Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nəriman Soruşur Yazılma Tarixi:14.06.2018 12:53:13

Salam.. Men xidmete getmemisden evvel 17c maddesi yazilib. Xidmetde oldugdan sonra herbi komisarliga muraciet etdim bu madde ile bagli madde silinib deyilir.Daxili qosunlar qebul olmaq istiyiem .Daxili qosunlar deyir bu madde silinmir . Bu barede mene komeklik eliye bilersiz..

Bildiririk ki, hərbi vəzifəlilərin hərbi xidmətə yararlılıq dərəcəsi hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə uyğun olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Bu səbəbdən qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (şöbə, bölmə) rəsmi müraciət etməlisiniz. Tibbi müayinənin nəticələrinə uyğun olaraq, sağlamlıq vəziyyətinin müayinə aktına əsasən hərbi biletinizin xüsusi qeydlər bölməsində müvafiq düzəlişlər aparılacaq.
Elnur Soruşur Yazılma Tarixi:13.06.2018 22:35:42

Salam, mən hal hazırda magistr 1ci kursu bitirmişəm.Universiteti dondurub Sentyabr çağırışında əagər getmək istəyirəm.Bakalavr və Magistr ixtisaslarım radiotexnika ilə birbaşa əlaqəlidir.Özüm isə İT və proqramlaşdırma ilə məşğulam.Bilmək istəyirəm mənim bu biliklərimi hərbi xidmət zamanı tətbiq edə biləcəyim iş imkanı varmı? Yəni hərbi hissələrdə radiotexnika və eyni zamanda İT və proqramlaşmanı bilənə ehtiyac olurmu?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Elxan Soruşur Yazılma Tarixi:13.06.2018 18:11:48

Salam. Revmatizma xəstəliyindən əziyyət çəkən birisi hərbi xidmətə yararlıdır ?

Çağırışçıların qan dövranı sistemi xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 42-48-cı maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Tural Soruşur Yazılma Tarixi:13.06.2018 16:00:20

Salam , belimde 3mm pratuzya var.mrt neticesine esasen. Mualice edirem devamli olaraq,yalniz agrilarim movcudur.men herbi ucun yararli hesab edilirem?

Fəqərələrarası 3 mm protruziya ilə Siz, hərbi xidmətə yararlı hesab edilirsiniz. Əlavə olaraq bildiririk ki, Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Teymur Soruşur Yazılma Tarixi:13.06.2018 15:01:46

Salam mən Azərbaycan dövlət pedaqoji Universiteti pedaqogika və psixologiya fakültəsini bitirmişəm.ehtiyat zabit hazırlığı kursunu bitirib 2013-2015 ci illərdə Naftalanda yerləşən hərbi hissədə tağım komandiri vəzifəsində çalışmisam.2015 ci ildə ehtiyata buraxilmisam.səfərbərlik xidmətində işə qəbul olunmaq üçün hara müraciət etməliyəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Anar Soruşur Yazılma Tarixi:13.06.2018 14:19:08

Salam.Men 2018- ci ildə MN-nin müvafiq əmrinə əsasən ordu sıralarından xəstəliklə əlaqədar zabit olaraq ehtiyata buraxılmışam.Salyan rayon SHXÇDX da mülkü işe düzəlmək istəyirəm..Sayıtdaki elektron müraciəti dəqiq anlamadıqım üçün Poçt vasitəsi ilə,hansı sənədləri hansı ünvana göndermek lazım oldqunu zehmet olmazsa deyərdiniz.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Rəfail Soruşur Yazılma Tarixi:13.06.2018 12:07:43

Mənə hərbi yoxlamadan keçən zaman sağ pəncənin 2-ci, sol pəncənin 3-cü dərəcəli yastı pəncəlik diaqnozunu verdilər. Bilmək istərdim mən hərbi xidmətə yararlıyam ?

Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla: boylama içəri tağın bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm-dir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Beləliklə Siz, hərbi xidmətə yararsızsınız.
Nicat Soruşur Yazılma Tarixi:13.06.2018 10:59:23

Salam. Meni aid oldugum çağırış idarəsindən iyul çağırışı üçün gözümdə zəiflik olduğuna görə Zərifə Əliyeva adına Milli Oftolmalogiya mərkəzinə göndəriş verdilər. Ordakı müayinənin cavablar isə hələ vaynkamata göndərilməyib. Bu nə qədər müddət çəkir ? Müayinədən mayın ilk 10 günlüyündə keçmişəm.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, sizin sağlamlıq haqqında müayinə aktınız 12.06.2018-ci il tarixdə Xidmətin Binəqədi rayon idarəsinə daxil olmuşdur. Aidiyyəti üzrə Binəqədi rayon idarəsinə müraciət etməyiniz tövsiyyə olunur.
Təbriz Soruşur Yazılma Tarixi:12.06.2018 17:18:25

Salam. Mən Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kursa magistratura tələbəsiyəm. Bizim dissertasiya müdafiəsi 22 iyun - 4 iyul tarixində baş tutacaq. Mən kommissiyadan keçib və 3 iyul tarixində hərbi xidmətə çağırılmışam. Dissertasiyanın müdafiə tarixi çağırış ilə üst-üstə düşdüyü zaman mən nə etməliyəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı övladınızın Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Müzəffər Soruşur Yazılma Tarixi:12.06.2018 16:39:21

Mən Kərimbəyli Müzəffər İlham oğlu Azərbaycan Texniki Universitetində magistraturada oxuyuram və bitirmək üzərəyəm. Təhsilimi davam etdirmək istəyirəm və doktoranturaya hazırlaşıram. Lakin məni Mingəçevir şəhər hərbi komissarlığından hərbi xidmətə çağırırlar. 2016-cı ildə çıxan qanuna əsasən isə bakalavriat, magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. doktoranturaya qəbul imtahanları isə magistraturanı bitirdikdən 5-6 ay sonra olur. mənə isə bu 5-6 ay müddətində möhlət verilmirki mən doktoranturaya hazırlaşım. Bu 5-6 ay müddətində möhlət verilməlidirmi?

Bildiririk ki, ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarına sənəd qəbulu sentyabr-fevral aylarına təsadüf etdiyinə görə magistrantlara ali təhsil pilləsinin magistratura səviyyəsini bitirdikdən sonra ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarının keçiriləcəyi müddətədək çağırışdan möhlət verilməsi məsələsi hal-hazırda mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :13967