Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sevil Soruşur Yazılma Tarixi:30.01.2020 23:15:23

Salam.İlkin hərbi qeydiyyata düşmək üçün hansı sənədlər lazımdı ?

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti;  2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
Şamil Soruşur Yazılma Tarixi:30.01.2020 22:34:58

Salam. Mənə maraqlıdır ki mən yararsızam ? Yoxsa möhlət verilib ?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə 30.01.2020-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Mustafa Soruşur Yazılma Tarixi:30.01.2020 09:05:47

Salam, Sizdən xahiş çox xaiş edirəm, mümkünsə baxardız, mən bu dediyiniz tələblərə(36-cı maddə) uyğun gəlirəmmi? Yəni mən həqiqi hərbi xidmət keçə bilərəm?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bağlaşma əsasında xidmət keçmək qoşun növlərinin təyinatına əsasən müəyyən edilmiş qaydada aparılır.
Faiq Soruşur Yazılma Tarixi:29.01.2020 19:44:21

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarına əsasən təsdiq edilmiş sənədlərin siyahısının 1.5 ci bəndində tələb olunan sənədlər arasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi qeyd olunub. Bunun dəqiq olaraq hansı sənəd olduğunu bildirməyinizi xahiş edirəm.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Xidmət tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə”, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” vəsiqələri verilir. 
Şahin Soruşur Yazılma Tarixi:27.01.2020 20:51:48

Salam mənim ayaqaltı duzluyum var (yastı pəncəlilik )bir ayaqda 2ci dərəcə digərində 3cu dərəcə olanda hərbi xidmətə yararlıdır?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çox, tağın hündürlüyü 17 mm-dən az) olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Feyzulla Soruşur Yazılma Tarixi:26.01.2020 23:44:16

Mənim 2020ci il 9 fevral 18 yaşım tamam olur mən 2020 qəbul imtahanında iştirak edə bilərəm?

Bildiririk ki, çağırış yaşlı vətəndaşlar Respublikanın ali və orta ixtisas təhsili müəssisələrində keçiriləcək qəbul imtahanlarında sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda iştirak edə bilərlər.
Anar Soruşur Yazılma Tarixi:26.01.2020 20:11:32

Sizə bildirmək istəyirəm ki,mən 1993-1997-ci ilə kimi Ali herbi Denizcilikə məktəbdə kursant olmuşam.Həmin illərin xidmət illərinin 1-il 1-il kimi hesablanib.Mən bildiyimə görə 1993-cu ildən 1997-ci ilə kimi Bakidaki hərbi hissələr 1-ili 2-il hesablanib.Mən Mudafiə Nazirliyinə muraciət etdim mənə bildirdilər ki Səfərbərlik idarəsinə müraciət etməliyəm.Xahiş edirəm mənə bildirəsiniz bu barədə.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, xidmət illərinin güzəştli şərtlərlə hesablanması qaydası «Hərbi qulluqçuların statusu haqqına» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 12.01.1993-cü il tarixli 450 nömrəli və «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə 01.09.2005-ci il tarixli 977-IIQD nömrəli Qanunları ilə tənzimlənir. Bununla bağlı məsələyə aydınlıq gətirilməsi üçün xidmət etdiyiniz qoşun növü üzrə hərbi hissə komandanlığına və ya aidiyyəti nazirliyə müraciət etməyiniz məqsədəuyğundur.
Rəşad Soruşur Yazılma Tarixi:26.01.2020 16:43:28

Salam bir sual haqqinda məlumata ehtiyacim var mümkünsə cavablayardiz aprel ayinda hərbi xidmətə yolla düşəcəyəm və daxili qoşun növündə xidmət aparmağ isdəyirəm bu mövzü haqinda məlumata ehtiyacim var nəzərinizədə çatdirmağ isdəyirəm ki, idmançiyam

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Nurtay Soruşur Yazılma Tarixi:26.01.2020 14:11:10

Salam. Meni herbi xidmetden saxladiblar 2019 cu ilde, 3 il muddetine. Könüllü gede bileremmi?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı şəxsiyyətinizi təsdiq edən sənədlə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Mustafa Soruşur Yazılma Tarixi:26.01.2020 12:22:47

Salam. Mən müraciət etsəm könüllü hərbi xidmət keçə bilərəmmi?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarının 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bağlaşma əsasında xidmət keçmək üçün aidiyyəti üzrə xidmət keçmək istədiyiniz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890