Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Səbuhi Soruşur Yazılma Tarixi:30.04.2020 23:29:43

Salam artiq 1 il olacaq. Nie menim baremde bir qerar qebul ede bilmirler??? Yararliyamsa nie bu qeder uzadirlar?? Defelerle size bildirmiwem amma hec bir netice yoxdur.

Məlum olmuşdur ki, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və səhhətiniz ilə əlaqədar akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı İmişli rayon şöbəsi tərəfindən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir. Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi bitdikdən sonra Siz müyinəniz təmin olunacaq.
İldırım Soruşur Yazılma Tarixi:30.04.2020 21:24:43

Salam mən Ağdaş rayon Qolqəti kend sakini Səmədov İldırım 4 kurs tələbəyem korona virusla baglı dərslərim yarımçıq qalıb mən iyul ayında heqqiqi herbi xidmətə cagırılacam ya yox?

Bildiririk ki, ali təhsil müəssisələrini cari ildə bitirən və iyul çağırışına cəlb edilməli olan çağırışçılar barədə aidiyyəti dövlət qurumları tərəfindən qəbul olunacaq qərarlar nəzərə alınmaqla müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Novruz Soruşur Yazılma Tarixi:30.04.2020 16:35:54

Salam mən aprel çagırışcısıyam bilmək istəyirəm hərbi xidmətə nə zaman gedəcəm

Bildiririk ki, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılmışdır. Odur ki, vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölmələri tərəfindən may ayının 31-dək əvvəlcədən təyin olunmuş qrafik  əsasında göndəriləcəklər.   
Sənan Soruşur Yazılma Tarixi:30.04.2020 16:24:03

Salam men gəncə dövlət universitetində tələbəyəm fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlıq fakültəsini oxuyuram universiteti bitirdikfən sonra səfərbərlik şöbəsində zabit kimi işləmek isdiyirəm bunun ücün nə etməliyəm.

Bildiririk ki, Ali təhsil müəssisəsini bitirmiş və müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar ərizə ilə (özləri barədə ətraflı məlumat verməklə) müraciət edə bilərlər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır.
Rəhim Soruşur Yazılma Tarixi:30.04.2020 10:17:38

Sabah çağırışdı??

Bildiririk ki, hal-hazırda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən 2020-ci ilin may ayının 31-dək həyata keçirilməsi planlaşdırılır.
Nicat Soruşur Yazılma Tarixi:30.04.2020 05:30:27

Salam, 2020 - nin may ayında olan çağırışçılar yola düşməmişdən qabaq həkim yoxlanışınnan keçəçəklər? Əgər keçəçəklərsə, hər hansı bir xəstəliy çıxsa həmin adamı göndərirlər xidmətə?

Bildiririk ki, çağırışçılar qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilirlər, ehtiyac olduğu halda tibb müəssisəsində müayinələri təmin olunur və hərbi xidmətə yararlı olub-olmamaları barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunduqdan sonra müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar.
Dadaş Soruşur Yazılma Tarixi:29.04.2020 23:05:00

Salam aprel caqrşcıları herbi xidmete ne vaxdan gedecekler

 Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Məhəmməd Soruşur Yazılma Tarixi:29.04.2020 21:56:34

Salam.Mən Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz Naviqasiya mühəndisliyi ixtisasını bitirmişəm.Hərbi xidmətimi Daxili Qoşunların N sayli Hərbi Hissəsində bitirmişəm. Mənim müraciətim ona görədir ki mən Zaqatala rayonunun SHXÇDX-də iş üçün müraciət edə bilərəm ? orda işləyə bilərəm,?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Rəhim Soruşur Yazılma Tarixi:29.04.2020 18:07:31

salam men tekrar tibbi komisya olunmaq istiyrem xaiş edirəm mənə köməklik göstərəsiz

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Xəzər rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
Qərib Soruşur Yazılma Tarixi:29.04.2020 14:51:53

Naxcivana dusmusem ne vaxt aparacaxlar?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14891