Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüqar Soruşur Yazılma Tarixi:15.12.2019 03:03:39

Məndə ürəyimdə oksigen çatışmamazlığı var bu mənim hərbi xidmətimə mane olur?

Çağırışçılarda “Qan dövranı sistemi xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Ramiq Soruşur Yazılma Tarixi:14.12.2019 17:16:25

Salam. Men xesteliyimle elaqedar esgerlikde olmamisam. 3 ilden bir yoxlanisa gedirem. Indi sagaldigimi dusunurem. Novbeti yoxlanisim 09.2020 ci ildedir. Men vaxtindan qabaq erize yazib yoxlanisa gede bilerem?

Bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Arif Soruşur Yazılma Tarixi:14.12.2019 13:06:44

Siz nece fealiyet gosterirsinizki talasimeya dasiyicisiynan xestesin ferqlendire bilmirsiz. Talasimeya dasiyicisi herbiye yararalidi ya yox?

Çağırışçılarda “Qanın və qanyaradıcı orqanların xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən talassemiya və talassemiya daşıyıcısı xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
Səbuhi Soruşur Yazılma Tarixi:13.12.2019 22:30:02

Salam bilmek isterdim herbi hekim komissiyasi dekabr ayının neçesine kimi keçirilir? Sizə şikayət məktubuda yazmışdım , cavabinda dekabr ayında yoxlanışdan keçiriləcəyim bildirildi , amma hələdə çağırmıyıblar

Bildiririk ki, Siz 2020-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar qeydiyyatda olduğunuz Xidmətinin İmişli rayon şöbəsinə 20.12.2019-cu il tarixədək dəvət olunacaq və hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə dövlət tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır.
Vüsal Soruşur Yazılma Tarixi:13.12.2019 16:30:37

Salam.Ali təhsilliyəm.Hazırda özəl sektorda HR işləyirəm.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mülki işlərdə işləmək istəyirəm.Hara müraciət etməliyəm,İmtahan olurmu?Olursa materialları necə əldə edə bilərəm?Öncədən təşəkkür edirəm.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barədə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir, test imtahanında iştirak edənlərin ümumi bilik səviyyəsi və dünyagörüşü yoxlanılır.
Rəvan Soruşur Yazılma Tarixi:10.12.2019 23:01:56

Salam men 11.11.2001 ci iləm noyabrın axrları meni komisyaya cagirdilar ve komisyadan kecdim xesdexanada yoxlanısdan çıxdım yararlı cagrıs vereqesi verdi dekabr ayının 9 zuna gedim komisyadan kecdim sexsiyet vesiqelerini aldilar dediler gelenden sonra verilecey sonra polis sobesine gediy el icderi goturduler sonra vayunkamat cagrıs vereqesi vedi yanvarın 7 si ne yani sorusmaq isdeyirdim ki 7 si komisya olacaq yene yoxsa aparılar dediler 25 bilinecey hara dusduyunjz??

Bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz. Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 25 dekabr tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Eyni zamanda, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Xəyal Soruşur Yazılma Tarixi:10.12.2019 22:39:23

05.01.2020 tarixində xidmətə çağırılmışam. Hara düşdüyümü öyrənə bilmirəm .9100-e mesaj göndərdim bu mesajı aldım. Gonderilen shexsiyyet vesiqesi nomresine uygun chagirishchi tapilmadi. SHXCHDX

Bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz. Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 25 dekabr tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Eyni zamanda, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər.      Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Arif Soruşur Yazılma Tarixi:06.12.2019 17:20:32

Salam mən talasimeya dawiyicisiyam səhətimde hec bir problem yoxdu .Herbi xidmete yararliyammi?

Çağırışçılarda “Qanın və qanyaradıcı orqanların xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən talassemiya xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
Səlim Soruşur Yazılma Tarixi:06.12.2019 11:13:15

Salam mən bu il noyabr ayında komissiyadan keçmişəm həm şöbənizdə həm də göndərişlə poliklinikada. Komissiya qərarı haqqında heç bir məlumat verilməyib. İşdən də ayrıla bilmirəm ki gedim şöbənizdən öyrənim. Məlumatı haradan ala bilərəm. Bir də qanunla hərbi bileti hansı müddətə mənə təqdim olunmalıdır. Misal üçün Rusiyada qanunla komissiyanın qərarından 10 gün sonra çağırışçıya təqdim edilməlidir. Öncədən təşəkkürlər.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Bildiririk ki, qəbul olunan qərar Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq olunduğu halda Siz hərbi biletlə təmin olunacaqsınız.
Elnur Soruşur Yazılma Tarixi:04.12.2019 17:33:08

Salam. Mən 2020 ci ilin iyun ayında ali təhsilin magistratura səviyyəsini bitirib, doktorantura səviyyəsinə imtahan verəcəm. Mənə doktorantura təhsilini almağa möhlət verilə bilərmi? Qeyd edim ki, iyun ayında magistratura pilləsini bitirəcəm lakin doktorantura səviyyəsinə qəbul imtahanları 2020-ci ilin dekabr, yanvar aylarında keçirilir. Ortada yaranmış 6 ay ərzində çağırışdan necə qala bilərəm?

Bildiririk ki, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.4 və 21.1.5-ci maddələrinn tələblərinə əsasən təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanları sentyabr ayından sonrakı aylara təsadüf etdiyinə görə magistrantlara ali təhsil pilləsinin magistratura səviyyəsini bitirdikdən sonra ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarının keçiriləcəyi müddətədək çağırışdan möhlət verilməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Hal-hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu məsələnin qanuni tənzimlənməsi ilə bağlı müvafiq layihəyə baxılmaqdadır.              
Cədvəldə sətir sayı :14891