Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Eyvaz Soruşur Yazılma Tarixi:19.12.2019 16:19:07

Salam.Men hem dinc hemde muharibe dovrunde herbi xidmete yararsiz sayilmisam.yeniden muaine olmaq isteyirem qerarin deyisilmesi ve yeniden muayine olmaq ucun ne ede bilerem? Hara muraciet ede bilerem?

Nəzərinizə çatdırırıq ki, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılan vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı vətəndaşlar barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Rəhim Soruşur Yazılma Tarixi:19.12.2019 13:25:51

Salam men sual yazmışdım cavab gəlmədi bir daha yazıram mənim səhhətimdə bağlı heç bir probıem yoxduda sabunçu balnisası məni yararsız çıxartdı mən təkrar tibbi komisya istiyrəm xaiş eliyrəm işimə baxasız .

Bildiririk ki, Siz Xidmətin Xəzər rayon idarəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Xəzər rayon idarəsinə təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
12.12.2019-cu il tarixdə Sizə eyni məzmunlu cavab verilmişdir. 
Günel Soruşur Yazılma Tarixi:19.12.2019 10:29:16

şəki herbi komissarligindan esger yola salinan herbi xidmetde olan esger mezuniyyete cixacaq ve Bakida mezuniyyetde olarsa o zaman burda herbi bilete belediyyede pecat vurdura biler ? yoxsa sekiye getmelidir orda komissarliq vurmalidi ?

Bildiririk ki, hərbi qulluqçular məzuniyyət biletində (vəsiqəsində) göstərilən təyinat yerinə çatan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə məzuniyyət biletini (vəsiqəsini) təqdim edərək hərbi qeydiyyata durmalı, qayıdanda isə qeydiyyatdan çıxmalıdırlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 5 saylı əlavəsinə əsasən isə Qarnizon hərbi komendantlığı, yaxud hərbi komissarlıq hərbi qulluqçunun olacağı yerdən 10 kilometrdən çox uzaq olduqda, hərbi qulluqçu yerli icra hakimiyyətində uçota dura (uçotdan çıxa) bilər. 
Elçin Soruşur Yazılma Tarixi:18.12.2019 23:41:27

Men 2017 ci iıde herbi xidmete getdim. Cemi 20gunden sonra meni herbi qospitala apardilar . Mene adaptasiya pozuntusu 17 b teyin olundu. Sorusmaq is deyirdim ki mende herbi komisya olurmu? Birde Men tekrar esger gede bilerem?

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə vaxtından əvvəl ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır. 
İsmayıl Soruşur Yazılma Tarixi:18.12.2019 21:02:11

Salam hərbi xidmətə qəbul (MAXE) ən son yaş həddi neçəsi? Bu barədə yeni qanun varmı? Hərbi xidmət haqqında Əsasnamənin 26 maddəsinin a bəndinə görə 40 yaşa kimidi. Müraciət etmişəm N saylı hərbi hissəyə 07.08.1987 ci il təvəllüdlüyəm yaşımın çox olduğu bildirildi. Xahiş edirəm bu barədə cavab verəsiz

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Səlim Soruşur Yazılma Tarixi:18.12.2019 19:44:57

Salam mənim haqqımda qərar nə yerdə qaldı? Birinci dəfə dedilər xəbər verəcəyik heç kim xəbər vermədi. Öncədən təşəkkürlər.

Bildiririk ki, Siz hərbi qeydiyyatda olduğunuz Xidmətin Nərimanov rayon idarəsi tərəfindən, 2020-ci illin yanvar ayında Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.
Coşqun Soruşur Yazılma Tarixi:18.12.2019 17:00:52

Salam mən yanvarda doktorantura üçün imtahan verəcəm və çağırışçıyam. Bilmək istəyirəm ki,universitet mənə arayış versə imtahanımın olmağı ilə bağlı mənə imtahanlarımı vermək üçün möhlət veriləcək mi? Və doktoranturaya qəbul olsam Hərbi xidmətdən möhlət ala bilərəmmi?

Bildiririk ki, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.4 və 21.1.5-ci maddələrinn tələblərinə əsasən təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanları sentyabr ayından sonrakı aylara təsadüf etdiyinə görə magistrantlara ali təhsil pilləsinin magistratura səviyyəsini bitirdikdən sonra ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarının keçiriləcəyi müddətədək çağırışdan möhlət verilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Hal-hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu məsələnin qanuni tənzimlənməsi ilə bağlı müvafiq layihəyə baxılmaqdadır.
Altun Soruşur Yazılma Tarixi:18.12.2019 15:40:11

Salam mən ali təhsilliyəm BDU nu bitirmişəm, hərbi xidmətimi bu il başa vurmuşam Səfərbərlik və hərbi xidmətə çağrış üzrə dövlət orqanında işə düzəlməkçün elekron formada müraciət etdim şəxsi kabinetimi yaratdım lakin bir cavab gəlmədi deyə yenidən müraciət etmək istəyirəm və hansı gmailllə qeydiyyatdan keçdiyim yadımnan çıxıb şəxsi kabinetimə daxil ola bilmirəm bu problemi necə həll edə bilərəm ?

Bildiririk ki, əvvəl qeydiyyatdan keçərkən yanlış email ünvanı daxil etdiyiniz üçün qeyd etdiyiniz problemlə qarşılaşmısınız. Artıq Sizin istifadəçiliyiniz ləğv edildiyindən yenidən qeydiyyatdan keçərək elektron xidmətlərdən istifadə edə bilərsiniz.  
Eyvaz Soruşur Yazılma Tarixi:17.12.2019 22:27:32

Salam mən yüngül dərəcli Hemofiliya xəstəsiyəm səhətimlə bağlı heç bir problemim yoxdu.Bilmək istəyirəm mən hərbi xidmətə gedə bilərəmmi?

Çağırışçılarda “Qanın və qanyaradıcı orqanların xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən hemofiliya və hemofiliya daşıyıcısı xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
Sahil Soruşur Yazılma Tarixi:16.12.2019 00:44:45

Men 2020 yanvarin ayinin1 i 18 yasimi tamam edirem amma buna baxmayaraq mene cagris gelmeyib

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Cədvəldə sətir sayı :14891