Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sənan Soruşur Yazılma Tarixi:14.03.2020 17:43:05

Salam.Mən Hərbi Həkim Komissiyasından yoxlanışlardan keçmişəm bilmək istirdim aprel ayında hərbi xidmətə gedəcəm?

Bildiririk ki, Siz 24.02.2020-ci il tarixdə Xidmətin Suraxanı rayon idarəsində tibbi şəhadətləndirilmiş və zərurət yarandığı üçün əlavə tibbi müayinəyə göndərilməyiniz nəzərdə tutulmuşdur. Odur ki, əlavə müayinəyə göndərilərək barənizdə müvafiq qərar qəbul edilməsi üçün qeydiyyatda olduğunuz Suraxanı rayon idarəsinə gəlməyiniz zəruridir.
Emil Soruşur Yazılma Tarixi:14.03.2020 08:56:27

salam, eytiyatda olan herbiciyem, zabit, 37 yasim var, 13 il is stajim var, niye bizleri ise qebul etmirsiz? prezidet ilham eliyev her defe deyir vetendaslarin sikayetine baxin, niye baxmirsiz? sabah muharibe olsa tez cagirasiz ki gel herbicisen doyus. bes indi niye ise qrbul etmirsiz? atam 1990 ci ilde konullu doyuslerde istirak edib. yeni veteni sevirik, prezidenti sevirik, bizler lazimiq vetene xidmet etmeye, daim Heyder eliyevin siyasetini destekleyen gencler.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Ayaz Soruşur Yazılma Tarixi:13.03.2020 22:57:54

Salam. Mən Bakı şəhəri Xətai rayonu hərbi komissarlığında iyun 2019-cu ildə hərbi həkim komissiyasından keçmişəm. Yastıpəncəlik və gözümdə problem çıxıb. Oktyabr 2019-cu ildə Sabunçu xəstəxanasına ayağıma görə və gözümə görə Zərifə Əliyeva adına göz xəstəxanasına göndərilmişəm. Təkrarən fevralın 13-ü 2020-ci ildə yenidən Zərifə Əliyeva adına göz xəstəxanasına göndərilmişəm. Diaqnoz( (-4 sol göz)---( -7 sağ göz) astiqmatizm. Mənim haqqımda nə qərar veriləcəyini Sizdən bilmək istəyərdim. Çox xahiş edirəm. Çoxsağolun.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə 2020-ci ilin aprel çağırışında Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır.
Azər Soruşur Yazılma Tarixi:13.03.2020 14:54:33

Men tibb muaineden keçmisem cavab gelib? ve yaxudda analizin cavablari ne vaxt gelecek menim haqqimda qerar nece oldu ?

Məlum olmuşdur ki, 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Şamaxı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə bağlı 06.03.2020-ci il tarixdə ET Ağ Ciyər Xəstəlikləri İnstitutuna müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” qeydiyyatda olduğunuz Şamaxı rayon şöbəsinə daxil olduqdan sonra, Sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Leysan Soruşur Yazılma Tarixi:13.03.2020 13:47:28

Ağdam rayon şöbəsinə müraciət etsəm də mənə sənədimin gəlməməsini deyirlər. Halbuki verilmiş olan 6 aylıq möhlət hüququ sənədi 15 gün ərzində göndərilir. Artıq 1 aydır ki mən müayinədən keçmişəm. Bu məsələ ilə bağlı müraciətimi hara etməliyəm?

Siz 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmisiniz. Şəxsi işiniz 2020-ci ilin aprel ayında Xidmətin Ağdam rayon şöbəsinə göndəriləcək və Siz müvafiq sənədələ təmin olunacaqsınız.
Leysan Soruşur Yazılma Tarixi:13.03.2020 12:51:22

Salam. Bilmək istəyirəm ki mənə verilmiş olan 6 aylıq möhlət hüququnu haradan götürə bilərəm? Və hal-hazırda sənədimin Ağdam rayon idarəsinə göndərilib-göndərilmədiyi haqqında məlumat almaq istəyirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur. 
Leyla Soruşur Yazılma Tarixi:12.03.2020 21:35:13

Salam.şəxs 3 cü qrup əlildir və hərbi xidmətə sülh dövründə yararsız , müharibə dövründə məhdud yararlıdır.hər 3ildən bir müayinədən keçir.təkrar müayinə iyulun 11nə qeyd olunub hərbi biletdə.(35yaşı var.tamam olmayib)..iyulun 9 u başqa ölkəyə gedib 16sı qayıtmalıdır.Bu halda sərhəddi keçməkdə problem olmur ki?

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin struktur bölmələri tərəfindən təkrar tibbi müayinədən keçirildiyini nəzərə alaraq vaxtından əvvəl müvafiq axtarış tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmamışdır.      Bu səbəbdən müraciətinizdə qeyd etdiyiniz şəxsin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsini məlumatlandırması üçün şəxsiyyətini təsdiq edən sənədlə şəxsən müraciət etməsi məqsədəuyğundur.
Sübhan Soruşur Yazılma Tarixi:12.03.2020 12:20:17

Salam.Mən 03.12.2005 təvəllüdlüyəm.Hal hazırda mənim 14 yaşım var.Hərbi həkim komissiyasından keçdim.Nəticə sağlam oldu.İndi bilmək istəyirəmki müvəqqəti ağ bileti nə zaman alacam? 15 yaşım tamam olanda?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınırlar. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.
Leysan Soruşur Yazılma Tarixi:10.03.2020 23:43:23

Salam. Mən 11.01.1996-cı il təvəllüd, Bayramlı Leysan Nadir oğlu gözlərimdə olan xəstəliyə görə 12.02.2020-ci il tarixində xidmətin hərbi həkim komissiyasında müayinədən keçmişəm. Qoyulan diaqnozun nəticəsini öyrənmək üçün sizə müraciət etdim.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq olunması üçün, Siz nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Nofəl Soruşur Yazılma Tarixi:10.03.2020 22:30:36

Salam.Mene Talassemiya dayiciligi diaqnozu qoyulub.Oyrenmek isdiyiremki,mənim işim nə yerdə qaldı?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə 2020-ci ilin aprel çağırışında Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Cədvəldə sətir sayı :14891