Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ceyhun Soruşur Yazılma Tarixi:24.02.2020 13:42:17

Ağsu rayonundan çağırışçıyam 10 fevral tarixində Mərkəzi hərbi həkim komissiyasından keçmişəm haqqımda çıxarılan qərarı öyrənmək istəyirəm

Bildiririk ki, səhhətiniz ilə əlaqədar Sizin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin aparıcı baş mütəxəssisləri tərəfindən təkrar tibbi müayinəniz nəzərdə tutulmuşdur. Müayinə nəticəsində təyin edilmiş diaqnoza müvafiq olaraq, hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ceyhun Soruşur Yazılma Tarixi:21.02.2020 13:10:20

Mərkəzi hərbi həkim komissiyasının haqqımda çıxardığı qərarı öyrənmək istəyirəm

Bildiririk ki, səhhətiniz ilə əlaqədar Sizin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin aparıcı baş mütəxəssisləri tərəfindən təkrar tibbi müayinəniz nəzərdə tutulmuşdur. Müayinə nəticəsində təyin edilmiş diaqnoza müvafiq olaraq, hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Seymur Soruşur Yazılma Tarixi:21.02.2020 10:03:16

Salam mənim haqqımda çıxarılan qərar barədə məlumat verə bilərsiz?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. 
Murad Soruşur Yazılma Tarixi:20.02.2020 19:09:28

Salam.men herbi xidmeti ehtiyatda olan zabit kimi bitirmisem.bilmek isdeyirem seferberlik xidmetine is üçün senet versem üstünlük verilir?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Yaşar Soruşur Yazılma Tarixi:20.02.2020 12:08:28

Salam mənim hərbi biletimə yazılıb 66 ç MD3 hərbi xidmətə yararlı...ali təhsilliyəm 1 ildə Ədliyyədə əsgərlikdə oldum.polise işə girmek istirem deyir siz herbi siralarinnan azadsız....başa düşə bilmirəm mən umumiyyetce Polis.Fhn.milli ordu ya Gömrük vergi yeni paqon işinə girə bilmərem....eger yararsızamsa meni niye esgere aparirdiz 1 il demeli men bos bosuna xidmet etmişəm??? Bu ne demekdi?? Muharibe olsa ama ele aparasinizki ama ise giremeye yararsiz oluram...Tələb edirəm cavab verin sualıma

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, hərbi vəzifəlilərin hərbi xidmətə yararlılıq dərəcəsi «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə uyğun olaraq Xidmətin yerli idarə, şöbə və bölmələrinin hərbi-həkim komissiyaları tərəfindən müəyyən edilir. Mövcud qanunvericiliyin tələblərinə əsasən çağırış komissiyasının qərarı ilə razılaşmayan vətəndaşlar, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilə bilərlər. Bu səbəbdən hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Ümman Soruşur Yazılma Tarixi:20.02.2020 11:32:25

Salam mən hərbi biletimi itirmişəm amma səfərbərlik üçün verilən kağızım qalır. Nə etməliyəm

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet etinasız saxlanılması nəticəsində korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlinin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin struktur bölmələri tərəfindən yeni hərbi bilet verilir.            Bildiririk ki, itirilmiş və ya korlanmış hərbi biletin əvəzinə yeni hərbi biletin verilməsi üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Elsevər Soruşur Yazılma Tarixi:20.02.2020 01:58:11

Salam, Mən Qərbi Kaspi Universitetinin tərcümə (ingilis dili) ixtisası üzrə bitirmişəm,SHXÇDX-də iş üçün müraciət edə bilərəm və hansı qaydada?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Əli Soruşur Yazılma Tarixi:20.02.2020 00:34:48

Salam Səfərbərlik Xidməti. Əvvəla bu bölmənin yaradılmasında əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Rəsmi saytınız və bilavasitə bu sual- cavab bölməsi çox operativ işləyir. Sizə sualım ondan ibarətdir ki, 3 və daha artıq övladı olan şəxs hərbi xidmətə aparılırmı? Sağlamlığında olan problemlərə görə hərbi xidmətə getməyən, lakin hər 3 ildən bir hərbi həkim komisiyasından keçən şəxsin əyər 3- cü övladı dünyaya gəlibsə o hərbi xidmətdən azad olunurmu? Yoxsa yenə hərbi həkim komisiyasından keçməkdə davam etməlidir? Sualımı cavablandırdığınız üçün qabaqcadan təşəkkür edirəm.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, 3 və daha çox uşağı olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.  Həmin Qanunun 20.3-cü maddəsinə uyğun olaraq, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bildiririk ki, 3 və daha çox uşağı olan, təkrar tibbi müayinə zamanı hərbi xidmətə yararlı hesab olunanlar müddətli həqiqi hərbi xidmətə çağırılır və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, ailə vəziyyətinə görə 35 yaşa qədər müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.
Rusif Soruşur Yazılma Tarixi:19.02.2020 12:58:52

Salam mən SHXÇDX-nə həqiqi hərbi xidmətə işə qəbulla bağlı sənədlərimi təqdim etmişəm.Həftənin tək günü 05.02.2020-ci il tarixdə Zərifə Əliyeva 30 ünvanına müraciət edərək istənilən sənədləri təqdim etmişəmzəhmət olmazsa mənə nə zaman cavab veriləcəyini öyrənə bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə (telefon rabitəsi vasitəsi ilə) əlavə məlumat veriləcəkdir.
Asif Soruşur Yazılma Tarixi:19.02.2020 01:22:02

Salam mən dsx-də gizir kimi xidmət olmuşam bəzi səbəblərə görə 41.0.6-ci maddəyə əsasən sülh dövründə xidmətə uyğunsuz kimi ehtiyata buraxilmisam mən yenidən hərbi biletimi necə xidmətə yararlı edə bilərəm

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, qeyd olunan maddənin dəyişdirilməsi yalnız Məhkəmə qaydasında mümkündür. Odur ki, aidiyyəti üzrə Məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890