Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ceyhan Soruşur Yazılma Tarixi:10.01.2020 06:22:59

Salam mene xidmete yararli olub olmadiqim haqqda melumat verilmeyib bütün cağırşcıların cavabı gelib menim yox neve olur bu zehmet olmasa yazardizda

Bildiririk ki, Sizin barənizdə yekun qərarın qəbul edilməsi üçün şəxsi işiniz Xidmətin Nizami rayon idarəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına təqdim olunub.
Kamran Soruşur Yazılma Tarixi:10.01.2020 00:26:22

Salam xais edirem komeklik ederdiz,menim isimle elaqedar veziyyetin ne yerde oldugunu oyrenmek istəyirdim.Zehmet olmasa cavablandirardiz.

Məlum olmuşdur ki, Sizin şəxsi işiniz 15.01.2020-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən barənizdə qərar qəbul ediləcəkdır. 
Aydın Soruşur Yazılma Tarixi:09.01.2020 20:13:36

Hara düşmüşəm

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Xaçmaz rayon şöbəsinə gec daxil olduğuna görə sizin adınız növbəti sərəncamın verilməsi üçün Xidmətin apartına təqdim ediləcəkdir.
Fərhad Soruşur Yazılma Tarixi:09.01.2020 18:26:24

Salam mənə 6 ay möhlət verilmişdi mədəm ilə bağlı. İndi yenə kecdim həkimlərdən, sonra komissiyadan keçdim. Yenidən bilmək istəyirəm yararlıyam yoxsa yox?

Məlum olmuşdur ki, Siz şəxsi işiniz ilə birgə 07.01.2020-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
İlham Soruşur Yazılma Tarixi:09.01.2020 16:17:38

Salam 19.11.2019-cu il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunmuşam. Xidmətin Mərkəzi Həkim Komissiyasında nəzarət qaydasında tibbi şəhadətləndirildikdən sonra barəmdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. Hansı qərar verilməlidir ki, əsgər gedim və cavab nə vaxt gələcək?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. 
Səlim Soruşur Yazılma Tarixi:09.01.2020 13:29:40

Salam mənim haqqimda qərar nə yerdə qaldi? Hec kim xəbər eləmir. Mən nə vaxt hərbi biletimi ala bilərəm?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq olunduqdan sonra, Siz hərbi biletlə təmin olunacaqsıznız. Bildiririk ki, bu barədə Sizə qeydiyyatda olduğunuz Xidmətin Nərimanov rayon idarəsi tərəfindən məlumat veriləcəkdir.
Şahin Soruşur Yazılma Tarixi:08.01.2020 19:08:19

Salam mən 2019 cu ildə ali təhsilimi bitirmişəm və noyabr ayında (18 də) komissarlıqda hekim yoxlanışından keçmişəm. Həmin ay məni SN Kardiologiya İnstitutuna göndəriblər, ve orda da müayinədən keçmişəm . 1 hefte sonra Herbi Vetenperverlik ve Mutexessis Hazirligi Merkezinə göndərildim və orda mənə heç nə demədilər. Hazırda mənim barəmdə hansı qərar qəbul edilib?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın düzgünlüyünün yoxlanılması üçün, Siz 03.12.2019-cu il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Səlim Soruşur Yazılma Tarixi:08.01.2020 15:34:34

Salam. Sizin şöbələr həftəsonları işləyir?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz  müraciətinizə tərəfimizdən baxılmışdır.              Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında və yerli idarə, şöbə, bölmələrində iş vaxtı bazar ertəsindən cümə gününə qədər 09:00-dan 18:00-dək, şənbə günləri isə saat 09:00-dan 13:00-a müəyyənləşdirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olan hər hansı məsələlərlə bağlı Xidmətin Aparatına və yerli idarə, şöbə, bölmələrinə müraciət edə bilərsiniz.
Eldar Soruşur Yazılma Tarixi:06.01.2020 14:47:47

hara duwmusem

Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 6 ay müddətinə möhlət verilmişdir.         Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Suraxanı rayon idarəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Aydın Soruşur Yazılma Tarixi:06.01.2020 11:39:47

Salam, mənə yanvarın 7-nə çağırış gəlib lakin məndə problem olduğu üçün Bakıya ETOİ-na göndərdilər sonra Ağ Ciyər İninstutuna göndərdilər amma hələ də cavablar gəlməyib bakıdan, siyahıda adımı yazıram adım çıxmır usdelik qeyd olunan nomreyede mesaj gəlməyib hara düşdüyüm haqda necə bilmək olar indidən təşəkkürlər.

Məlum olmuşdur ki, 2020-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Xaçmaz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar ET Travmatologiya və Ortopediya İnstitutuna və ET Ağciyər Xəstəlikləri İnstitutuna əlavə müayinələrə göndərilmişdir. Müayinələr nəticəsində təyin edilmiş diaqnoza əsasən, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. 
Cədvəldə sətir sayı :14890