Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ağabəy Soruşur Yazılma Tarixi:15.11.2019 00:56:01

Salam.Mən hərbi xidmətimi könüllü olaraq cəbhə xəttdində keçmək isdəyirəm,belə bir şey mümkündü yoxsa yox?Əgər mümkündüsə nə etmək lazımdı,ərizə yazmaq ya başqa nəsə?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Əlavə olaraq qeyd edirik ki,vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Lala Soruşur Yazılma Tarixi:13.11.2019 11:34:26

Salam,mən sizə 05.11.2019 tarixində möhlət haqqında sual vermişdim və siz cavablandırdınız ki, 9 cu sinifdən orta-ixtisas məktəbində təhsil alan tələbələrə möhlət verilir.Komisarlıq isə bunu təkzib edir.Bu necə olacaq?

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, övladınız Behbudov Çıraq Qənimət oğluna Xidmətin Cəbrayıl rayon bölməsinin rayon çağırış komissiyası tərəfindən 01.07.2021-ci il tarixədək təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir.
Rəhim Soruşur Yazılma Tarixi:12.11.2019 00:07:53

Salam mene maraglidir ki meni 22maddenin hansi bendiynen xissmeye yararsiz cixardiz

Siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 22 “c” maddəsinin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. 
Fəxri Soruşur Yazılma Tarixi:10.11.2019 02:11:58

Salam. Bele bir sualim var. Meselen men her hansisa bir olkenin sefirliyinden tehsil meqsedi ile uzun muddetli visa alsam, mene mohlet verilirmi?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Bəylər Soruşur Yazılma Tarixi:09.11.2019 20:26:54

Salam men 2019 imtahanin da kollece qebul ola bilmedim.tevelludum 2002 yanvarin 20 di. 2020 de qebul imatahani vere bilerem? Herbi xidmete çagirisa möhlet verilecek mi?

Bildiririk  ki, 2019-cu ildə Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında təkrar iştirak etmək üçün möhlət verilmir.
əmir Soruşur Yazılma Tarixi:09.11.2019 09:55:44

salam men 2017 ci ilde lenkeran rayonunda yoxlanisdan kecdim ve yararsiz yazdilar butun senedlerimde yararsizdi ve mene herbi bilet verilmir deyirler yeniden kecmelisen yoxlanisdan yararsiz yazilandan sonra yeniden hansisa sebe kecmeliyem yoxlanisdan butun xerclerideki ozun odemelisen deyirler

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın düzgünlüyünün yoxlanılması üçün, Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Lala Soruşur Yazılma Tarixi:05.11.2019 10:17:23

Salam.Mənim oğlum 9 cu sinifdən orta ixtisas məktəbinə qəbul olub.sonra qiyabi şöbəyə keçdi.Bu il 18 yaşı tamam olur.Ona təhsilini bitirmək üçün möhlət veriləcək?Öncədən təşəkkürümü bildirirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Qoşqar Soruşur Yazılma Tarixi:02.11.2019 16:05:00

Salam. Rusya federasyonunda magistr bitirən Azərbaycan vətandaşı Azərbaycanda nə qədər vaxt hərbi xidmət keçməlidir?

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.  
Mustafa Soruşur Yazılma Tarixi:02.11.2019 13:14:45

Mən yaşayış yerim Səbail rayonu idi 2018 ci ildə məhkəmə qərarı ilə.çıxardırdım.İndi isə Suraxanı rayonuna prapiskaya düşmək isdəyirəm.İndi isə prapiskaya düşmək üçün vəsiq tələb eliyirlər voenkomatda yaşayış yeri isdiyir biri belə deyir biri belə bir normal.birşey desə bilərikki nağaraq

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 7.2 maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Xidmətin Suraxanı rayon idarəsində hərbi qeydiyyata alınmağınız üçün ərizə, hərbi bilet və DİN-nin Bakı şəhər Suraxanı rayon Polis idarəsi tərəfindən verilən ərizə-anket vərəqəsini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «Asan» Xidmət Mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinə şəxsən təqdim etdiyiniz halda yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxarılaraq olduğunuz yer üzrə hərbi qeydiyyata götürüləcəksiniz. Əlavə məlumat almaq üçün Xidmətin Suraxanı rayon idarəsi ilə əlaqə saxlamağınız məqsədəuyğundur.
Hüseyn Soruşur Yazılma Tarixi:30.10.2019 18:56:17

Salam bes meni hec yer ne suruculuk vesiqesi verilmir nedeki iwe goturmuller men ne ede bilerem xahis edirem bu barede mene melumat veresiniz

Portala daxil olan növbəti müraciətinizlə bağlı bildiririk ki, 07.02.2018-ci il tarixdə təkrar tibbi müayinə zamanı Xidmətin Qaradağ rayon idarəsi tərəfindən əlavə tibbi müayinəyə göndərilmiş, «Xəstəliklər cədvəli»nin 14«b» maddəsi ilə «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilmisiniz və 07.02.2021-ci il tarixədək Sizə həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ verilmişdir.             Qeyd etdiyiniz digər məsələlərə baxılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə daxil deyil.
Cədvəldə sətir sayı :14891