Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şamil Soruşur Yazılma Tarixi:29.10.2019 01:14:25

Salam sualım budur ki , mənə nə qədər müalicə möhləti verildi?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün şəxsi işiniz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqdır. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Ümid Soruşur Yazılma Tarixi:28.10.2019 22:07:16

Salam Mənim Dosdum Gürcüstan Vətəndaşıdı.Lakin 10 ildirki Azərbaycanda qalır. Hərbi Xidməti Azərbaycanda Çəkəcəy..?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Hüseyn Soruşur Yazılma Tarixi:27.10.2019 21:11:46

Salam menim herbi biletimde bele bir xesteliy yazilib amma mende bele bir xestelik yoxdur hecbir yere iwe goturmuller suruculuk vesiqesi ala bilmirem herbi komisarligada gedirem deyir bunu silmek olmur nedeki esgerliye aparmillar men indi ne etmeliyem xahis edirem bu barede mene komek eliyin

Portala daxil olan təkrar müraciətinizlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 6.3-cü maddəsinə əsasən hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Araşdırma zamanı məlum olmuşdur ki, 07.02.2018-ci il tarixdə təkrar tibbi müayinə zamanı Xidmətin Qaradağ rayon idarəsi tərəfindən əlavə tibbi müayinəyə göndərilmiş, «Xəstəliklər cədvəli»nin 14«b» maddəsi ilə «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilmisiniz və 07.02.2021-ci il tarixədək Sizə həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ verilmişdir.  
Ülvi Soruşur Yazılma Tarixi:26.10.2019 19:21:55

Salam meni oktyabirin 24 ne cagirmisdilar ama aparmadilar dedilerki noyabrda cagiraciq men erize yazib gede bilerem bu ay

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Rəşid Soruşur Yazılma Tarixi:23.10.2019 22:54:34

Salam. Mən ayın 25iesger getmək üçün çagirilmisam. Yalnız hal hazırda səhhətimdə problem var. Bu gediş 2 3gun lengiye bilər?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Pərvin Soruşur Yazılma Tarixi:22.10.2019 14:17:52

Salam mənim xidmət edəcəyim qoşun növü Dövlət Sərhət Xidmətidi mən necə bilə bilərəm hansı hərbi hissədə xidmət edəcəm ?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik. 
Nuru Soruşur Yazılma Tarixi:22.10.2019 11:22:19

Oğlum Samir Səfərlini bu gün Abşeron hərbi kommisarlığı günorta 2-də hərbi xidmətə yollanmaq üçün ora çağırıblar. Lakin, sizin səhifədə bütün məlumatları daxil etsək də, belə bir çağırışçı yoxdur cavabı gəlir. Getməyinə 2 saat qalıb. Oğlumun gedəcəyi hərbi hissə niyə bilinmir?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz rayon idarə,  şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Fərid Soruşur Yazılma Tarixi:22.10.2019 10:51:55

salam Mən 2016 ci ildə Hərbi xitmətə Yola düşmüşəm Və 9 ay xitmət etddikdən sonra Məni xəstəliyimlə əlaqədar Evə buraxdılar Və mən bilm.k istəyirəm yenidən hərbi sitmətə gedə vilərəmmi ??????? ?? ????????? mən yenidən hərbi xitmətə getmək istəyirəm

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Nurlan Soruşur Yazılma Tarixi:22.10.2019 09:17:54

Salam men harada xidmet edeceyimi bilmey isdeyirem evelceden tesekurler

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək çağırışçının xidmət edəcəyi qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.
Nurlan Soruşur Yazılma Tarixi:22.10.2019 09:04:38

Salam men okduyabirin 1 esger getmeliydim hellede getmemisem ve harda xidmet edeceyimde bilmirem butun senetlerim qaydasindadir xayis edirem melumat vererdiniz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək çağırışçının xidmət edəcəyi qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.
Cədvəldə sətir sayı :14891