Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hüseyn Soruşur Yazılma Tarixi:12.01.2020 21:07:21

Salam. Mən yastı pəncəliyəm mənim vaxtımdı ama hələ heçbirşey demirler men hara düşdüyümü bilmek istiyrem.

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Səid Soruşur Yazılma Tarixi:11.01.2020 21:20:54

Salam 07.01.2020 tarixində Xidmətin Mərkəzi hərbi həkim komissiyasında müayinədən keçmişəm. Ondan əvvəl də iyul ayında 2019 6 ay möhlət almışam və möhlətim bitib . Mən haqda qərar nə olacaq ? Bu arada ürək döyüntüm 116 döyünür . Təşəkkürlər

 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş şikayət ərizəniz araşdırılmış və Sizin nəzarət qaydasında Səhiyyə Nazirliyinin aparıcı baş mütəxəssisləri tərəfindən tibbi müayinə olunmağınız nəzərdə tutulmuşdur. Müayinə nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin II qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Mənsur Soruşur Yazılma Tarixi:11.01.2020 13:09:44

Salam. Mənim 21.01.2020 tarixində çağırış vərəqəm gəlib, amma hara düşməyimlə bağlı hələki məlumatım yoxdur axtarışa verəndə də çağırışçı tapılmadı yazılır. Hara düşdüyümü necə öyrənə bilərəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fərhad Soruşur Yazılma Tarixi:11.01.2020 12:27:08

Hərbi həkim ekspertizası tərəfindən yenidən xəstəxanaya təyin oluna bilərəmmi? Yoxsa son qərarı onlar verir?

Məlum olmuşdur ki, Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təkrar tibbi şəhadətləndirilməniz üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məktubla müraciət edilmışdır. Siz Səhiyyə Nazirliyinin aparıcı və baş mütəxəssisləri tərəfindən tibbi baxışdan keçiriləcək və müayinənin nəticəsinə müvafiq olaraq barənizdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Kənan Soruşur Yazılma Tarixi:10.01.2020 20:24:41

Salam mənə yanvarın ayının 15 çağrışım var ama mənə nə sms gəlib nədəki burda yazanda adım çıxmır.Hara düşdüyümü öyrənə bilərəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rövşən Soruşur Yazılma Tarixi:10.01.2020 19:04:21

Salam.Men 2006-cı ildə aprel ayında herbi xidmetden ağciyerde plevrit xesteliyine gore 9-cu ayinda texris olunmusam.Menim tekrar tibbi muayineye kecmeliyemmi? Hal hazirdada ağciyarimda da xestelik sağalsa da capiq izi qalmaqdadir.Bilmek isteyirem hazirki veziyyetimle herbi xidmeti davam ede bileremmi?

Nəzərinizə çatdırırıq ki, xəstəliklə əlaqədar ordu sıralarından vaxtından əvvəl ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılmaları qanunvericilikdə nəzərdə tutulmamışdır.
rafiq Soruşur Yazılma Tarixi:10.01.2020 17:35:45

hara duşduyumu bilmek isdiyirem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:10.01.2020 15:27:27

Salam mən 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində test imtahanında iştirak etmişəm. Sonra 62 balla müsahibəyə çağırıldım amma işə qəbul edilmədim. 28 dekabr 2019-cu il tarixdə işə qəbulla bağlı cənab general Arzu Rəhimovun qəbulunda oldum. Vakant yer olmadığı üçün yenidən qəbul edilmədim.Mən yenidən test imtahanında iştirak edə bilərəmmi və bunun üçün hansı sənədləri hazırlamalıyam?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
AMİL Soruşur Yazılma Tarixi:10.01.2020 14:34:31

Salam. Mən çagırışçıyam. Lakin həm saytda həmdə 9100da mənim xidmət edəcəyim yer görsədilmir. Bu adda çağırışcı yoxdur yazılır. bilmək olar hərbi hissəni nə zaman öyrənə bilərəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəhim Soruşur Yazılma Tarixi:10.01.2020 10:40:41

Salam bir sualım var məsəl üçün mən tibbi komisyadan sağlam çıxdım hərbi xidmətə getdim gəldim yararlı hərbi bilet alacamda yaqin ki və müddətdən artıq (maxe) kiço xidmət eliyə biləcəm ?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyən-ləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14890