Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Səlim Soruşur Yazılma Tarixi:18.02.2020 20:47:47

Salam mən yaxınlaşmışam Nərimanov rayon şöbəsinə yaxınlaşdım dedilər ki fevral ayının 6 sı sizin mərkəzi şöbənizə dedilər ki 10 gün ərzində qərar təstiqləndikdən sonra hərbi bilet veriləcək. Amma bu gün yaxınlaşdım hazır deyl. Bu ləngimənin səbəbini bilmək istərdim. Keçən ilin may ayından uzadılır hələ də mənə aid olan sənədim hərbi biletimi verilmir. Əgər verilməsə mən məcbur olub muvafiq orqanlara müraciət edəcəm. Ona görədə mən tələb edirəm hərbi biletimi

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar təsdiq olduğu üçün, Siz S/X-0548499 nömrəli hərbi biletlə təmin olunacaqsınız. Bu səbəbdən, Sizin 27.02.2020-ci il tarixdə qeydiyyatda olduğunuz Xidmətin Nərimanov rayon idarəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Babaxan Soruşur Yazılma Tarixi:18.02.2020 13:24:39

Salam mən ehtiyyatda olan zabitem leytenant.2012-2015-ci llerde DSX xidmət etmişəm.2017ci ildə sizə xidmətə qəbulla bağlı müraciət edərək imtahanda iştirak etmişəm və 72 balla kesilmisem.Biomek istəyirdim növbəti dəfə müraciət edə bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə yenidən baxılması məqsədəuyğun hesab etmirik.
Nurlan Soruşur Yazılma Tarixi:16.02.2020 22:29:27

SalamMən Şəki rayonu Oraban kənd sakini Nəsrullayev Nurlan Mayis oğlu 22 yaşım var. 2018 ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakultəsini bitirmişəm .2019 cu ildə Hərbi xidmətdən gəlmişəm.Səfərbərlik idarəsində necə işə düzələ bilərəm? Vakansiya varmı?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Nahib Soruşur Yazılma Tarixi:16.02.2020 19:01:49

Salam men işlə bağlı senedlerimi vermişem Seferberliye. 11 gündü hele cavab yoxdu. İmtahan verecem yoxsa yox?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Məlumat üçün bildiririk ki, test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Azad Soruşur Yazılma Tarixi:16.02.2020 10:40:22

Mən ali təhsilliyəm hərbi xidməti başa vurmuşam hal hazırda psixoloq işləyirəm 4il staja malikəm səfərbərlik və hərbi xidmətə çağırış məntəqəsində çalışmaq istəyirəm zəhmət olmasa köməklik göstərəsiniz

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Altun Soruşur Yazılma Tarixi:14.02.2020 11:20:13

Salam. Qiyabi əsaslarla ölkədaxilində fəlsəfə doktoru (doktorantura) təhsili alanlara möhlət hüququ verilirmi? Zəhmət olmasa bu barədə ətraflı məlumat verərdiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Tamerlan Soruşur Yazılma Tarixi:12.02.2020 12:41:05

Salam mən daha öncə sual yazmışdım əməliyyatımla bağlı mən noyabrda əməliyyat olmuşam çağırış vaxtım isə bu ilin iyul ayındadır.Mən iyulda gedə bilərəm yoxsa möhlət veriləcək mənə?

Möhlət hüququ bitdikdə Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Səlim Soruşur Yazılma Tarixi:10.02.2020 11:13:05

Mənim haqqimda qerar ne yerde qaldi? Normal cavab verin

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Mərkəzi hərbi həkim komissiyasında müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararsızdır” hesab edilmisiniz.Bildiririk ki, şəxsi işiniz Xidmətin Nərimanov rayon idarəsinə daxil olduqdan sonra, Siz hərbi biletlə təmin olunacaqsınız.
Lətif Soruşur Yazılma Tarixi:10.02.2020 00:14:38

9100 çağrı mərkəzinə 3 gün dəyanmadan zəng elədim, heç kim götürmürdü. Bu faciəni necə izah edə bilərsiz? Sizin xidmət ilə necə əlaqə saxlayım?

Müraciətinizin araşdırılması məqsədilə əlaqə saxladığınız əlaqə nömrəsi, tarix və əlaqə yaratmaq istədiyiniz struktur bölməni qeyd etməyinizi xahiş edirik. 
Elmin Soruşur Yazılma Tarixi:07.02.2020 22:27:25

Naxcivanski herbi lisseyine nece qebul ola bilerem ve ya nece qeydiyatdan kece bilerem

Qeyd etdiyiniz məsələ ilə əlaqədar C.Naxçıvanski adına Hərbi Liseyə müraciət etməyinizi tövsiyə edirik.
Cədvəldə sətir sayı :14890