Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nuralə Soruşur Yazılma Tarixi:19.03.2020 17:20:50

Salam qardasim 1aprelde herbi xidmete gedir helede hansi herbi hisseye dusduyu bilinmir. Ne zaman bilinecek? Indiden tesekkurler

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Bəylər Soruşur Yazılma Tarixi:19.03.2020 09:46:36

Salam men tez tez ucunuram ucunan da da gozum qaralim ve kamisyadan kecen de de tezyiqin var dediler indi men herbi xidmete yararliyam?

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Siz Xidmətin Yevlax rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 16.03.2020-ci il tarixdə C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən“Sağlamlıq vəziyyətinin müayinə edilməsi Akt”ı Xidmətin Yevlax rayon şöbəsinə daxil olduqdan sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Taleh Soruşur Yazılma Tarixi:18.03.2020 19:36:19

mən hərbiyə hara düşmüşəm

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Taleh Soruşur Yazılma Tarixi:18.03.2020 19:20:18

hərbi hissənin nömrəsi

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
İlkin Soruşur Yazılma Tarixi:18.03.2020 14:51:49

2020 - ci ilin Aprel çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatları nə vaxt öyrənə bilərik?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti may ayının 31-dək uzadlılmışdır.    Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yeri barədə məlumatlandırılacaqsınız.
Nicat Soruşur Yazılma Tarixi:18.03.2020 04:26:48

Salam. Mənə Səbail rayonunda ki vaenkomatdaki Həkimlər Belimdə əyrilik Və əl əsməsi il bağlı Sabunçu rayon xəstəxanasına gönderdiler. Amma cavabını mene demədilər. Məni Aprel çağırışında Çağıracağlar ya yox? Çağıracağlarsa Hansı hərbi hisseye düşdüyümü bildirin zəhmət olmasa.

Məlum olmuşdur ki, Siz 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Səbail rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Rəşad Soruşur Yazılma Tarixi:17.03.2020 11:13:07

Salam mən Xəlilzadə Rəşad Zabit oğlu 20.01.1998 təvəllüdlü Qobustan rayonu Hərbi komissarlığında qeydiyyatdayam. 2016-cı il yanvar çağrışçısıyam. Lakin həmin ildə həkim komissiyasından keçmişəm və mənə möhlət hüququ veriblər . Bu möhlət hüququ bitdikdən sonra isə yenidən möhlət hüququ almışam. Bu möhlət hüququ bitdikdən sonra isə mənə dinc dövrdə yararsız müharibə şəraitində məhdud yararlı hərbi bilet almışam. Buna baxmayaraq mən hematologiya institutunda yoxlanışda olarkən həkimim Bədəlova Gülnaz xanım səndə ciddi problem yoxdu kiçik müalicə ilə həll olunar problem, amma məni hərbi komissarlığ müalicə yazmadı , müalicə etdirmədi bir neçə il möhlət hüququ verdi sonra isə yararsız hərbi bilet. Mən verilmiş qərarla razı deyiləm. Və bu yaxınlarda öz hesabıma müalicə aldım Qobustan rayonu Mərkəzi xəstəxanasında , Şamaxı şəhər xəstəxanasında qanımdan ümumi analiz verdim mənim nəticələrim müsbət çıxdı. Sizdən xahiş edirəm mənim müraciətimə baxasınız. Mən aprel 2021 də 3 ilim tamam olur , ama mən iyun ayında hərbi qeydiyyata çağrışçı kimi düşmək istəyirəm . Yenidən hərbi həkim komissiyası təşkil olunsun. Mənim şikayətim təmin olunmasa prezident administrasiyasına müraciət edəcəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinə təqdim edildiyi halda mümkündür.
Nübar Soruşur Yazılma Tarixi:16.03.2020 22:05:04

Salam.Yazıb sizə bildirirəm ki mənim oğlum Yusifov Naib Zamin oğlu 2020-ci il aprel ayı üçün Nərimanov rayonundan hərbi xidmətə çağırışdadır. Lakin mən oğlumun səhhətində problemlərin olduğunu bilərkən,həkim müayinəsinin nəticələrindən razı deyiləm.Mən özüm şəhid övladıyam,yoldaşımdan ayrılmışam,həm ailə problemlərim var ,həm də öz səhhətimdə problemlərim var .Övladım isə keçən il ali məktəbə imtahan verərək az bir fərqlə kəsilmişdir.Bu il isə keçən il topladığı bal keçərli olduğu üçün yenidən imtahan verməlidir.Mənim tək övladımı isə mənim bu ağır günümdə hərbi xidmətə çağırırsınız.Mən övladımın hərbi xidməti keçməsinidə istəyirəm,lakin hal hazırda buna hazır deyilik.Sizdən çox xahiş edirəm ki övladımın təkrar müayinəsi üçün şərait yaradasınız və möhlət verəsiniz ki o həm müalicə alsın,həmdə bu ilki ali məktəblərə qəbul sesiyasında iştirak etsin.Bütün bunlardan sonra oğlum hərbi xidmətini də tam hazırlıqlı və yararlı olaraq yerinə yetirsin.Sizdən çox xahiş edirəm mənim xahişimi nəzərə alıb mənə bu barədə kömək edəsiniz.Diqqətinizə görə minnətdaram.

Məlum olmuşdur ki, Yusifov Naib Zamin oğlu 2020-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar Xidmətin Nərimanov rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmişdir.
Amir Soruşur Yazılma Tarixi:16.03.2020 18:44:54

Salam. Mən 06.12.1994-cı il təvəllüd, Afendin Amir Razikoviç hipotrofiya diaqnozla 16.12.2019-ci il tarixində müayinədən keçmişəm. Qoyulan diaqnozun nəticəsini öyrənmək üçün sizə müraciət etdim.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Sənan Soruşur Yazılma Tarixi:14.03.2020 17:43:05

Salam.Mən Hərbi Həkim Komissiyasından yoxlanışlardan keçmişəm bilmək istirdim aprel ayında hərbi xidmətə gedəcəm?

Bildiririk ki, Siz 24.02.2020-ci il tarixdə Xidmətin Suraxanı rayon idarəsində tibbi şəhadətləndirilmiş və zərurət yarandığı üçün əlavə tibbi müayinəyə göndərilməyiniz nəzərdə tutulmuşdur. Odur ki, əlavə müayinəyə göndərilərək barənizdə müvafiq qərar qəbul edilməsi üçün qeydiyyatda olduğunuz Suraxanı rayon idarəsinə gəlməyiniz zəruridir.
Cədvəldə sətir sayı :14890