Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Novruz Soruşur Yazılma Tarixi:22.01.2020 18:12:18

Hansi herbi hisseye dusduyum barede melumat

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Samir Soruşur Yazılma Tarixi:22.01.2020 01:25:34

Salam. Mən Azərbaycan Respublikası karate idman növü üzrə Avropa çempionu və dünya 2 cisi olmuşam və sizə sualım Budur ki mən idman dərəcəmi hara ötürməliyəm və ya necə etməliyəm ki məni əsgərlikdən yarışlara buraxılım? özüm 2020 Avropa dünya yarışlarında iştirak edəcəm yəqinki fikrim çatdı sizə mən hara yaxınlaşmalıyam təvəllüd 2002.02.16

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cəfər Soruşur Yazılma Tarixi:21.01.2020 18:50:38

Salam mene bu aya caqiriş gelib ama hara duşduymu bilmirem burda yoxluuram dir bele bi caqırışçı tapılmadi yerim.ne vaxt teyin olduqunu oyrene bilerem.bu melumat vere bilersiz.?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Şərif Soruşur Yazılma Tarixi:21.01.2020 18:02:52

Hara düşmişəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nizami Soruşur Yazılma Tarixi:20.01.2020 09:33:07

SalaM 25 nə prabska almışam amma hələdə bilmirəm hara duşduyumu necə öyrənim zəhməd olmasa məlumat verərdiz bu haqqda .?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Səbuhi Soruşur Yazılma Tarixi:20.01.2020 01:48:03

Salam mənə verilən göndərişlə Travmatologiya və Ortopediya İnstitutunan yoxlanışdan keçdim , bilmək istərdim barəmdə hansı qərar qəbul olundu?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
KAMRAN Soruşur Yazılma Tarixi:19.01.2020 15:19:47

Mən ayın 22-sinə çağırış almışam və hansı hərbi hissəyə düşdüyümü bilmək isdəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:18.01.2020 18:41:32

Salam məni iyuldan bəri saxlıyıblar qospitalada getmisəm skalyoz dərəcəsini bilmirəm sabuncuda baxib deyiblər odaki vaykamat yoluyub belimdə 4 milli qirija və protozia var xais edirəmki məlumat yazarsız ki mənim cavablarım 3 cagrışda hələ niyə cıxmır getməliyəm ya yox?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. 
Rəşad Soruşur Yazılma Tarixi:18.01.2020 11:10:21

Salam mən hərbi bileti məhdud yararlı almışam gələn ilin aprel ayında növbəti müayinə vaxtımdır amma mən bu vaxta qədər hərbi xidmətə getmək istəyirəm bunun üçün hara müraciət edim

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elşən Soruşur Yazılma Tarixi:18.01.2020 11:02:39

Salam mene ayin 21ne çağırış gelib ama hara duşduyum bilmirem yoxlayıram bele bir çağrışçı tapılmadı deyir

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14890