Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Lətafət Soruşur Yazılma Tarixi:07.04.2020 16:38:19

Hərbiçi olaraq təhsil almaq üçün hansı təhsil müəssinə müraciət etməliyəm və ya könüllü olaraq hərbiçi ola bilərəmmi ?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının 19 yaşından 40 yaşınadək qadın vətəndaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında müddətdən artıq, gizirlərin və  zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunurlar. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə təsdiq edilmişdir (keçid linki: http://www.e-qanun.az/framework/19623)
Nofəl Soruşur Yazılma Tarixi:07.04.2020 16:04:03

Salam.Men yanvar ayının cagriscisiyam.Mende Talassemiya B-Heteroziqot xəstəliyi var. Mənim meselem nə yerdə qaldı? Hərbi xidmətə yararliyam yoxsa yox?

Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi bitdikdən sonra Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq olunduqdan sonra Siz hərbi biletlə təmin ediləcəksiniz.
Əli Soruşur Yazılma Tarixi:07.04.2020 11:15:06

Salam aprel prizivlərini müddətli həqiqi hərbi xidmət keçəcəyi yerlər nə vaxt bilinəcəy birdə hərbi hissəyə mayın 1 nən gordərəcəylər yoxsa iyunun 1 nən?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Elnur Soruşur Yazılma Tarixi:06.04.2020 22:37:40

Men Mehdiyev Elnur Kamil oglu baki seherinde anadan olmusam . Herbi xidmetimi tam başa vurmuşam . Tehsilim tam orta ixtisas derecesi. Azerbaycan Respublikasi Seferberlik ve herbi xidmete çagiris uzre dovlet xidmetinde işe qebul olmaq isteyirem. Size nece muraciet ede bilerem bu barede atrafli izah ederdiz zehmet olmasa.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, təhsiliniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin təhsil dərəcəsinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Nuralə Soruşur Yazılma Tarixi:06.04.2020 18:03:08

salam. Qardasim aprelde herbi xidmete cagrilmisdi. sonra mayin 31ne kimi uzadildigi deyildi.. Size sualim budur ki, mayin 31ne uzadilibsa esgerler mayin 1den herbi hisseye yola salinacaq?

Çağırışçıların hərbi hissələrə yola salınması 01 may 2020-ci il tarixindən planlaşdırılır.
Elmin Soruşur Yazılma Tarixi:03.04.2020 21:54:10

Salam. Mən İsmayılov Elmin İqbal oğlu ehhtiyyatda olan zabitəm.Naxçıvanda yasayıram.29 yaşım var.2011 ci ildə hərbi xidmətə getmişəm və bitirməmə 3 ay qala Ehtiyyat Zabitlər kursuna gedib 2012 Leytnant rütbəsi ilə xidmətimi başa vurmuşam. 2013 cü ildə Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sənəd vermişəm və əmrim gəlməyib. Nə səbəbdən əmrim gəlməyib məni məlumatlandırmadılar..Gəlməmə səbəbini siz deye bilərsinizmi zəhmət olmasa .Sənədlərimin hamısını hazırlayib vermişdim. Birdəki Yenidən sənəd versəm nə etməliyəm. Xahiş edirəm cavablandirin

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeydiyyatda olduğunuz Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz məqsədəuyğundur.
Azər Soruşur Yazılma Tarixi:02.04.2020 16:59:05

Salam Men herbi xidmete yararliyam ya yox Cox xaiş edirem cavabsiz qoymayin

Məlum olmuşdur ki 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Şamaxı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 06.03.2020-ci il tarixdə ET Ağ Ciyər Xəstəlikləri İnstitutuna müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararsızdır” hesab edilmisiniz.
Vüsal Soruşur Yazılma Tarixi:31.03.2020 21:49:14

Salam mən Əsədullayev Vüsal Rafiq oğlu 17 mart 2002-ci il təvəllüdündənəm məni aprel ayının 1-nə hərbi xidmətə çağırıblar.Mən Harada xidmət edəcəyimi və yaxud nə vaxt xidmətə gedəcəyimi bilmirəm çünki,mənim telefon nömrəmə harada xidmət gösdərəcəyimlə bağlı sms gəlməyib. Xayiş edirəm sualıma cavab verəsiniz.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Rəşid Soruşur Yazılma Tarixi:31.03.2020 18:43:10

Salam her vaxtınız xeyir. Mən ehtiyatda olan zabitəm. Ali hüquq təhsilliyem. Hərbi psixoloq və Şəxsi heyət üzrə hərbi təhsil almışam. MN - nin məxfi hərbi hissəsində hərbi psixoloq vəzifəsində xidmət etmişəm. 32 yaşım var, Boy 180sm dir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə xidmətə qəbul ola bilərəm?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin hərbi uçot ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Humay Soruşur Yazılma Tarixi:30.03.2020 23:18:33

Salam. Apreldə həqiqi hərbi xidməti müddəti bitən əsgərlər nə vaxt təxris olunacaq? Çağırış vaxtının uzadılması əsgərlərin ehtiyata buraxılmasına təsir edəcək?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il aprel ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.   
Cədvəldə sətir sayı :14891