Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:02.03.2020 16:22:53

Salam, Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti. Mən hal-hazırda Respublika Endokrinoloji mərkəzdə hipotireoz və haşimoto xəstəliklərinə görə müalicə alıram. Qalxanvari vəzimin ölçülərində dəyişilmələr var. Mən oradan xəstə olmağımla əlaqədar olaraq arayış alıb Hərbi Həkim Ekspertizasına təqdim etməliyəm yoxsa orada yoxlanışdan keçilən zaman hər şey aydın olacaq?

Çağırış zamanı Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elman Soruşur Yazılma Tarixi:02.03.2020 13:14:42

Salam, xahiş edirəm cavablandırın, mən Üniversitet təhsilimi başa vurub, gəlmişəm. Ancaq mənim oktyabr ayına qədər möhlət hüququm var. Bununla əlaqəli komissarlığa müraciət etdim, mənə deyildi ki sən valideynlerinden arayış gətirməlisən ki aprelde əsgər gedebilim. Bunun doğruluğu haqqında məlumat verməyinizi xahiş edirem.

Bildiririk ki, təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsinə təqdim etdikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Arif Soruşur Yazılma Tarixi:02.03.2020 02:30:22

Salam men Talasemi minorem yeni dawiyicisiyam.Yeni xestelik deyl .Sehetimde hec bir problem yoxdur.Herbi xidmet etmek istediyim halda meni dinc ve muharibe dôvrune yararsiz hesab etdiler. Xayiw edirem bu iwle yaxindan mesgul olardiz mende xidmetmi ederdm.

Nəzərinizə çatdırırıq ki, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılan vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır Bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan vətəndaşlar barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
Nəsib Soruşur Yazılma Tarixi:01.03.2020 23:00:47

Salam.Hərbi xidmətə qeydiyyatda olduğum şəhərdən minimum neçə km uzağa düşürəm? Birdə ki doktoranturaya qəbul imtahanı dekabr yanvar aylarında olur ancaq magistratura təhsili iyun ayında bitir, əgər doktoranturalara möhlət hüququ varsa, bu necə tənzimlənir? Həmin müddət arasında hərbi xidmətə çağırış olacaq, nəsə bir sənəd təqdim olunanda möhlət verilirmi imtahana qədər? Xaiş edirəm cavablandırardınız.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr üzrə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar. Əks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərinin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin yerləşdiyi ünvandan qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmət keçməsi nəzərdə tutulur. Digər sualınızla əlaqədar olaraq bildiririk, ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarında iştirak etmələri barədə sənədi Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölməsinə təqdim edən çağırış yaşlı vətəndaşlara imtahanın nəticələri  məlum olanadək şərait yaradılır.
Elçin Soruşur Yazılma Tarixi:01.03.2020 00:05:50

Evvala salam Hervaxtiniz Xeyir Menim 19 Yasim Var Ve herbi komisarlig Sehhetimle Bagli Meni Mawtaga Ve Respublkanski Xestexanasina Gonderdi Ve orada 1 gun yatdigdan sonra 1 il kecdi Ve axrinci Diaqnoz Herbi qozpitalda Qoyuldu Ve meni Yararsiz Etdiler Men bilmek Isteyirem Men Pensiyaya Cixmag Isteyirem Cixabilerem Yox Psixi Ve Sehhetimle Problemler olduguna gore Yararsiz Hesab olundum Bilmek Isteyirem Pensiya dusur ya yox?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız məktuba baxılmışdır. Məlumat üçün bildiririk ki, Tibbi Sosial Ekspert komissiyası tərəfindən əlillik təyin olunduğu halda vətəndaşlara təyin olunan əlillik qrupuna müvafiq pensiya təyin oluna bilər. Əlavə məlumat almaq üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduğunuz rayon şöbəsinə  müraciət etməyinizi tövsiyə edirik. 
Şahin Soruşur Yazılma Tarixi:29.02.2020 20:17:08

Salam hər iki gözüdə 1.50 zəifliyi olan cağrişçi hərbi xidmətə yararlidir ?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34-ci maddəsinin I qrafasının tələblərinə əsasən hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Samir Soruşur Yazılma Tarixi:28.02.2020 14:29:39

Salam.Men Hummetov samir çağırişçiyam ,sulhmeramli quvvelerde xidmet etmek isteyirem. Hara muraciyyet ede bilerem ,xahiş edirem melumatlandirasiniz.

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Hüseyn Soruşur Yazılma Tarixi:25.02.2020 19:20:40

Salam. Mən 2020 ci il yanvarda esger getmeliydim mənə 3-cü dərəcəli yastı pəncə diaqnozu qoyublar yoxlanışdanda keçmişəm və hələ bir cavab vermirlər bilmək istəyirəm gedəcəm ya yox?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə 28.02.2020-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Yaşar Soruşur Yazılma Tarixi:25.02.2020 15:04:01

Xahiş edirəm ki sualıma cavab verəsiniz..Mən hərbi ximdete yararlı hesab edilmisem 66 Ç md3 üzrə..Əsgerlik cekib gelmisem.indi sisteme işe gire bilmirem...basqa hansi işlere gede bilmerem men

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, hərbi vəzifəlilərin hərbi xidmətə yararlılıq dərəcəsi «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə uyğun olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Mövcud qanunvericiliyin tələblərinə əsasən çağırış komissiyasının qərarı ilə razılaşmayan vətəndaşlar, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilə bilərlər. Bu səbəbdən hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Yaşar Soruşur Yazılma Tarixi:24.02.2020 16:22:45

Salam.Mən əsgərlikdə olmusam.her biletde 66 ç md3 yazılıb..polise ise gire bilmedim ona gorə dediler yaramir herbi bilet halbuki xidmetde olmusam...mən başqa hansı sistemlere gire bilmerem...fhn ya gormuk vergi ...deye bilersiz men gire bilmerem işə o orqanlara?

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, hərbi vəzifəlilərin hərbi xidmətə yararlılıq dərəcəsi «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə uyğun olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Mövcud qanunvericiliyin tələblərinə əsasən çağırış komissiyasının qərarı ilə razılaşmayan vətəndaşlar, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilə bilərlər. Bu səbəbdən hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14890