Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nurlan Soruşur Yazılma Tarixi:29.04.2020 04:24:49

Salam. Men konullu olarag yeniden herbi xidmet etmek isdeyrem vetene olan xidmetlerimi davam etdirmek isteyirem. Ancag Qebulla bagli hecbir melumatim yoxdur (sened yigimi ile )xais edirem mene komekliy gosteresiniz

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarının 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bağlaşma əsasında xidmət keçmək üçün aidiyyəti üzrə xidmət keçmək istədiyiniz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.  
Nadir Soruşur Yazılma Tarixi:29.04.2020 00:15:41

Salam. Bu il universteti bitirən oğlan telebelerin çağirişi ne vaxt olacağ.?

Bildiririk ki, mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq 2020-ci ilin iyul çağırışında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı iyul ayının 1-dən 30-dək keçirilməlidir. Ali təhsil müəssisələrini cari ildə bitirən və iyul çağırışına cəlb edilməli olan çağırışçılar barədə aidiyyatı dövlət qurumları tərəfindən qəbul olunacaq qərarlar nəzərə alınmaqla müvafiq tədbirlər həyata keçiriləcəkdir.
vəli Soruşur Yazılma Tarixi:28.04.2020 05:01:46

Salam mən Bakı şəhəri Xetai rayonu şobesinde qeydiyatda Məmmədov Vəli Mayıl10.10 1999ci ilmənteyin oldugum hərbi hisse haqqında məlumat almaq isteyirem

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.
Loğman Soruşur Yazılma Tarixi:26.04.2020 20:47:48

Salam.Mən yoxlanışa gedəndə mənim əsəblərimdə problem var idi,ona görədə məni maştağaya yazdılar.Bilmək istəyirəm hərbi hissəyə yararlıyam?

Məlum olmuşdur ki, 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Lənkəran rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar Bakı şəhəri 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.  
Azad Soruşur Yazılma Tarixi:25.04.2020 20:38:40

Salam mənim 2 övladım var və hər 2si cəhbə bölgəsində zabit kimi xidmət edir yoldaşımla mən bakıda tək qalırıq vğ övladlarımdan birininin ailəyə yaxın yerdə xidmət etməsi üçün arayış lazımdır komisarkıqdan ala bilərəm??

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı övladlarınızın xidmət etdiyi qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Tamerlan Soruşur Yazılma Tarixi:25.04.2020 14:08:12

Salam mən 2019cı il noyabrda tiroidektomiya əməliyyatı olmuşam və dərman qəbul edirəm gündə 1 dəfə bilmək istəyirdim ki mən xidmətə yararlı sayılıram bu diaqnozla yoxsa yox? Zəhmət olmasa cavablandırarsız birdə möhlət verilsə mən öz istəyimlə möhlətdən imtina edib gedə bilərəm əsgər?

Məlum olmuşdur ki, Sizin təhsil almağınızı nəzərə alınaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 21.1.4 maddəsinə əsasən 2020-ci ilin iyul ayınadək möhlət hüququ verilmişdir. Möhlət hüququ bitdikdə Siz qeydiyyatda olduğunuz Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Azər Soruşur Yazılma Tarixi:24.04.2020 23:59:52

Salam men xestelikler cedvelnin hansi bendiynen yarasiz sayilmişam herbiye

Məlum olmuşdur ki, Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 51 “b” maddəsinin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
Anar Soruşur Yazılma Tarixi:24.04.2020 21:17:29

salam,mən mart ayının ortalarında hərbi xidmətə getmək üçün lazımi olan yoxlanışlardan keçdim koronavirusla əlaqədar çağırışlar uzandı indi hal hazırda sosial şəbəkələrdə gördüm yəni çağırış başlayıb dostlarımda hal hazırda hansı qoşunlarda xidmət edəcəylərin bilirlər ama mən bu şəbəkədə yoxladım heç bir nəticə tapılmadı yazıldı.Başka mən necə məlumatı əldə edə bilərəm ? mən hal hazırda ağdam rayonunda qeydiyyatdayam məndə əlaqə nömrələri olmadığından burdan sizə müraciət edirəm zəhmət olmasa mənə köməklik edəsiniz.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.
Kənan Soruşur Yazılma Tarixi:24.04.2020 18:46:15

Daxili qoşunlara düşmüşəm hansı rayon olduğunu bilmək istəyirəm.

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Dilşad Soruşur Yazılma Tarixi:24.04.2020 12:37:42

salam. Mənim oğlum hərbi xidməti başa vurub 2020ci il aprel ayında amma, indi müddətdən artıq hərbi qulluqçu kimi qayıtmaq istəyir. hara və kimə müraciət etməliyik?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı övladınızın xidmət keçmək istədiyi qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14890