Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavidan Soruşur Yazılma Tarixi:06.05.2020 13:14:20

Salam mənim iyulun 10 u 18 yaşım tamam olur bilmək istəyirdim ki məni yoxlanışa nə vaxd çağıracaqlar? və iyul ayında olan çağırışın müddəti uzadılıb ya yox?

Bildiririk ki, 18 yaşı 2020-ci ilin iyul ayında tamam olmuş vətəndaşlar həmin ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.   Əlavə olaraq qeyd edirik ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2020-ci ilin iyul çağırışına hazırlıq 2020-ci ilin may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2020-ci il tarixdə başa çatdırılır.   Koronovirus (Covid-19) pandemiyasına qarşı ölkə ərazisində keçirilən preventiv tədbirlərlə əlaqədar qəbul olunacaq qərarlara uyğun olaraq 2020-ci ilin iyul çağırışının müddətində hər hansı dəyişiklik olduğu halda çağırışçılara əlavə məlumat veriləcəkdir.
Kamal Soruşur Yazılma Tarixi:06.05.2020 09:23:13

Ali təhsil müəssəsinə sənəd vermək üçün möhlət haqqında arayışı necə ala bilərəm.

Bildiririk  ki, 2020-ci ildə orta ümumtəhsil məktəblərini bitirən çağırış yaşlı vətəndaşlara Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında  iştirak etmək  üçün şərait yaradılır.            Lakin 2019-cu ilin məzunu olan çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə növbəti ildə keçiriləcək qəbul  imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Gülarə Soruşur Yazılma Tarixi:06.05.2020 01:51:56

Salam, Xahiş edirəm, Atam İlyasov Sədulla Mədrəddin oğlunun Böyük Vətən Müharibəsi iştrakçısı olması haqqında arayış verəsiniz.

Bildiririk ki, keçmiş Sovet ordusu sıralarında xidmət keçmiş, həlak olmuş, itkin düşmüş və ya sonradan vəfat etmiş hərbi qulluqçulara dair məlumatlar Xidmətin yerli idarə, şöbə və bölmələrində, eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, РФ, Московская область, город Подольск, ЦАМО) və Rusiya Federasiyasında yaradılmış elektron saytlarda ( www.obd-memorial.ru , https:// pamyat – naroda.ru ) saxlanılır.   Odur ki, atanızın Böyük Vətən Müharibəsi iştirakçısı olmasına dair müvafiq arayışın əldə edilməsi üçün mərhumun əvvəllər hərbi qeydiyyatda olduğu yer üzrə, əgər digər ölkədə hərbi qeydiyyatda olubsa Sizin pasport qeydiyyatında olduğunuz yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti struktur bölməsinə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə ilə şəxsən müraciət etməyiniz tövsiyə olunur.
Dünyamalı Soruşur Yazılma Tarixi:05.05.2020 23:30:31

Müddətdən artıq hərbi qulluqçu işləmək üçün növbeti kurs nə zamandır?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid deyil. Aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Habil Soruşur Yazılma Tarixi:05.05.2020 18:08:04

Salam.Mənim oğlum ehtiyatda olan leytenantdır Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləyə bilərmi və bunun üçün hara müraciət etməlidir?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, övladınız həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla və ya poçt vasitəsilə (rəsmi ərizə ilə) müraciət edə bilər. Ərizəyə əlavə olunan İlkin sənədlər: - tərcümeyi-hal; - şəxsiyyət vəsiqəsinin sürəti; - diplomun sürəti (təhsil haqqında sənəd); - hərbi biletin sürəti. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Elnur Soruşur Yazılma Tarixi:05.05.2020 17:55:06

Salam mənə həqiqi hərbi xidmət keçəcəyim qoşun novu barəsində bildiriş gəldi və elektron xidmətlər bölməsindən yararlanaraq hansi hərbi hissədə xidmət keçəcəyim haqqda məlumat ala biləcəyim yazilmişdi lakin elektron xidmətlər bolməsindən axtariş etdiyim halda məlumatlara uyğun çağırışçı tapilmadi yazısı yazılır başqa necə məlumat ala bilərəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Sənan Soruşur Yazılma Tarixi:05.05.2020 17:12:30

Salam Mən komissiyalardan keçmişəm bilmek istirem yararliyam ya yox ve herbi xidmet edeceyim yeri bilmek istirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Emin Soruşur Yazılma Tarixi:04.05.2020 23:40:20

Salam men 1 il 6 aydiki 3 aydan bir vaynkomat cagirir yoxlayir diwim olmadiqindan otru esger aparmirlar 2020ci il mart ayinda diwlerimi duzeltdirdim cagirdilar semaşkaya yolladilar yoxlaniwdan kecdim.indi bilmek isdiyiremki men yararliyam ya yox

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Qoşqar Soruşur Yazılma Tarixi:04.05.2020 11:39:34

Salam men xestleikler cedvelinin necenci bendiynen herbiye yarasiz sayilmişam?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə adınız, soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nurdan Soruşur Yazılma Tarixi:04.05.2020 11:36:53

Yeni bilmek isterdimki meni nie cagirmirlar herbi xidmete

Bildiririk ki, təyin olunduğunuz hərbi hissə barədə sms vasitəsilə məlumatlandırılacaq və 2020-ci ilin may ayının 31-dək müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqsınız. 
Cədvəldə sətir sayı :14891