Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
elcan Soruşur Yazılma Tarixi:23.03.2020 23:50:59

Salam hansı hərbi hisseye düşdüyümü necə öyrənə bilərəm Gəncə şəhər nizami rayon qeydiyyatındayam

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Qələndər Soruşur Yazılma Tarixi:22.03.2020 22:44:59

Babam Muxtarov Qələndər 1941-də indiki Samux Rayonunun Kolayır Kəndindən müharibəyə çağrılıb və geri qayıtmayıb, barəsində heç bir məlumata malik deyiləm. Samux rayonunun Kolayır kəndi o vaxt hansı rayonun tərkibində idi və daha müfəssəl məlumatı necə əldə edə bilərəm. Təşəkkür edirəm

Bildiririk ki, keçmiş Sovet ordusu sıralarında xidmət keçmiş, həlak olmuş, itkin düşmüş və ya sonradan vəfat etmiş hərbi qulluqçulara dair məlumatlar Xidmətin yerli idarə, şöbə və bölmələrində, eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, РФ, Московская область, город Подольск, ЦАМО) və Rusiya Federasiyasında yaradılmış elektron saytlarda ( www.obd-memorial.ru , https:// pamyat – naroda.ru ) saxlanılır. Nəzərinizə çatdırırıq ki, babanızın Böyük Vətən Müharibəsi iştirakçısı olmasına dair müvafiq məlumatların əldə edilməsi üçün mərhumun nəvəsi olmağınızı sübut edən sənədlərlə Xidmətin Samux rayon bölməsinə müraciət etməlisiniz.
Ayxan Soruşur Yazılma Tarixi:22.03.2020 21:24:17

Salam.bilməy isdərdim ki,hansi hərbi hissədə xidmət edəcəm?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Əli Soruşur Yazılma Tarixi:22.03.2020 14:39:42

Salam mən aprel priziviyəm ola bilərki virusa görə bizdə iyul prizivləriynən bir gedəy hərbiyə?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.
Sənan Soruşur Yazılma Tarixi:21.03.2020 11:20:48

Salam men xetai rayonunda qaliram ve universitetden heqiqi herbi xidmete getmey ucun oz raziligimla ayrilmiwam butun saglamliq ve diyer senedlerim hazirdi yalniz dovletin mene versiyi 6 ay yeniden berpadan imtina edmey istiyirem ve asan xidmetden bununla bagli arayis goturmeliyem yalniz asan xidmet fealiyyeti deyanib ve ne vaxt davam edeceyi bilinmir men ne etmeliyem? Ve aprel prizivi olacaqmi ve ne vaxt? Deyirler korona virusa gore olmuyacaq heqiqet dawiyirmi?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.
Təhminə Soruşur Yazılma Tarixi:20.03.2020 19:02:21

Salam.Babam Rəcəbov Gülağa İmamverdi oğlu İkinci Dünya müharibəsində iştirak edib . Prezidentimizin yeni sərəncamına əsasən veteran övladlarından iş yerlərində əlavə vergi tutulmaması ilə bağlı arayış tələb olunur . Lakin arayışın verilməsi üçün saytda adının olması tələb olunur .Biz həmin saytı tapa bilmirik . Veteranların siyahısı hansı saytda qeyd olunur ?

Bildiririk ki, keçmiş Sovet ordusu sıralarında xidmət keçmiş, həlak olmuş, itkin düşmüş və ya sonradan vəfat etmiş hərbi qulluqçulara dair məlumatlar Xidmətin yerli idarə, şöbə və bölmələrində, eyni zamanda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, РФ, Московская область, город Подольск, ЦАМО) və Rusiya Federasiyasında yaradılmış elektron saytlarda ( www.obd-memorial.ru , https:// pamyat – naroda.ru ) saxlanılır.
Rahid Soruşur Yazılma Tarixi:20.03.2020 01:24:07

Salam. Bilmek isterdim aprel cagiriscilarinin hansi herbi hisseye dusduyu haqqinda melumat ne vaxt verilecek?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Səfqulu Soruşur Yazılma Tarixi:19.03.2020 23:41:40

Salam mən hərbi xidmətdə olmamiwam 2013 cu ilde Herbi ucotdan silinmekle xidmete yararsiz hesab edilmiwem ali tehsilimde var huquqda oxuyuram Dövlət işlərində işləyə bilərəm mən xahiş edirəm geniş məlumat verərdiz

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsinə əsasən,  işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.
Elmir Soruşur Yazılma Tarixi:19.03.2020 20:48:00

Salam men 2020 aprel ayinin 2 si heqiqi herbi xidmete çağrılmışam bilmek isdiyiremki hansi yerde herbi xidmet keçecem

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Kənan Soruşur Yazılma Tarixi:19.03.2020 18:32:49

Salam. Men cagirşçiyam ve hara düşdüyümü orgenmek isdeyirem. Dedilerki məlumat sms vasitəsilə göndəriləcək hele bir xəbər yoxdur. Binəqədi Rayon Komissarlığinda qeydiyyatdayam. 14.12. 1998 təvəllüdlu.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Cədvəldə sətir sayı :14890