Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Röyal Soruşur Yazılma Tarixi:22.04.2020 21:14:49

Salam men Məsimov Röyal İman oğlu 1997 ci ildə anadan olmuşam 2015 ci ildə Həqiqi herbi xidmətə çağirilmişam 2017 ci ildə hərbi xidmətimi bitirmişəm. Sizdə xayiş edrem məndə Milli ordya işə qəbul edesiz mümkünsə ?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Amil Soruşur Yazılma Tarixi:22.04.2020 21:02:05

Salam mən Xanışlı Amil,aprel ayında hərbi xidmətə yola düşməliydim ancaq koronavirus epidemiyasına görə müddət may ayına uzadıldı.Amma bəzi yoldaşlara bu barədə mesaj gəlməsinə baxmayaraq mənə hələdə mesaj gəlməyib.Mənə marağlıdırki mən may ayında hərbi xidmətə yola düşə biləcəm ya yox?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsi tərəfindən Sizə əlavə məlumat veriləcəkdir.
Murad Soruşur Yazılma Tarixi:22.04.2020 20:54:33

Mən Şirinov Murad Rahim oğlu Şəki qeydiyatı. Mənə xidmət edəcəyim hərbi hissə haqqında məlumat verilib ancaq hansı tarixde gedəcəyim haqqında məlumat verilməyib zəhmət olmasa məlumat verin

 Bildiririk ki, çağırışçılar 22.04.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:22.04.2020 20:26:49

Mən İsmayilov Fuad Hümbət oğlu 2020 ci il aprel çağrişçisiyam.Hansi herbi hissəyə düşdüyümü bilmək isdərdim.Xahiş edirəm mümkünsə cavablandirasinız.

 Bildiririk ki, çağırışçılar 22.04.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Məhəmməd Soruşur Yazılma Tarixi:22.04.2020 20:20:22

Salam mən Məhəmməd Səyyad oğlu xosiyev 26.04.2002 ci ildə anadan olmuşam 9100 nomresinden hərbi çağırış haqqında mesaj gəlib lakin hansi şəhər hansi rayon hərbi hissəsinə təyin olduqum və nə zaman hərbi qulluqa aparılacaqim qeyd olunmuyub komeyliyiniz deyse şad olaram

 Bildiririk ki, çağırışçılar 22.04.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Tərxan Soruşur Yazılma Tarixi:22.04.2020 19:25:26

Men Quliyev Tərxan azer oqlu 31 12 1996 il hansi herbi hiseye duşmişem

 Bildiririk ki, çağırışçılar 22.04.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Aqil Soruşur Yazılma Tarixi:22.04.2020 19:18:09

Mən Orucov Aqil İnşallah oglu muvəqqəti hərbi xidmət kecmək ucun hansi qoşun quvvəsinə və necə nomrəli hərbi hissəyə duşduyumu öyrənmək isdəyirəm

 Bildiririk ki, çağırışçılar 22.04.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nizami Soruşur Yazılma Tarixi:22.04.2020 19:05:26

Salam mən Həşimli Nizami Ziyarət oğlu Çağırışcıyam sms gəldi hara düşəcəyimi bilirəm nə vaxt gedəcəyimi nece bilə bilərəm?

 Bildiririk ki, çağırışçılar 22.04.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Yusif Soruşur Yazılma Tarixi:22.04.2020 14:27:25

Salam.Ìyulda(ali təhsilli) hərbi xidmətə gedənlər hansı ayda həkim komissiyasından keçirlər?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2020-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır.    
Balabəy Soruşur Yazılma Tarixi:21.04.2020 14:03:07

Salam men 2019-cı ilin aprel ayında herbi xidmet keçmek üçün Daxili Qoşunlara teyin olunmuşdum , amma ordan 5 günnən sonra xəstəliknən xaric olundum.SHÇDX-nın Xaçmaz şöbəsi tərəfindən ehtiyyata keçirildim.Bir ildən sonra müraciət edib əsgər gedə bilərəm.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Yuxarıda qeyd edilənlərə əsasən əlavə olaraq bildiririk ki, Siz 21.05.2022-ci il tarixdə növbəti təkrar tibbi müayinəyə cəlb ediləcəksiniz. 
Cədvəldə sətir sayı :14891