Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Soruşur Yazılma Tarixi:03.12.2019 16:24:43

Keskin Talasemiya daşiyicilari herbi xidmete yararlidi?

Çağırışçılarda “Qanın və qanyaradıcı orqanların xəstəlikləri” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən talassemiya xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
Fərid Soruşur Yazılma Tarixi:03.12.2019 13:38:22

Salam Mən 2015 ci ildə Hərbi xitmətə Yola düşdüm Və mən 9 ay xitmət etddikdən sonra Mən Posta olan zaman qorxub diskinmişdim və mən dəli olmağa başladım tez tez ürək getmələr və bayılmalar olurdu və mən hərbi qospitalda 6 ay yatddıqdan sonra göndərdilər maşdağa dəlixanasına.amma indi şükürlər olsunki mən çox yaxşıyam müalicədə almışam heç bir prablemim yoxdur . mən bilmək istəyirəm yenidən hərbi xitmətə qayıdıb xitmət edə vilərəmmi ???????? mən xitmət rtmək istəyirəm xaihş edirəm kömək edəsiniz

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə vaxtından əvvəl ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.
Şərif Soruşur Yazılma Tarixi:03.12.2019 00:09:31

Men 2020 ci il yanvarin 3 herbi xidmete cagrilmsam hara dusmsem

Bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz. Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 25 dekabr tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Eyni zamanda, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Kamran Soruşur Yazılma Tarixi:02.12.2019 14:57:28

Siz necə işliyirsiniz? Sual verdim cavab gelmedi,bele şey olmaz

Müraciətinizə vətəndaşların müraciətinə baxılması haqqında qanunvericiliyə uyğun olaraq cavab veriləcəkdir.
Rəhim Soruşur Yazılma Tarixi:02.12.2019 00:20:18

Salamlar meni sabuncu xəstəxanasında mrt apratında yoxladılar sağlam çıxdım ama mənə xidmətə yararsız yazdılar mən xidmətə gedmək istiyrəm özümdə sağlamam.

Bildiririk ki, Siz Xidmətin Xəzər rayon idarəsinin hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Xəzər rayon idarəsinə təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
HEYDƏR Soruşur Yazılma Tarixi:30.11.2019 18:13:44

salam mən əskərov həydər rüfət oglu astara rayonundan yaziram təvallud 30.01.2002 ci ildi yanvar ayinda xidmətə gedeceyem bilmək istəyirdim haraya düşmüşəm

Bildiririk ki, siz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək xidmət edəcəyiniz qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz. Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 25 dekabr tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Eyni zamanda, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
leyla Soruşur Yazılma Tarixi:30.11.2019 11:52:39

Almaniyada orta təhsil alan Azərbaycan vətəndaşı   (Alman məktəbi 13 illik təhsil), hərbi xidmətdən möhlət ala bilərəmmi? Artıq 18 yaşı var 20 ilədək orada təhsil alacaq. Yoxsa dərslərinə ara verməlidir?

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan  çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan 20 yaşınadək möhlət verilir.             Əlavə olaraq bildiririk ki, təhsil müəssisəsindən bitirmə müddəti göstərilməklə alınmış arayışı notarial qaydada tərcümə edərək Xidmətin yerli idarə, şöbə və ya bölməsinə təqdim etdiyiniz təqdirdə, barəsində rayon çağırış komissiyasında qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Kamran Soruşur Yazılma Tarixi:29.11.2019 17:41:56

Salam,mən herbi xidmet kecmeye Daxili qoşunlara teyin edilmisdim lakin mende vitiliqo xesteliyi olduguna gore ordan xaric etdiler.Daha sonra da herbi komissarliq tib muessisesine muayineye gonderdi.Hekim diaqnozu tesdiq edib,xesteliyi yazdi ancag indi oyrenmek isteyirdim xeber ne yerde qaldi?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır.
Lətif Soruşur Yazılma Tarixi:28.11.2019 22:08:21

Zəhməh olmasa məsələmin nə yerdə olduğunu deyərsiniz.

Sizə 19.11.2019-cu il tarixdə aşağıda qeyd olunan cavab göndərilmişdir. 
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş şikayət ərizəniz araşdırılmış və Sizin nəzarət qaydasında Səhiyyə Nazirliyinin aparıcı baş mütəxəssisləri tərəfindən tibbi müayinə olunmağınız nəzərdə tutulmuşdur. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq olunduğu halda, Siz müvafiq sənədlərlə təmin olunacaqsız.
Kənan Soruşur Yazılma Tarixi:26.11.2019 21:15:35

Salam men qardawim ucun yaziram bu suali qardawim 2014 cu il oktiyabr prizivi olmali idi amma Salyan weherinin vayinkamati artiq bew ilde aparmir qan azliqina gore amma mualice olunub ve onan sonra cagiriblar papalin kospitalina muayine ucun gonderilib ve ordan bura salyana cavablar gelib ve papalin kospitalinda deyilib her wey qaydasindadi ve burda rayonda vayinkamat deyib ged cagiracaqiq artiq bir ile yaxindi cavab yoxdu xaiw edirem bununla bagli bir cavab meslehet vererdiz ne etmeliyik

Məlum olmuşdur ki, verilmiş möhlət hüququ bitdiyindən, qardaşınız Ağamirzəyev Əvəz Nemət oğlu Xidmətin Salyan rayon şöbəsi tərəfindən səhhəti ilə əlaqədar aidiyyəti üzrə ET Hematologiya və Transfuziologiya İnstitutuna əlavə müayinəyə göndərilmişdir. Lakin, Ə.N.Ağamirzəyev tibbi müayinədən keçməkdən imtina etdiyi üçün, hərbi xidmətə yararlılıq kateqoriysını müəyyən etmək mümkün olmamışdır. Bildiririk ki, Ağamirzəyev Əvəz Nemət oğlunun Salyan rayon şöbəsinə müraciət etməsi vacibdir.
Cədvəldə sətir sayı :14891