Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əli Soruşur Yazılma Tarixi:02.01.2020 00:05:00

13.01.2020 tarixində çağırış göndərilib amma hara düşdüyümü demiyiblər zəhmət olmasa deyə bilərsiz ?

Bildiririk ki, Sizin barənizdə yekun qərarın qəbul edilməsi üçün şəxsi işiniz Xidmətin Yasamal rayon idarəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaq.
Arif Soruşur Yazılma Tarixi:01.01.2020 23:06:28

Salam bu cagiriwda yararsiz oldugunda ne vaxt verirler herbi bileti

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqinda müvafiq rayon (şəhər) çağırış komissiyasının qərarı təsdiq edildikdən sonra sənədləriniz (hərbi biletiniz) rəsmiləşdiriləcək.
Hüseyn Soruşur Yazılma Tarixi:01.01.2020 21:31:10

Salam. Menim ayağım yastı pəncədi iki ayagimda 3-cü dərəcədir mən bilmək isteyirəm meni esgerliye aparacaqlar ya yox?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Şahin Soruşur Yazılma Tarixi:31.12.2019 11:55:02

Oktyabr ayinda çağırılan əsgər Şahin Quliyev Vefadar oğlunun cağrilidiqi herbi hisseden hansı hərbi hisseye transferi barede məlumat isteyirem

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Elnur Soruşur Yazılma Tarixi:28.12.2019 19:03:04

Salam. Men bilmek isteyirdim Naxcivan qeydiyyatinda olan cagiriscilar 9100 ve ya elektron melumat xidmetinden istifade ederek dusdukleri herbi hisse haqqinda melumat ala bilirlermi? Yoxsa bu Naxcivan qeydiyyatinda olan cagiriscilara aid deyil? Zehmet olmasa cavablandirardiz.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Leysan Soruşur Yazılma Tarixi:27.12.2019 21:20:23

Salam. Bir gözü -3.75 digəri isə -8.25 (buynuz qişanın degenerasiyası) olan bir şəxsin həqiqi hərbi xidmətə yararlı və ya yararsız olması haqqında məlumat almaq istəyirəm.

Bildiririk ki, qeyd etdiyiniz “Hər hansı gözün meridianlardan birində 3,75 DPTR və 8,25 DPTR və buynuz qişanın degenerasiyası” xəstəliyi olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararsızdır hesab edilirlər. 
Musa Soruşur Yazılma Tarixi:27.12.2019 18:28:16

Salam mene 01.01.2020 ci il cagris vereqesi gelib dusduyum yeri bilmek isdirem

Bildiririk ki, 21.12.2019-cu il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar.
Əlavə olaraq bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rəsul Soruşur Yazılma Tarixi:27.12.2019 01:23:20

Salam mənə yanvar 3 2020 tarixə Çağırış vərəgəsi veriblər.amma Ad soyadı atasının adı doğum tarixini yazanda Məlumatlara uyğun çağırışçı tapılmadı deyir.Amma mənə 9100-dan SMS də gəldi..

Bildiririk ki, Siz müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmisiniz.
Səbuhi Soruşur Yazılma Tarixi:26.12.2019 18:46:49

Salam bilmek isterdim 1ci dereceli skoliz (6 derece ), 2ci dereceli döş kifoz (47 derece) , ve 2ci dereceli hiperlordozu (75bderece)olduqu halda bilmek isterdim men 66 cı maddenin hansı bendine uyqun olaraq yararli ve yaxud yararsiz sayiliram.

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66-cı maddəsinin I qrafasının tələblərinə əsasən skoliozun, kifozun, lordozun dərəcəsindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
ELGÜN Soruşur Yazılma Tarixi:26.12.2019 15:26:13

03.01.2020 tarixine herbi hisseye caqrw vereqesi gelmiwdir hansi herbi hisseye duwduyumu bilmek isteyirem

Bildiririk ki, 21.12.2019-cu il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar.
Əlavə olaraq bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891