Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İbrahim Soruşur Yazılma Tarixi:25.01.2020 20:29:53

Salam mən qoşun növü müdafiyə nazirliyi Hərbi hissənin nömrəsi isə 999 du yəni haradı bura?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
İlkin Soruşur Yazılma Tarixi:24.01.2020 17:48:52

Salam magistr təhsilimi bitirdikdən sonra təhsilimi PHD üzrə davam etdirmək istəsəm hərbi xidmətdən möhlət almaq icazəm varmi, və əgər varsa hansi sənədləri və hara təqdim etməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.  Əlavə olaraq bildiririk ki, təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdiyiniz halda barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Novruz Soruşur Yazılma Tarixi:24.01.2020 08:48:57

Hansi herbi hisseye dusduyum barede melumat

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Zaur Soruşur Yazılma Tarixi:24.01.2020 03:58:30

Salam . Harda xidmət edecəyimi öyrənmək isdəyirəm. Zəhmət olmasa cavablandrardiz.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Zaur Soruşur Yazılma Tarixi:23.01.2020 18:36:52

Salam. Men hara düşdüyümü öyrənmək isdəyirəm .Zəhmət olmasa cavablandirardiz.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Mirmehdi Soruşur Yazılma Tarixi:23.01.2020 17:17:24

Harda xidmet edeceğimi bilmek isdeyirem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Səid Soruşur Yazılma Tarixi:23.01.2020 16:03:20

Salam. Seferbeylikde ishe qebul olmaq isteyirem. Seferbeylik haqqinda qanunu nece elde ede bilerem

https://seferberlik.gov.az/service/uploads/hv1.pdf
Rəcəb Soruşur Yazılma Tarixi:23.01.2020 14:03:13

Mmənm herbi xdmete dusmeyimi bilmey isdrem xas edrem bu barede mene cavab veresnz elaqe nomresi 0702612354 melmat versz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Taleh Soruşur Yazılma Tarixi:23.01.2020 12:37:37

Salam mənə mesaj gəlib ama harda xidmət edəcəyim baradə məlumat yoxdur.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Şahsuvar Soruşur Yazılma Tarixi:23.01.2020 00:02:31

Salam mudeden artiq herbi xidmetlerin kurslari ne vaxt basdayir ,?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən kurslarının nə vaxt və hansı müddətə keçirilməsi ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14890