüququ haqqında məlumat almaq isdəyirəm.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, başqa övladı olmayan I qrup əlil ata, yaxud ana, 3 və daha çox uşaq, I qrup əlil arvad, 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda), 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.       Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.
Türkanə Soruşur Yazılma Tarixi:13.05.2020 12:25:40

Salam,qadınlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinə sənəd verə bilərmi?istənilən vaxt,yoxsa,yalnız hər hansı vakansiya çıxdıqda mümkündür

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz haqqında ətraflı məlumat təqdim etdikdən sonra barənizdə müvafiq qərar qəbul oluna bilər. Nəzərinizə çatdırırıq ki, işə qəbulla bağlı müraciət edən vətəndaşların test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. İşə qəbulla bağlı müraciət etmiş vətəndaşlar Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər yoxdur.
kamran Soruşur Yazılma Tarixi:13.05.2020 00:46:23

Salam mənim yararsiz oldugum halda sənədim nəyə görə təsdiq olunmayib? Mən ali təhsil muəssisəsinə qəbul olmag üçün qeydiyyatdan keçə bilmirəm,bunu necə düzəldə bilərəm?Zəhmət olmasa kömək edərdiz,7 aydi ki işimə baxmirlar

Məlum olmuşdur ki, Siz 13.05.2020-ci il tarixdə hərbi biletlə təmin olunmusunuz.
Mehdi Soruşur Yazılma Tarixi:13.05.2020 00:01:14

Çəpgözlük hərbi xidmətə yararlı yoxsa yararsız sayılır?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Nadir Soruşur Yazılma Tarixi:12.05.2020 20:46:42

Salam. Mene bu il ali mektebi bitirdim. Ve mene iyul ayinin 1 ne çağriş gelib. Men magistr tehsili uçun turkiye universtetlerine muraciyet etmek isteyirem, ancaq onlarin neticeleri (Covid-19 virusuna gore) avqut ayinda aciqlanir. Men ne etmeliyem?

Bildiririk ki, təhsilə görə verilmiş möhlət müddəti bitdiyinə görə çağırışa cəlb olunan çağırışçılar çağırışa hazırlıq dövründə öyrənilmə zamanı ali təhsil pilləsinin müvafiq səviyyəsinə qəbul imtahanlarında müvəffəqiyyət qazanmaları barədə təhsil müəssisəsinin arayışını Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə təqdim etdikləri halda, onlara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsinə baxıla bilər.
İxtiyar Soruşur Yazılma Tarixi:12.05.2020 19:25:41

Salam mənim oğlum ayin 18 i hərbi xidmətə yola düşəcək bilmək istərdik nə sms gəlir nədəki saytda cavab çixmir ayin axri gedenler üçün demek olar ki cavab gelmeyib nə vaxt məlum olacaq bəs ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 22-25 may tarixindən etibarən sms vasitəsi ilə veriləcəkdir.            Əlavə olaraq qeyd edirik ki, həmin tarixdən özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Mətin Soruşur Yazılma Tarixi:12.05.2020 16:49:49

Salam,mənə iyul ayı üçün çağırış gəlib və mən universitetdə,4-cü kursda təhsil alıram,iyul ayında universitetə olan kredit borcumu ödəyib,sentyabr ayında diplom imtahanına girə bilərəm,mən oktyabr çağırışda xidmətə getməkçün nə etməliyəm,hansı sənədlər tələb olunur?

Bildiririk ki, təhsilə görə verilmiş möhlət müddəti bitdiyinə görə çağırışa cəlb olunan çağırışçılar çağırışa hazırlıq dövründə öyrənilmə zamanı tələb olunan qaydada tərtib olunmuş təhsilini bitirməməsi barədə təhsil müəssisəsindən verilmiş arayışı Xidmətin qeydiyyatda olduqlarlı yerli idarə, şöbə və bölmələrinə təqdim etdikləri halda, onlara çağırışdan möhlət verilməsi məsələsinə baxıla bilər.
Balabəy Soruşur Yazılma Tarixi:11.05.2020 20:54:02

Salam xaiş edirem mene kömey olun mene 2019cu ilde 20.3 madeni veribler 2020 ci ilin iyul ayinda bir ilim olur müraciyet edib vaxtindan evvel gede bilerem esge,gedirem deyirler mümkun deyil,xaiş edirem mene kömey olun esger gedmey isdeyirem könülü de olsa gederem

Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə təqdim edildiyi halda mümkündür. Qeyd edirik ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Rövşən Soruşur Yazılma Tarixi:11.05.2020 14:28:53

Salam, mən Rövşən Müslumzadə. Mənim 25 yaşım var. Hərbi xidmətdə olmamışam, amma mənə vyeni bleti verilib. Biletdə göstərilən 56.b maddəsinə əsasən xidmətə getməmişəm. Bu maddə hansı xəstəliyi bildirir ?

Bildiririk ki, “Dişləmin aralanmasının 5 mm-dən artıq olması və ya N.İ.Aqapova görə, çeynəmə səmərərliyinin 60 faizdən az olması ilə səciyyələnən II-III dişləm anomaliyaları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 56-cı maddəsinin “b” bəndinin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Famil Soruşur Yazılma Tarixi:11.05.2020 11:52:03

Salam mən bilmək istəyirəm ki may ayının 25i 18 yaşım tamam olur hərbi xidmətə getmək mümkündür

Bildiririk ki, 18 yaşı 2020-ci ilin may ayında tamam olmuş vətəndaşlar həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar. 
Cədvəldə sətir sayı :14891