Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fərhad Soruşur Yazılma Tarixi:14.01.2020 15:18:19

Bilmək istəyirəm mərkəzi hərbi həkim komissiyası haqqımda hansı qərarı verib?

Məlum olmuşdur ki, Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təkrar tibbi şəhadətləndirilməniz üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məktubla müraciət edilmışdır. Siz Səhiyyə Nazirliyinin aparıcı və baş mütəxəssisləri tərəfindən tibbi baxışdan keçiriləcək və müayinənin nəticəsinə müvafiq olaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Mehman Soruşur Yazılma Tarixi:14.01.2020 10:19:28

Belə lap istələr aparsınlar Hərbi Xidmətə Cavabdeh duracaqlar qardaşıma xəstəliklərin deyirik yenədə aparırlar belə olmaz axı

Qardaşınız çağırış zamanı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Mehman Soruşur Yazılma Tarixi:14.01.2020 10:17:17

İndi Qardaşım hərbi xidmətə yararlıdı yoxsa yararsız? xəstəlikləri ola ola aparmaq düz deyil axı

Qardaşınız çağırış zamanı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Arif Soruşur Yazılma Tarixi:13.01.2020 19:38:49

Salam yararsiz bilet aldigin halda 2.3 il sonra yeniden muaine teleb edib.Herbi xidmet ede bileremmi ??

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elişən Soruşur Yazılma Tarixi:13.01.2020 15:50:54

Salam. İşə qəbulla bağlı necə müraciət edə bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barədə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər. 
Fərhad Soruşur Yazılma Tarixi:13.01.2020 12:45:18

Hərkəzi hərbi həkim komissiyası yararlı olub olmamağım haqqında rəyi nə zaman verəcək?

Məlum olmuşdur ki, Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təkrar tibbi şəhadətləndirilməniz üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məktubla müraciət edilmışdır. Siz Səhiyyə Nazirliyinin aparıcı və baş mütəxəssisləri tərəfindən tibbi baxışdan keçiriləcək və müayinənin nəticəsinə müvafiq olaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Mehman Soruşur Yazılma Tarixi:13.01.2020 11:19:07

Salam Qardaşım Hərbi xidmətə çağırışçıdır qardaşımda xəstəlik var amma Başında Travma.Epilepsiya və Belində əyrilik.Skolioz bununla belə 20.01.2020 bu tarixə çağırış vərəqəsi verilib Bu xəstəliyləri olanı əsgərliyə aparmaq olar? Hara müraciət edə bilərik bununla bağlı?

Qeyd etdiyiniz xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən şəhadətləndirilirlər.
Fərhad Soruşur Yazılma Tarixi:13.01.2020 08:47:47

Salam, mənə gözümlə əlaqəli may ya iyunda 6 ay möhlət verilmişdi retinada dejenerasiya ilə əlaqəli olaraq. Əməliyya olub Noyabrda yenidən yoxlanışdan keçdim, deyəsən yenə möhlət veriləcəyi deyildi. İndi öyrənmək istəyirəmki möhlətim nə vaxta kimi verilib və möhlət bitmədən gözümü yenidən yoxlatmaq üçün sərhəd keçə bilərəm?

Məlum olmuşdur ki, Siz 2020-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Nərimanov rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
İlham Soruşur Yazılma Tarixi:13.01.2020 00:46:36

Salam yenə narahat edirəm sizi mənə məlumat verdiniz ki mən dinc dövrdə xidmətə yararsızam. Bu qərarla razı deyiləm yenidən həkim komissiyası təşkil olunsun yenidən yoxlanışdan keçim bunun üçün hara müraciət etməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilir və sağlam hesab edildiyi halda, hərbi xidmətə yararlı hesab edilirlər. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı vətəndaşlar barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Səlim Soruşur Yazılma Tarixi:12.01.2020 23:02:11

Salam mənim haqqımda qərar nə yərdə qaldı? Mən nə vaxt hərbi bileti götürə bilərəm?

Qeyd etdiyiniz  məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyyə olunur. 
Cədvəldə sətir sayı :14890