Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xəyal Soruşur Yazılma Tarixi:16.04.2020 11:54:02

Ad ve soyad deyişdirildikde çagirişçi vesiqesi deyişdirilmelidirmi?ve 34ç maddesi nedir?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidir. Eyni zamanda, soyad, ad və ya ata adının dəyişdirilməsi ilə bağlı çağırışçı tərəfindən müvafiq sənədlərin hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinə şəxsən təqdim etməsi məqsədəuyğundur. Digər sualınızla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Nazilər Kabinetinin  29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34 “ç” maddəsinə: “Hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8.0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2.0 DPTR-dən artıq və 4.0 DPRT-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm” aiddir.
Dilarə Soruşur Yazılma Tarixi:16.04.2020 03:33:42

Salam.Mən həqiqi hərbi xidmətə yəni işə qəbulla bağlı müraciət etmək istəyirəm.39 yaşım var ,tam orta təhsilim var, Şirvan iqtisadi və humanitar kollecini bitirmişəm.Bildiyimə görə 40 yaşa qədər qadınlar müraciət edə bilər.İşə necə qəbul ola bilərəm?Xahiş edirəm bir təlimat verin .Öncədən təşəkkür edirəm.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Elşən Soruşur Yazılma Tarixi:13.04.2020 22:58:41

Xahis edirem menim bu mesajima diqqet yetiresiniz men 13.09.2011 ci ilde pul ile Herbi bilet almisamHekim ve Vasitesi ile (Mehdud Yararli) ve men indi heqiqi herbi xidmete getmek isteyirem ve menden pul isteyirler getmeyimede Sumqayit herbi komissarliginda.Bir nece defelerle meni butun xestexanalara gonderdilerki get saglamliq haqqinda kagiz getir ve bir bir butun hekimlerden kecdim ve saglam oldugum baresinde kagizlar getirdim ama buna baxmayaraq yenede meni surundururler yeni qisacasi pul isteyirler.cox xahis edirem bu mesajimi cavablandirasiniz eyer cavab gelmediyi halda Mudafie Nazirliyine muraciet etmeli olacam.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Siz hərbi xidmətə çağırılarkən 14.07.2011-ci il tarixdə Xidmətin Sumqayıt şəhər idarəsinin hərbi-həkim komissiyası tərəfindən «Xəstəliklər cədvəli»nin 17«b» maddəsi ilə «dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» hesab edilmisiniz. 27.08.2018-ci il tarixdə Sumqayıt şəhər idarəsinə ərizə ilə müraciət edərkən tibbi şəhadətləndirilmək üçün 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına göndərilmisiniz. Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında «hal-hazırda psixi xəstəlik aşkar edilmir. Anamnezində keçirilmiş nevrostik reaksiya» diaqnozu müəyyən edilmişdir. Qeyd olunan diaqnoz nəzarət qaydasında əlavə tibbi müayinədən keçirilərkən də təyin olunmuşdur.             Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 6.3-cü maddəsinə əsasən, «hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onlar sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər». Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu səbəbdən qərarın Xidmətin Mərkəzi HHK-da təsdiq olunması üçün Sizə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq komissiyaya getməkdən imtina edirsiniz.
Oruc Soruşur Yazılma Tarixi:13.04.2020 06:03:00

Salam . Mən martın ortaları Asan Xidmətə şəxsiyyət vəsiqəmi itirdiyim üçün yenisi almağa getmişdim . Dedilər sizin Hərbi Xidmətiniz görsədilmir . Mən Hərbi Bileti və Şəxsiyyət Vəsiqəmi itirmişəm sənədlər qarışıq. Gəldim Xəzər rayon Hərbi Komisarlığa. Ordakı şöbədə xanım komptuterde baxdı yoxdu. Arxivde demek olarki məndən başqa o vaxtı xidmətdə olanlar yoxdu. Mən 2005 oktyabrdan 2007 aprele kimi Naxçıvan MR Şahbuz rayonu 050 saylı hərbi hissədə qulluq eləmişəm. Özüm baş əsgər. 81 mm mina atıcı batareyanın baş tuşlayıcıyam. Dedilər ərizə yaz hərbi hissəyə bildirək ordan mənim hərbi xidmətdə olduğum barədə sorğu göndərsinlər. Artıq 1 aydı Xəzər Hərbi Komisarlığdan cavab yoxdu. Əlaqə nömrəmidə ərizə də qeyd etnişəm. Faksla hərbi hissəyə nə varki göndərmək. Orda hərbi hissəni gərargahının nizami hissəsinə. Xahiş edirəm mənə kömək görsədəsiz. Asan xidmətdə dedilərki haərbi komisarlığdan 1 kağız versinlərki bəli hərbi xidmətdə olub . Çünki mənim şəxsiyyət vəsiqəmdə hərbi xidmətdə olduğum qeyd edilib sadəcə olaraq təzə vəsiqələrdə nəsə başqacürdü. Xahiş edirəm mənə kömək edəsiz.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, xidmət illərinizin dəqiqləşdirilməsi ilə əlaqədar xidmət etdiyiniz qoşun növünün arxivinə sorğu edilməsi üçün Xidmətin Xəzər rayon idarəsinə müvafiq göstəriş verilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsi ilə əlaqə saxlamağınız məqsədəuyğundur.
Yusif Soruşur Yazılma Tarixi:12.04.2020 19:12:34

