Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Soruşur Yazılma Tarixi:18.01.2020 01:42:59

Salam mən İsmayıllı rayonnda yaşıyıram əsgərliyə getmək istəyirəm yaşım 22 xəstəliyim olub amma düzəlmişəm mən nukodnunu silidirib gedə bilərəm birdə bu ay mənə çağırış gələ bilər

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.
Əvəz Soruşur Yazılma Tarixi:17.01.2020 20:15:58

Mene 22 ne papiska verilib hara duwduyumu bilmek isdirem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nihat Soruşur Yazılma Tarixi:17.01.2020 16:23:45

Salam.Mene cagiriş 22 ne gelib.Adimi saytda tapa bilmirem.Hara duşeceyim haqqinda nece melumat ala bilerem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fuad Soruşur Yazılma Tarixi:17.01.2020 09:14:03

Salam. Mən iyul göndərişindən yanvar göndərişinə qədər yoxlamalardan keçə-keçə gəlmişəm. Son dəfə yanvarın 8-i hərbi hospitalda yoxlamadan keçdim. İndi mənə hələ də çağırış vərəqəsi verilməyib. Düşdüyüm yer belə yoxdur nə sms nə də saytda. Nəyə görə bu belə ola bilər?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. 
Fərid Soruşur Yazılma Tarixi:16.01.2020 15:15:48

Salam bilmək istiyirdim ki,həkim komissiyasından keçmişəm,müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçməyi barədə məlumat nə vaxt alacam?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fərhad Soruşur Yazılma Tarixi:16.01.2020 12:40:48

Hansı xəstəxanaya təyin olunmuşam?

Səhiyyə Nazirliyi tərəfindən sorğumuza veriləcək cavaba (tarix və dövlət səhiyyə müəssisəsinin adı) əsasən barənizdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Ceyhan Soruşur Yazılma Tarixi:16.01.2020 01:45:57

Salam men vainkamatima yaxinlaşdim mene 6 ay möhlet verilib men bu 6 ay içinde xarice cixa bilerem? Zehmet olmasa cavablıyardızda

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhləti olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.   
Vüsal Soruşur Yazılma Tarixi:15.01.2020 17:51:35

Salam men yanvar ayin 21 herbi xidmete yola duşurem bilmek istiyirem ki hansi herbi hisseye dűşműşəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Murad Soruşur Yazılma Tarixi:15.01.2020 13:14:03

Salam mene 21 ne caqiris veriblər düşdüyüm yer falan bilinmir.bilmek isdeyerdim ki 21 gedəcəm yoxsa gec ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Arif Soruşur Yazılma Tarixi:15.01.2020 00:31:21

Salam meni dinc ve muharibe sərayitine yararsiz hesab etdiler. Men bu qerarla razi deyilem yeniden muaine teleb ede bileremmi ? Ve ya hara muraciet ede bilerem xidmet etmeq úçùn??

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14890