Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:09.03.2020 20:09:03

Salam. Xarici ölkədə magistratura səviyyəsi üzrə təhsil aldığımız zaman hərbi xidmətdən möhlət alınması üçün sənəd sizə bir dəfə verilir, yoxsa hər il universitetdən sənəd alınıb verilməlidir?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 25.07.2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında Müvəqqəti Təlimat”ın müvafiq bəndinə əsasən, vətəndaşlara təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında qəbul olunur. Əlavə olaraq qeyd edirik ki, təhsilini davam etdirmək üçün çağırışdan möhlət hüququ verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər şəxsən Xidmətin idarə, şöbə və bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər.
Cəfər Soruşur Yazılma Tarixi:09.03.2020 13:35:42

Salam. 08.06.2002-ci il təvəllüdlü şəxs keçən il imtahandan kəsilib. Bu il imtahan verməsi üçün SHXÇDX hər hansisa mohlet kagizi verə bilirmi? yoxsa iyul cagirisinda hemin sexs herbi xidmete getmelidir artiq?

Bildiririk ki, 2019-cu ilin məzunu olan çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Rumiyyə Soruşur Yazılma Tarixi:05.03.2020 20:14:49

Salam.Mən sizin rayonda olan idarənizdə işləmək istəyirəm.Bilmək istəyirəm ki,imtahan hansı fənlərdən olur və keçid balı nə qədərdir?Zəhmət olmasa mənə məlumat verərdiniz.Öncədən təşəkkür edirəm.Çox sağolun.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Sənan Soruşur Yazılma Tarixi:04.03.2020 20:53:35

Salam mən bütün Hərbi Həkim komissiyasınan keçmişəm hələ ki bir cavab yoxdur işim nə yerdə qaldı?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Mərkəzi hərbi həkim komissiyasında müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararsızdır” hesab edilmisiniz. Bildiririk ki, qəbul olunan qərar Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq olunduğu üçün, Siz qeydiyyatda olduğunuz Xidmətin Xəzər rayon idarəsi tərəfindən hərbi biletlə təmin olunacaqsınız. Bu səbəbdən, Sizin Xəzər rayon idarəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Orxan Soruşur Yazılma Tarixi:04.03.2020 20:35:04

Salam, Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti. Bilmək istəyirəm ki, magistratura pilləsində distant(uzaqdan) təhsilə görə hərbi xidmətə 2 illik möhlət verilirmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 və 21.1.5-ci maddəsinin tələblərinə əsasən, əyani təhsil alma formasında təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Şahin Soruşur Yazılma Tarixi:04.03.2020 19:03:22

birdə mən 26 fevral kardioloji inustitdan yoxlanisdan cixdim vaynkomat gondermisdi onun cavabi bilinir ?

Məlum olmuşdur ki, 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Şirvan şəhər şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı ET Kardiologiya İnstitutuna və akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinələrə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ları qeydiyyatda olduğunuz Şirvan şəhər şöbəsinə daxil olduqdan sonra, Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
MİRZAĞA Soruşur Yazılma Tarixi:04.03.2020 09:50:56

Salam.Mənim oğlum ,Təbriz Ağayev Mirzağa oğlu 06.25.1995-ci il təvəllüd,02.24.2020-ci ildə Mirqasımov adına R.K.X müayinəyə göndərilmişdir.Cavabı bilmək istəyirəm

Məlum olmuşdur ki, 1995-ci il təvəllüdlü Ağayev Təbriz Mirzağa oğlu Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və səhhəti ilə əlaqədar akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müayinəyə göndərilməsi məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı Suraxanı rayon idarəsi tərəfindən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra, T.M.Ağayevin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Yaşar Soruşur Yazılma Tarixi:03.03.2020 02:34:27

Salam.mən rayonlarin birində vayenkomatda işləmək istiyirem bu sehifede hara daxil olum...??

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Tural Soruşur Yazılma Tarixi:02.03.2020 21:26:35

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinde müddətli herbi xidmət kecməmişəm.Müddətli herbi xidmətə çağrışdan azad edilməmisəm.3 illik mohlet huqum var,3 il tamam olmadan muddetli herbi xidmətə gede bilərəmi?

Portala daxil olan müraciətinizlə bağlı araşdırma zamanı məlum olmuşdur ki, Siz 14.03.2018-ci il tarixdə Xidmətin Daşkəsən rayon bölməsinin hərbi-həkim komissiyası tərəfindən («Xəstəliklər cədvəli»nin 14«b» maddəsi ilə) «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək 14.03.2021-ci il tarixədək həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ almısınız. Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
MİRZAĞA Soruşur Yazılma Tarixi:02.03.2020 20:02:08

Oğlum,AĞAYEV Tebriz 1995.06.25.Merkezi herbi hekim komisiyasına gönderilin.Qerarı bilmek isteyirem

Məlum olmuşdur ki, 1995-ci il təvəllüdlü Ağayev Təbriz Mirzağa oğlu Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və səhhəti ilə əlaqədar akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müayinəyə göndərilməsi məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı Suraxanı rayon idarəsi tərəfindən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra, T.M.Ağayevin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14890