Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vasif Soruşur Yazılma Tarixi:26.11.2019 10:14:11

Salam mən vaykomata işə qəbul ilə bağlı muraciət etmək istəyrdim. Bura işlə bağlı hara müraciət edə bilərəm?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Nihad Soruşur Yazılma Tarixi:24.11.2019 21:39:04

Salam. İlkin hərbi qeydiyyata alınma zamanı hansı sənədləri təqdim etmək lazımdır?

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti;         2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
İlham Soruşur Yazılma Tarixi:21.11.2019 21:14:56

Salam mənim qolumda kəsiklər var ona görə gedə bilmirəm qolmunnan başqa heçnə problem yoxdu getməy isdiyirem aparmırlar könüllü olaraq olsa belə gedərəm nə qədər möhlət verdilər amma qaldım indi necə eliyimki gedim?

Xüsusi Qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərinin müxtəlif nahiyyələrində yanıq ləkələri və ya kəsikləri olan çağırışçılar “mənəvi-psixoloji durumun” müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müayinəyə cəlb olunur və müayinənin nəticəsinə əsasən qərar qəbul edilir.
Vasif Soruşur Yazılma Tarixi:21.11.2019 11:58:01

Salam Vaykomatda işlə bağlı hara müraciət etmək olar? Bu işə qəbulla imtahanla keçirilir, və nə sənədlər lazmdırki?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Nahib Soruşur Yazılma Tarixi:21.11.2019 10:57:06

Salam menim 24 yaşım var. Ali tehsilliyem, Fakultem tarixdi. Herbi xidmeti 2017 ci ildə bitirmişem. Men sizin qurumda işləmək istiyirem. Bilmək isterdim imtahanla olur yoxsa müsahibə ? İmtahanla , müsahibə ilə olursa hansı fenlerden hazırlaşmalıyam. Zehmet olmasa kömek edin

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir, test imtahanında iştirak edənlərin ümumi bilik səviyyəsi və dünyagörüşü yoxlanılır.
Rza Soruşur Yazılma Tarixi:17.11.2019 18:00:34

Salam men herbi xidmeti 2007 ci ilde Daxili Qosunlarda kecmisem indi muddetden artiq herbi qulluqcu olmaq isteyirem bu barede mene komeklik ederdiniz

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyən-ləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd, Xüsusi Dövlət Mühafizə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Əli Soruşur Yazılma Tarixi:17.11.2019 14:39:20

Salam mənim cenem iki yerdən qırılıb təzəlikcə 2 aydır platinen demirlər qoyulub ceneye esgerliye yararlıyam yoxsa yox qabağ cadan təşəkkürümü bildirerem

Qeyd etdiyiniz diaqnoza uyğun olaraq ixtisas həkimi tərəfindən müşahidə üçün birinci dəfə 6 (altı) ay möhlət hüququ verilir.
əmir Soruşur Yazılma Tarixi:16.11.2019 21:27:04

Mən özüm tək gəlməliyəm? şəxsi işimlə birlikdə? və birdəki mən təzədən muayinədən keçəcəm yoxsa sənədlərimə baxılacaq? birdəki nə vaxt və hara getməliyəm? və çox sagolunki işimlə maraqlandız Allah sizi sevindirsin

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarə, şöbə və ya bölməsinin hərbi-həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən nəzarət qaydasında baxılır. Sizin razılaşdırılmış qrafikə əsasən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmanız barədə Lənkəran rayon şöbəsi tərəfindən bildiriləcəkdir. 
Əliağa Soruşur Yazılma Tarixi:16.11.2019 17:19:53

Salam men 2003.01.18 tevelludluyem sorusmaq istiyiremki men suruculuk kursu ve ya aticiliq kursuna qebul ola bilerem cunki men voynkamata getdim dediler senin 18 yasina az qalib deye seni goture bilmerik.

Bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün sürücü ixtisası üzrə hazırlığa 17 yaşına çatmış vətəndaşlar cəlb edilir.
Emin Soruşur Yazılma Tarixi:16.11.2019 01:07:37

Salam. Mən hərbi qulluqçu olmuşam. Bu ilin əvvəli səhhətimlə bağlı ordu sıralarından təxris olmuşam. Leytinant rütbəsində. Sizin qurumda zabit kimi xidmət etmək istərdim. Bu mümkündürmü? Xaiş edirəm sualıma nəzər yetirib cavablandırasız.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891