Salam.Mən Mingəçevir şəhəri qeydiyyatindayam...Sadəcə olaraq Mingəçevir şəhər hərbi hissəsinə verdiyim telefon nömrəmi dəyişmişəm.Sualim odur ki məni hərbi xidmətə cagirdiqda mənə nə formada məlumat veriləcək?Orda yaşamadığıma görə yenidən gedib yeni nömrəmi verməliyəm.Ya da bu telefonnan mümkündürmü?Yeni zəng vasitəsilə məlumat vermək olarmı?Zəhmət olmasa cavablandirin

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Mingəçevir rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur. 
Fərid Soruşur Yazılma Tarixi:10.04.2020 23:03:55

Salam Mən Dəmirov Fərid Əflatun Oğlu 2017 ci ildə Hərbi xitmətə Yollanmışam Və 1 ay 20 gün Xitmət etddikdən sonra Mənim xəstəliklərim ortaya çıxdı Və məni hərbi hissə komandanlığı silahlı qüvvələrin hospitalı papalimə psixateriya şöbəsinə yatırddılar və mən orada 3 ay müddətində müalicə aldım və məni evə buraxdılar və mən Bilmək istəyirəm Mən Yenidən Hərbi xitmətə Gedə bilərəmmi ??? çox xaihş edirəmki sualımı cavablandırasınız

Bildiririk ki, vaxtından əvvəl ordu sıralarından tərxis olunan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə cəlb olunması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Nuralə Soruşur Yazılma Tarixi:09.04.2020 00:54:05

Salam. aprel ayinin cagiriscilarinin mayin 31ne kimi uzadildigini bilirem..Amma deyirler ki, Covid-19 pandemiyasina gore lap gec aparacaqlar. bu dogru xeberdirmi? karantinin uzadilmasinin esgerlerin herbi xidmete yola salinmasinda bir deyisiklik yaradacaqmi?

Bildiririk ki, hal-hazırda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən 2020-ci ilin may ayının 31-dək həyata keçirilməsi planlaşdırılır. Koronovirus infeksiyası (Covid-19) pandemiyasına qarşı ölkə ərazisində keçirilən preventiv tədbirlərlə əlaqədar qəbul olunacaq qərarlara uyğun olaraq 2020-ci ilin aprel çağırışının müddətində hər hansı dəyişiklik olduğu halda çağırışçılara əlavə məlumat veriləcəkdir.
Mustafa Soruşur Yazılma Tarixi:08.04.2020 15:28:42

Salam. Mən sonuncu dəfə 2019-cu ilin iyulunda tibbi müayinədən keçmişəm. Yenidən təkrar müayinə üçün növbəti üç ilin tamam olmasını gözləməliyəm yoxsa müracət etsəm bu ilin iyul ayında(yəni sonuncu müayinədən bir il keçdikdə) müayinədən keçə bilərəmmi? Bunnan başqa, əyər mənim bir ayağımda 2, digərində 3-cü dərəli yastıpəncəlik varsa mən ərizə yazıb könüllü hərbi xidmətə gedə bilərəmmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinə təqdim edildiyi halda mümkündür.
Fərhad Soruşur Yazılma Tarixi:08.04.2020 13:35:25

Salam men merkezi hekim komissiyasi terefinden yeniden yoxlanışa göndərilmişdim. Haqqımda verilən qərarı deyərdiz zəhmət olmazsa

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən sorğumuza veriləcək cavaba (tarix və dövlət səhiyyə müəssisəsinin adı) əsasən koronavirus (Covid -19) infeksiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi bitdikdən sonra barənizdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Ayaz Soruşur Yazılma Tarixi:07.04.2020 17:57:49

Salam Alekum Mən 2017 ci il aprel ayında Herbiye yola düşmüşəm və 6 ay sora Səhətimlə bağlı prablem olduqunan herbimi Başa vura bilmədim və indi Tam sağlam və hərbimi 0 dan başa vurmaq istəyirəm bununla baglı kimə muraciyet etməliyəm???xaiş edirəm mənə köməylik edilsin və Mən hərbiyə getməy istəyirəm

Mövcud qanunvericiliyin tələblərinə əsasən, müddətli həqiqi hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmış şəxslərin təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır.   
Cədvəldə sətir sayı :14891