Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:26.12.2019 13:23:48

DSX Düşdüyüm barədə məlumat aldım. Lakin hansı bölgəyə düşəcəyim barədə necə məlumat alım ?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik. 
Rəşid Soruşur Yazılma Tarixi:25.12.2019 22:05:10

salam. Mənə 07.01.2020 tarixinə çağırış vərəqəsi veriblər. Düşdüyümuz hərbi hissəni nə zaman bilə bilərik. 9100 sms göndərirəm. yazılır ki, bu adda hərbi çağırışcı tapılmadı. Nə zaman bilə bilərəm?

Bildiririk ki, 21.12.2019-cu il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar.
Əlavə olaraq bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Vüsal Soruşur Yazılma Tarixi:25.12.2019 21:57:29

Hansı hərbi hissəyə düşdüyümü bilmək istəyirəm

Bildiririk ki, 21.12.2019-cu il tarixdə çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılmışlar.
Əlavə olaraq bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ağacan Soruşur Yazılma Tarixi:25.12.2019 19:01:35

212 sayli hərbi hissə harada yerləşir

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Ələs Soruşur Yazılma Tarixi:25.12.2019 16:56:31

Salam şikayətim var məni oktyabr ayndan getmelliyem amma aparmyblar doluyublar dediler narahat olma gedeceksen amma birsey etmrler ele problem yaradirlar getmek istedemdr birde ayagi 3 cu dereceli yasti pence olan esgerliye yararlidirmi?öncədən təşəkkürlət

Müəyyən edilmişdir ki, Siz Xidmətin Xətai rayon idarəsinin çağırış komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək, barənizdə qəbul edilmiş qərarın təsdiq olunması üçün Xidmətin Mərkəzi hərb həkim komissiyasına təqdim olunacaqsınız.             Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz Xətai rayon idarəsinə müraciət etməyinizi tövsiyə edirik.
Anar Soruşur Yazılma Tarixi:24.12.2019 17:21:58

Salam emimoglu dediyim unvana xidmet elemeye teyin olunub amma bilmirik harda yerlewir.Zehmet olmasa deye bilersiz. Mudafiye Nazirliyin 193 nomerli herbi hissesi harda yerlewir

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Rəhim Soruşur Yazılma Tarixi:24.12.2019 16:41:48

Salam sizdən bir sual soruşum mən 22-ci maddənin c bəndinnən xidmətə yararsız çıxmışam hansı bəndnən şəhadətləndirilsəm xidmətə yararlı olacam.

Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Xəzər rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
Murad Soruşur Yazılma Tarixi:22.12.2019 21:03:42

Men 2001 dekabir teveluduyem elə bilki məni Bakıya göndəriş yazdılar 15_16gundur heçnə bilinmir gedib gedmemiyim veyaxud hara düşdüyüm o necə olur ?

Bildiririk ki, Sizin barənizdə yekun qərarın təsdiq edilməsi üçün Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən tibbi müayinədən keçməyiniz üçün 29.11.2019-cu il tarixdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinəyə göndərilmisiniz. Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Xaçmaz rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:22.12.2019 21:00:13

Mənim qardaşım 2019 iyul ayi herbi xidmete getdi 6 7 ay esgerlik cekdi qos fital gonderidli ureyinde boyreyinde prablem cixbdi hekim kamisyalrinda saqlam cixdi 6aydida herbi xidmetdidir noldu bu uasqda prablem cixdi bu mesle haqinda olcu goturlsun xetayi rayonu herbi kamirasarliqin gunahdir ve eger xeste idise niye aprib eziyet zulum cekirdi ve sizi hara baxirsiniz haqimi sizden teleb edirem bu qeder mesulyetsiz dik savatsizliq olmaz xayis bir tedbir gorlsun xetayi rayonun kamirsalriqi haqinda ve hekimlerine de ve diger vezifleli sexsileri haqinda bir tedbir gorlsun bu usaqqin basina bir is gelseydi nece olcaqdi pallkovnik mehman qurbanov dovlet qarssisnda cavab vermeldirler adelat teleb edirem

Məlum olmuşdur ki, 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar, qardaşınız 1998-ci il təvəllüdlü İbrahimov Rahib Hicran oğlu Xidmətin Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhəti ilə əlaqədar 3 saylı Şəhər Klinik Xəstəxanasına əlavə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin edilmiş diaqnoza əsasən R.H.İbrahimov rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək, 06.07.2019-cu il tarixdə sərəncəmla təyin olunduğu Daxili Qoşunların hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bildiririk ki, qardaşınız hal-hazırda müddətli həqiqi hərbi xidmətdə olduğu üçün ərizənizdə qeyd olunan məsələ səlahiyyətlərimiz xaricindədir və bununla bağlı aidiyyəti üzrə Daxili Qoşunlara müraciət etməyiniz məqsədəuyğundur.
Arif Soruşur Yazılma Tarixi:22.12.2019 20:33:23

Salam men talasimeya dawiyicisiyam. Sehetimde hec bir problem yoxdu.amma Haciqabul rayon seferberlik idaresinde meni yararsiz hesab edirler herbi xidmete.Konullu olaraq herbi xidmet ede bileremmi?

Nəzərinizə çatdırırıq ki, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılan vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 
Cədvəldə sətir sayı :14891